Samir Əliyev, iqtisadçı-ekspert

Ekspert: dövlət strukturlarına ayrılan vəsait ciddi ixtisar olunacaq

184
(Yenilənib 15:15 26.01.2016)
İqtisadçı-ekspert Samir Əliyevin fikrincə, Azərbaycan manatının dekarın 21-də ciddi devalvasiyaya uğraması ölkədə tamamilə yeni vəziyyət yaradıb.

BAKI, 26 yan — Sputnik. Manatın devalvasiyası ölkədə yeni situasiya yaratdı. İqtisadçı-ekspert Samir Əliyev Sputnik Beynəlxalq Mətbuat Mərkəzində "2016-cı il üçün büdcəyə yenidən baxılması Azərbaycana nə varəcək?" mövzusunda keçirilən dəyirmi masada bu fikirləri işlədib.

Onun sözlərinə görə, yaranmış yeni situasiyada dövlət maddi çətinlik çəkən təbəqəni nəzərə almağa məcbur oldu və bununla bağlı işlər gedir.

Əliyevin fikrincə, bu gün Azərbaycanda hökumət daxili borcalınmaya getməyə məcburdur.

İqtisadçı həmçinin dövlət strukturlarına ayrılan vəsaitin ciddi ixtisara uğrayacağını proqnozlaşdırır.

"Bir neçə dövlət qurumu bu səbəbdən birləşə bilər", — deyə o əlavə edib.

184
Quş ferması, arxiv şəkli

Estoniyadan Azərbaycana quşçuluq məhsulları gətirilməsi dayandırıldı

8
Nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Estoniya Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

BAKI, 26 fevral — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

Agentlikdən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Estoniya Respublikasının Lyaene-Virumaa (Laane-Viru) inzibati ərazi vahidində yüksək patogen "quş qripi" xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Estoniya Respublikasının Lyaene-Virumaa inzibati ərazi vahidindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Estoniya Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

8
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti bahalaşır

9
(Yenilənib 14:13 26.02.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 26 fevral — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,21 dollar artaraq 66,98 dollar təşkil edib. Bu, ötən ilin yanvarından bəri maksimum göstəricidir.

"Brent" markalı neftin qiyməti 0,59 dollar geriləyərək 66,29 dollar, "Light" markalı neftin qiyməti isə 0,64 dollar ucuzlaşaraq 62,89 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

9
Kitabxanada qız, arxiv şəkli

"Tıq-tıq xanım" nağılı ingilis dilinə tərcümə edilib

0
(Yenilənib 23:09 26.02.2021)
Tofiq Bakıxanovun İsveçdə yaşayan nəvəsi Nadim Əliyev Abdulla Şaiqin 140 illik yubileyi ilə bağlı maraqlı bir təşəbbüs göstərərək ədibin uşaqlar üçün qələmə aldığı "Tıq-tıq xanım" nağılını ingilis dilinə tərcümə edib

BAKI, 27 fevral — Sputnik. Abdulla Şaiqin 140 illik yubleyi ilə bağlı "Tıq-tıq xanım" nağılı ingilis dilinə tərcümə edilib.

Sputnik Azərbaycan xəbər verir ki, görkəmli Azərbaycan bəstəkarı Tofiq Bakıxanovun İsveçdə yaşayan nəvəsi Nadim Əliyev Abdulla Şaiqin 140 illik yubileyi ilə bağlı maraqlı bir təşəbbüs göstərərək ədibin uşaqlar üçün qələmə aldığı "Tıq-tıq xanım" nağılını ingilis dilinə tərcümə edib.

Nağılın ingilis dilində tərcüməsi kitab formatına salınıb. Kitabdakı illüstrasiyaların müəllifi Aleks Bjelicadır.

0