İqtisadçı-ekspert Samir Əliyev Sputnik Beynəlxalq Mətbuat Mərkəzində

Samir Əliyev: daxili istehsal olsa insanlar gedib Dərbənddən aylıq ərzaq alıb gəlməz

802
(Yenilənib 13:19 26.01.2016)
İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, Azərbaycan hökuməti daxili istehsalın inkişafı üçün real addımlar atmalıdır.

BAKI, 26 yan — Sputnik. Azərbaycan dövləti daxili istehsalı təşviq etməlidir.

İqtisadçı-ekspert Samir Əliyev Sputnik Beynəlxalq Mətbuat Mərkəzində "2016-cı il üçün büdcəyə yenidən baxılması Azərbaycana nə varəcək?" mövzusunda keçirilən dəyirmi masada bu fikirləri işlədib.

"Daxili istehsalımız olsa insanlar gedib Dərbənddən aylıq ərzaq alıb gəlməz. Halbuki, Rusiyanın özündə də dollar bahalaşıb. Amma orda ərzaq qiymətləri 2-3 qat bizdən ucuzdur. Çünki orda azad daxili istehsal var", deyə Əliyev bildirib.

802