Pul

Manatı Azərbaycanı daha ağır günlər gözləyir

816
(Yenilənib 22:08 03.01.2016)
2016-cı ildə ABŞ dolları dünyanın bütün valyutalarını yenəcək.

BAKI, 3 yan-Sputnik. 2016-cı ildə ABŞ dolları dünyanın əsas valyutalarına nisbətdə xeyli möhkəmlənəcək.

Sputnik-in məlumatına görə, bu barədə proqnozu "Bloomberg" agentliyinin mütəxəssisləri verib.

dolların məzənnəsi
© Sputnik / Mikhail Kutuzov

Proqnoza görə, avronun məzənnəsi ABŞ dollarına nisbətdə 3 faizədək aşağı düşəcək. ABŞ dollarına nisbətdə Yapon yeni 3,5%, İsveç kronu, Danimarka kronu və Avstraliya dolları təxminən 5% dəyərdən düşəcək. Dollara nisbətdə İsveçrə frankının məzənnəsi 6%, Yeni Zelandiya dollarının məzənnəsi isə 7,5% aşağı olacaq.

2016-cı ilin yekunlarına əsasən, ABŞ dolları ilə müqayisədə Kanada dolları təxminən 3,5%, funt sterlinq — 2,5%, Norveç kronu isə 1,2% möhkəmlənəcək.

Mütəxəssislər hesab edirlər ki, ABŞ dollarının proqnozlaşdırılan yüksəlişi 2015-ci ilin dekabrın ortalarında ABŞ-ın Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırması ilə əlaqədardır. Bu qərar son 9 ildə ilk dəfə verilib.

  

2016-cı ildə iqtisadi artım davam edəcəyi təqdirdə FES-in uçot dərəcəsinin daha 4 dəfə artırılacağı proqnozlaşdırılır.

2015-ci il ərzində Azərbaycan manatının məzənnəsi iki dəfə devalvasiyaya uğrayıb və ABŞ dolları ilə müqayisədə 98%-ə yaxın ucuzlaşıb. Nəticədə Azərbaycan Mərkəzi Bankı üzən məzənnə rejiminə keçid elan edib. Ekspertlərin qənaətinə görə, əsas gəlirlərini neft təşkil edən Azərbaycanın milli valyutasının aqibəti 2016-cı ildə çox pis olacaq. Çünki dünya bazarında neftin qiymətləri durmadan aşağı düşür. Bu prosesə ABŞ-ın yenidən neft hasilatı və ixracına başlamasının da ayrıca təsiri olacaq.

816
Mövzu:
Azərbaycan valyutasının ucuzlaşması (22)
Əlaqədar
Bayram günləri manatın aqibəti necə olacaq?
Manatın devalvasiyası "yolkalar"ı da vurdu
Bayram günlərində heç 2 manata da 1 dollar tapa bilməyəcəyik
Manat dayanmadan ucuzlaşır

Professor: “Kripto valyutaya etibar yoxdur ən etibarsız valyutadır”

11
(Yenilənib 11:17 20.04.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, kripto valyuta ətrafında belə gərgin vəziyyətin yaranacağı təsəvvür edilmirdi
Professor: “Kripto valyutaya etibar yoxdur və ən etibarsız valyutadır”

Türkiyə Mərkəzi Bankı ölkə ərazisində kriptovalyutanın maliyyə əməliyyatlarında qadağan edilməsi barədə qərar verib. Müvafiq qərar “Resmi Gazete”də dərc olunub.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a  deyir ki, kripto valyutaların dövriyyə buraxılması elektron pulların dövriyyəyə buraxılması kimi qiymətləndirilmişdi:  “Prosesin bu cür sürətli davam etməsindən sonra kimsə kripto valyuta ətrafında belə gərgin vəziyyətin yaranacağını təsəvvür etməzdi. Bu gün kripto valyutanın nə üçün dövriyyəyə buraxılması qeyri-müəyyəndir. Hazırda kripto valyutaların milli valyutalara təzyiqi olduğunu qeyd etməliyik. Mənim fikrimcə kripto valyutaya etibar yoxdur və bu ən etibarsız valyutadır. Çünki onu dövriyyəyə buraxan tərəf üzərinə hər hansı məsuliyyət götürmür”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

11
Məişət tullantıları qutuları, arxiv şəkli

Tullantıların bir qismi satıldı, bir qismindən isə enerji əldə edildi

320
(Yenilənib 23:24 19.04.2021)
Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 24,6 faizi müəssisələrdə xammal kimi istifadə edilib.

BAKI, 20 aprel — Sputnik. 2020-ci ildə ölkədə 3486,5 min ton və ya əvvəlki illə müqayisədə 6,4 faiz çox tullantı əmələ gəlib və onların 67,4 faizini bərk məişət tullantıları, 32,6 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranan müxtəlif növ tullantılar təşkil edib.

Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, ötən il yaranan 2350,0 min ton bərk məişət tullantılarının 74,5 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 25,0 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,5 faizi isə ölkə daxilində satılıb. Məişət tullantılarından istifadə hesabına 200,6 milyon kVt saat və ya 2019-cu illə müqayisədə 2,4 faiz çox elektrik enerjisi istehsal edilib.

Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 24,6 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 20,7 faizi ölkə daxilində satılıb, 1,8 faizi ixrac olunub, 8,4 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 44,5 faizi isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2019-cu illə müqayisədə 0,1 faiz az və ya 317,2 min ton təhlükəli tullantı yaranmış və tullantıların ümumi miqdarında onların payı 9,1 faiz olub. Tullantıların 53,8 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranıb ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 61,4 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.

320
Məktəb, arxiv şəkli

Tədrisi digər dillərdə olan uşaqların I sinfə qəbulu üçün müsahibələrin vaxtı açıqlanıb

0
(Yenilənib 17:11 20.04.2021)
Dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin onlayn həyata keçirilməsi nəzərdə tutulur.

BAKI, 20 aprel — Sputnik. Aprelin 29-dan Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə start veriləcək.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi iyunun 8-də başa çatacaq. Dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin 4 may - 14 iyun 2021-ci il tarixlərində onlayn həyata keçirilməsi nəzərdə tutulur.

0