Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Bizi çətin illər gözləyir"

Abunə olmaq
Politoloq: "Azərbaycanın yeganə çıxış yolu neftdən asılılıqdan yaxa qurtarmaqdır. Biz gərək bundan sonra iqtisadiyyatımızı xarici təsirlər üzərində qurmayaq. Neft erasının başa çatması bizə diqqətimizi qeyri-neft sektorunun inkişafı üzərində cəmləşdirməyi diqtə edir"

BAKI, 18 yan-Sputnik. "Neft erası son çatır. Biz inkişafımızı qeyri-neft sektorunun inkişafına bağlamalıyıq".

Нефтяные вышки в Баку. Архивное фото - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Neftin ucuzlaşması davam edir

Bu sözləri neftin qiymətlərinin dünya bazarında aşağı düşməsi fonunda, Qazaxıstanın başladığı islahatların və Qərbin İrana qarşı sanksiyaları dayandırmasının Azərbaycana təsirlərini Sputnik-ə şərh edən, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

"Qazaxıstan da Azərbaycan kimi neft ixracatçısıdır. Hər iki ölkənin iqtisadiyyatlarının oxşar cəhətləri çoxdur. Neftin qiymətinin düşməsi Qazaxıstan iqtisadiyyatına da mənfi təsir edib. Ancaq Qazaxıstan Azərbaycandan fərqli olaraq neftin qiymətlərinin enməsinə daha erkən hazırlaşdı və özəlləşdiriləcək dövlət müəssisələrinin siyahısını açıqladı", —deyə politoloq bildirib.

E. Şahinoğlunun fikrincə, Azərbaycan Prezidentinin bugünkü müşavirədəki çıxışından aydın olur ki, ölkəmiz də xarici investorların iştirakı ilə geniş özəlləşdirməyə hazırlaşır. O hesab edir ki, İrana qarşı sanksiyaların ortadan qaldırılması neftin qiymətlərinə bir az daha mənfi təsir edəcək.

"Bu müstəvidə Azərbaycanın yeganə çıxış yolu neftdən asılılıqdan yaxa qurtarmaqdır. Biz gərək bundan sonra iqtisadiyyatımızı xarici təsirlər üzərində qurmayaq. Neft erasının başa çatması bizə diqqətimizi qeyri-neft sektorunun inkişafı üzərində cəmləşdirməyi diqtə edir. Hadisələrin inkişafı göstərir ki, biz məsuliyyətli bir dövrə qədəm basmışıq. Ağır olacaq, çətin illər bizi gözləyir, ancaq başqa alternativimiz də yoxdur", — deyə E.Şahinoğlu əlavə edib.

Xəbər lenti
0