politoloq Elxan Şahinoğlu \ Политолог Эльхан Шахиноглы

"İran bazarı Azərbaycan Türkiyə üçün yaxşı fürsətdir"

118
(Yenilənib 12:32 27.01.2016)
Politoloq: "Düşünmürəm ki, İranın Avropaya açılması, yeni sazişlər imzalanması Türkiyə və Azərbaycan üçün təhlükə yaratsın. Tam əksinə, bu bazardan hər iki ölkə yaxşı istifadə edə bilər"

BAKI, 27 yan — Sputnik. Beynəlxalq sanksiyaların ləğvindən dərhal sonra İran ardı-arda Çin və İtaliya ilə irimiqyaslı sazişlər imzaladı. İlk öncə Çinlə 10 illik 600 milyard dollarlıq həcmində saziş bağlayan İran, ardınca İtaliya ilə müxtəlif sahələrdə 17 müqavilə imzaladı. Prezident Həsən Ruhani Romadakı çıxışında iri layihələrin bundan sonra da davam edəcəyini deyərək, əslində tək İtaliya ilə yox, digər Avropa ölkələri ilə də sazişlər bağlanacağına işarə etmişdi.

Neft və qaz zəngini İranın sürətli inkişafa qədəm qoyması bəzi bölgə ölkələri tərəfindən birmənalı qarşılanmır. Körfəz ölkələri, güclənən İranın Yaxın Şərqdə daha da aqressivləşəcəyindən ehtiyat edir.

Bəs mövcud vəziyyət Türkiyə və Azərbaycana necə təsir edəcək? Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik-ə şərh edib.

Onun fikrincə, İranın güclənməsi Türkiyə və Azərbaycan üçün təhlükə kəsb etmir: "Əksinə, İran üzərindəki sanksiyaların ləğvi Azərbaycan və Türkiyə üçün yeni bazar deməkdir. Mən düşünmürəm ki, İranın Avropaya açılması, yeni sazişlər imzalaması Türkiyə və Azərbaycan üçün təhlükə yaratsın. Tam əksinə, bu bazardan hər iki ölkə yaxşı istifadə edə bilər".

"İran və xarici dövlətlər arasında imzalanan irimiqyaslı kontraktlar öncədən hazır idi. Sadəcə olaraq, imzaların atılması üçün sanksiyaların ləğvi gözlənilirdi", —deyə siyasi şərhçi bildirdi.

E. Şahinoğlu hesab edir ki, Suriya məsələsinə görə, İran və Türkiyə arasında münasibətlər soyusa da, Türkiyə və İran neçə illərin iqtisadi və enerji tərəfdaşıdırlar: "Hətta ola bilsin, İran öz qazını məhz Türkiyə üzərindən Avropaya daşımaq istəsin".

"O cümlədən türk şirkətlərinin bu ölkədə yatırımları arta bilər. Türkiyə özü də Avropa ölkələri kimi İrandakı iqtisadi və enerji layihələrində pay sahibi ola bilər", —politoloq vurğulayıb.

O cümlədən Azərbaycanla bağlı da münbit şərait yarandığını deyən şərhçi, şimal və cənub dəhlizi məsələsinin gündəmə gəldiyini xatırladıb: "Rəsmi Bakı bu layihənin tezliklə icra olunmasını arzulayır. Bu halda İranın Rusiyaya çıxışı Azərbaycan üzərindən olacaq ki, bu da bizi tranzit ölkəyə çevirəcək".

118
Teqlər:
Azərbaycan, Türkiyə, Avropa, saziş, Çin və İtaliya, İran
Mövzu:
Sanksiyaların ləğvindən sonra İran-Azərbaycan əlaqələri (11)
Əlaqədar
Keçmiş XİN başçısı: Azərbaycana kömək etmək İranın borcudur
İsraildən şok İran bəyanatı
Azərbaycan və İran sutkalıq gömrük rejiminə keçəcək
İrandan Türkiyəyə mühüm mesaj
İran sanksiyalardan sonra: nələr olacaq?
Mal əti satışı, arxiv şəkli

Azərbaycana mal əti dərman idxalı artıb

17
(Yenilənib 23:00 22.10.2020)
Təzə meyvə idxalı 15,1%, bitki yağları 2,9%, kərə yağı, digər süd yağları və pastaları 38,9%, çay 5,9%, kartof 1,2%, təzə tərəvəz 29,9%, minik avtomobilləri 28,8% və s. artıb.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə 2020-ci ilin yanvar-avqust aylarında ölkəmizə təzə meyvə idxalı 15,1%, bitki yağları 2,9%, kərə yağı, digər süd yağları və pastaları 38,9%, çay 5,9%, mal əti 18,4%, kartof 1,2%, təzə tərəvəz 29,9%, minik avtomobilləri 28,8%, dərman vasitələri 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları 14,8%, qara metallardan çubuqlar 1,8 dəfə, məişət soyuducuları 3,1% artıb.

Sputnik Azərbaycan bu barədə Dövlət Statistika Komitəsinə istinadla məlumat verir.

Bu ilin 8 ayında buğda idxalı 20,1%, xam şəkər və şəkər 0,4%, quş əti və onun əlavə məhsulları 9,9%, siqaretlər 78,9%, qara metallardan borular 12,7%, polad prokatı 7,7%, mineral gübrələr 5,7%, rezin şinlər 20,2%, məişət kondisionerləri 30,9%, mebellər 23,6%, yük avtomobilləri 13,4%, polietilen 27,5%, paltaryuyan maşınlar 11,1%, qara metallardan künclüklər 8%, avtobuslar 56,1%, sement və sement klinkerləri 27,1% azalıb.

17
Neft buruğu, arxiv şəkli

Dünyada neft ucuzlaşır

9
(Yenilənib 11:00 22.10.2020)
Neftin qiyməti qlobal neft tələbatının bərpa prosesinin ləngidiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

BAKI, 22 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,52 dollar ucuzlaşaraq 41,49 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,16 dollar geriləyərək 41,57 dollar, "Light" markalı neftin qiyməti isə 0,19 dollar ucuzlaşaraq 39,84 dollar olub.

Qeyd edək ki, neftin qiyməti qlobal neft tələbatının bərpa prosesinin ləngidiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

9
Армянская военная форма

Ermənistan son günlərdə hərbi əməliyyatlarda ölən hərbçilərinin siyahısını açıqlayıb

0
(Yenilənib 00:18 23.10.2020)
Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının növbəti siyahısını açıqlayıb.

BAKI, 22 oktyabr - Sputnik. Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.

Sputnik Azərbaycan Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bugünkü siyahıda 26 nəfərin adı yer alıb.

Bu günədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 900 nəfərə çatıb.

Qeyd edək ki, qarşı tərəf itkilərinin sayını məqsədyönlü şəkildə gizlədir.

0
Əlaqədar
MN: Ermənistan rəhbərliyi cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb
Madagiz-Ağdərə istiqamətində ermənilərin itkiləri açıqlandı
Ermənistan ordusu ağır itkilər verməyə davam edir - VİDEO
İtkilər üzə çıxır? Ermənistan ordusunun əsgəri ölüb
"Ermənistanın verdiyi itkilər arasında xaricdən gətirilən muzdlular çoxluq təşkil edir"