Elman Rüstəmov

Elman Rüstəmov: 5000 dollara qədər krediti olanlara güzəşt edilə bilər

97
AMB-nin rəhbəri: Manatın denominasiyanı həyata keçirmək üçün milli valyutada qüsurlar və hiperinflyasiya olmalıdır.

BAKI, 19 yan-Sputnik. Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elmar Rüstəmov dollarla kredit götürən şəxslərə güzəşt edilib-edilməyəcəyinə aydınlıq gətirib.

Sputnik APA-ya istinadla xəbər verir ki, Elman Rüstəmov hazırda bu məsələnin iqtisadi komandanın gündəliyinə daxil olduğunu və müzakirənin getdiyini bildirib.

  

Baş bankın rəhbəri "5 000 dollaradək olan kreditlər köhnə məzənnə ilə ödənilə bilərmi?" sualına cavabında deyib: "5 000 dollaradək kredit götürən müştərilərə müəyyən güzəştlər ola bilər. İlkin hesablamalara görə, söhbət 250 milyon manatdan gedir. Burada əsas məsələ kompensasiyanın maliyyə mənbəyini tapılmasıdır. Bu təkcə Mərkəzi Bankın səlahiyyətinə aid olan məsələ deyil, buna bütövlükdə Azərbaycanın iqtisadi komandası qərar verməlidir".

Elman Rüstəmov Azərbaycan manatının denominasiyası ilə bağlı cəmiyyətdə səsələnən fikirləri də şərh edib.

O deyib ki, sosial şəbəkələrdə yeni pul nişanlarının çap olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir: "Bu, uydurmadır. Bildiyiniz kimi, denominasiyanı həyata keçirmək üçün milli valyutada qüsurlar olmalıdır. Bundan başqa, hiperinflyasiya olmalıdır. Hal-hazırda Azərbaycanda hiperinflyasiya müşahidə olunmur və milli valyutada qüsurlar yoxdur. Buna görə, indiki şəraitdə denominasiyaya lüzum yoxdur."

97
Teqlər:
valyuta, Azərbaycanın milli valyutası, borc, kredit, manatın devalvasiyası, manat, Azərbaycan, Azərbaycan Mərkəzi Bankı, Elman Rüstəmov, Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elmar Rüstəmov
Əlaqədar
Mərkəzi Bank yeni devalvasiya dalğalarının olacağını istisna etmir
Mərkəzi Bank: manatın növbəti devalvasiyası barədə şayiələr əsassızdır
Mərkəzi Bank 1 dolların 2 manat olması məsələsinə aydınlıq gətirdi
Mərkəzi Bank dollar krediti olanlara kömək edə bilər
Milli Bank manatın taleyinə aydınlıq gətirdi