Президент Ильхам Алиев. Архивное фото

Prezident yeni zavod açılışında iştirak edib

209
(Yenilənib 15:08 30.01.2016)
Yeni Ağdağ gips zavodu 4,4 hektar sahədə yaradılıb. Burada gips əsaslı tikinti materialları istehsal ediləcək

Bakı, 30 yan — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Bakının Qaradağ rayonunda “Mətanət-A” şirkətinin Yeni Ağdağ gips zavodunun açılışında iştirak edib.

“Mətanət-A” şirkətinin rəhbəri Elxan Bəşirov şirkət barədə məlumat verib. Bildirilib ki, bu şirkətin tərkibinə 5 zavod — quru inşaat qarışıqları zavodu (illik istehsal gücü 100 min ton), boya zavodu (5 min ton), beton qatqıları zavodu (5 min ton), gips hörgü bloku zavodu (250 min kvadratmetr) və Ağdağ gips zavodu (250 min ton) daxildir. Bu zavodlarda 800-dən çox iş yeri yaradılıb və orta aylıq əməkhaqqı 600 manatdır.

Şirkətin 6-cı müəssisəsi olan Yeni Ağdağ gips zavodu 4,4 hektar sahədə yaradılıb. Burada gips əsaslı tikinti materialları istehsal ediləcək.

Dövlət başçısı Yeni Ağdağ gips zavodunu işə salıb.

209
Təbii qaz, arxiv şəkli

Vəziyyətləri "düzəlib"! Gürcüstan Azərbaycandan aldığı qazın həcmini azaldır

18
(Yenilənib 13:27 26.05.2020)
Yenilənən proqnoza görə, Gürcüstan 2020-ci ildə Azərbaycandan 2,348 milyard kubmetr təbii qaz idxal edəcək. Bunun da 1,465 milyard kubmetri SOCAR-dan, 883 milyon kubmetri isə “Şahdəniz”dən əldə ediləcək.

BAKI, 26 may – Sputnik. Gürcüstan hökuməti 2020-ci il üçün təbii qazın idxal proqnozuna yenidən baxıb. Nəticədə təbii qazın alınacağı mənbə və həcmlərdə dəyişiklik edilib.

AZƏRTAC ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, Gürcüstan əvvəlcə həm idxal, həm də yerli mənbələrdən 2,573 milyard kubmetr təbii qaz almağı planlaşdırırdı. Lakin, yeni proqnozlarda bu rəqəm 2,57 milyard kubmetr nəzərdə tutulub.

Gürcüstan ilkin proqnoza əsasən, Azərbaycandan 2,385 milyard kubmetr qaz idxal etməyi planlaşdırırdı. Bu həcmin 1,511 milyard kubmetri SOCAR-ın, 874 milyon kub metri isə “Şahdəniz” yatağının payına düşürdü.

Yenilənən proqnoza görə, Gürcüstan 2020-ci ildə Azərbaycandan 2,348 milyard kubmetr təbii qaz idxal edəcək. Bunun da 1,465 milyard kubmetri SOCAR-dan, 883 milyon kubmetri isə “Şahdəniz”dən əldə ediləcək.

Digər bir dəyişiklik Gürcüstanın Rusiyadan alacağı təbii qazla bağlıdır. Belə ki, cari ildə Gürcüstanın Rusiyadan 170 milyon kubmetr təbii qaz idxal etməyi nəzərdə tutsa da, yenilənən proqnoza əsasən, bu rəqəm 200 milyon kubmetrə qədər artırılıb.

 

18
Buğda tarlası, arxiv şəkli

Daha ehtiyacımız böyük deyil Buğda idxalını 60 faiz azaltmışıq

19
(Yenilənib 11:59 26.05.2020)
Təzə meyvə idxalı isə 14,6 faiz, bitki yağları 3 faiz, kərə yağı, digər süd yağları və pastaları 49,4 faiz artıb

BAKI, 26 may — Sputnik. 2020-ci ilin yanvar-mart aylarında 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə ölkəyə təzə meyvə idxalı 14,6 faiz, bitki yağları 3 faiz, kərə yağı, digər süd yağları və pastaları 49,4 faiz, çay 25,5 faiz, mal əti 9,8 faiz, təzə tərəvəz 1,7 dəfə, minik avtomobilləri 2 dəfə, dərman vasitələri 1,8 dəfə artıb.

Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu ilin 3 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana buğda idxalı 59,2 faiz, kartof 3,8 faiz, quş əti və onun əlavə məhsulları 27 faiz, xam şəkər və şəkər 75,2 faiz, siqaret 79,8 faiz, mineral gübrələr 25,3 faiz, məişət kondisionerləri 56 faiz azalıb.

19
Azərbaycan bayrağı

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür

9
(Yenilənib 22:20 27.05.2020)
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi.

BAKI, 28 may - Sputnik. Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.

Sputnik Azərbaycan xəbər verir ki, 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür.

1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir.

Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

9