Добыча нефти в США

Amerika neft ixracına başladı

174
(Yenilənib 15:14 02.01.2016)
ABŞ 1975-ci ildən bəri ilk dəfə olaraq neftin ixracına başlayıb.

BAKI, 2 yan-Sputnik. ABŞ 1975-ci ildən bəri ilk dəfə olaraq neftin ixracına başlayıb.

Sputnik-in məlumatına görə, "ConocoPhillips" şirkətinə məxsus tanker Texas ştatında limandan İtaliyaya yola salınıb. Limanın sahibi olan "NuStar Energy" şirkətinin nümayəndəsi Meri Rouz Braun deyib ki, neft və qaz kondensatını daşıyan tanker yükü İsveçrə şirkəti "Vitol Group"a təhvil verəcək.

"Bloomberg" agentliyinin məlumatına görə, yaxın günlərdə Hyuston limanından "Vitol" şirkəti üçün xam neftlə dolu daha bir tanker yola düşəcək.

Dekabrın 24-də Texas ştatında fəaliyyət göstərən "Enterprise Products" şirkətinin İsveçrənin neft emalı zavodlarına 600 min barel həcmində neftin tədarükü ilə bağlı müqavilə imzaladığı elan edilib. Buradan dizel və yanacağın digər növləri Şimali Avropaya göndəriləcək.

174
Teqlər:
Vitol Group, Şimali Avropa, Vitol, Meri Rouz Braun, Texas, NuStar Energy, ConocoPhillips, Hyuston, bloomberg
Əlaqədar
Nazir: ucuz neftin səbəbkarı Səudiyyə Ərəbistanıdır
Rusiya İŞİD-in neft qaçaqmalçılığının marşrutunu açıqladı
SOCAR nefti hara satsın?
Neftin qiyməti 160 dollara qalxacaq
Elektrik xətləri, arxiv şəkli

Suqovuşanda "ağıllı şəbəkə" tətbiq olunur

6
(Yenilənib 12:53 22.04.2021)
Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq iki dövrəli xətt izoliyasiyalı kabellə çəkilir.

BAKI, 22 aprel — Sputnik. İşğaldan azad olunan Suqovuşan qəsəbəsinə 110/35/6 kv-luq Tərtər yarımstansiyasından 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri davam etdirilir. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, işğaldan azad olunan əraziləri elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirlər davam etdirilir, “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Suqovuşan ərazisində işləri sürətləndirilib.

Suqovuşanda son vəziyyət
© Sputnik / Aleksey Kudenko

Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq iki dövrəli xətt izoliyasiyalı kabellə çəkilir. Belə xətlərdə itkilər minimuma enir, əlverişsiz hava şəraitinə daha dözümlüdür, buzlaşmaya qarşı daha dayanıqlıdır, həmçinin belə xətlərin keçdiyi ərazilərdə mühafizə zolağı daha az olur, xətlərə texniki xidmət xərci minimuma enir.

Suqovuşan qəsəbəsinin daxili şəbəkəsində isə 0.4 kv hava xətləri bərpa edilib, yeni SİP kabellər çəkilib. Qısa müddət ərzində qəsəbəyə elektrik enerjisinin verilişi bərpa ediləcək. Bunun üçün lazım olan bütün mal-material əraziyə göndərilib.

6
Teqlər:
elektrik, işıq, Suqovuşan
Suraxanı neft yatağı, arxiv şəkli

Azərbaycan nefti bahalaşıb

3
(Yenilənib 12:47 22.04.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 22 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,16 dollar artaraq 65,37 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,26 dollar ucuzlaşaraq 65,06 dollar, "Light" markalı neftin qiyməti isə 0,27 dollar geriləyərək 61,08 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

3
Teqlər:
Azərbaycan, qiymət, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Xəstəxana, arxiv şəkli

Tibb bacıları da COVID-19 xəstələrinin ağırlaşmasına səbəb olurlar - Nazirlik rəsmisi

0
(Yenilənib 14:14 22.04.2021)
"Tibb bacıları xəstəliyin ağırlıq dərəcəsini qiymətləndirə bilmədən, yanaşı xəstəliklərini nəzərə almadan əsassız yerə göstəriş olmayan müxtəlif preparatları xəstələrə vururlar ki, bu da ağırlaşmalara səbəb olur" - Vüqar Cavadzadə.

BAKI, 22 aprel — Sputnik. Səhiyyə Nazirliyinin mütəxəssisi COVID-19 infeksiyasına qarşı evdə müalicə prosesinə aydınlıq gətirib. Sputnik Azərbaycan-ın xəbərinə görə, Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə bununla bağlı müsahibə verib.

Sputnik Azərbaycan nazirlik mütəxəssisisnin müsahibəsini təqdim edir:

- Test nəticəsi pozitiv çıxan vətəndaşlar hansı şərtlərdə evdə müalicə oluna bilərlər?

- Öncə onu qeyd edim ki, PZR testi (polimeraz zəncir reaksiyası) pozitiv olan şəxslər 2 həftə müddətində ev şəraitində özlərini təcrid etməlidirlər. Özünü təcrid etməklə onlar ətrafda olan insanları virusa yoluxdurmur, eyni zamanda xəstəlik inkişaf edərsə, onun ağırlaşmasının qarşısını alınır.

Xəstəliyi simptomsuz (klinik əlaməti olmayan) keçirən xəstələr də ev şəraitində həkim nəzarətində olmalıdırlar. Testi pozitiv çıxan, lakin heç bir klinik laborator dəyişikliyi olmayan şəxslərə müalicə təyin edilmir.

- Evdə müalicə müddəti neçə gündür?

- Hər bir xəstəyə fərdi yanaşılmalıdır. Xəstənin yaşı, yanaşı xəstəliyi, xəstəliyin ağırlıq dərəcəsi və s. kimi şərtlər mütləq nəzərə alınmalıdır. Xəstəliyin ağırlıq dərəcəsindən, yanaşı xəstəliklərdən aslı olaraq müalicə müddəti dəyişilə bilər. Orta hesabla müalicə müddəti 2 həftədir. Ağırlaşmış xəstələrdə bu müddət uzana bilər. Qeyd etdiyim kimi, xəstəliyi simptomsuz keçirən şəxslərə heç bir müalicə təyin edilmir. Bu şəxslər yalnız özlərini ev şəraitində 2 həftə təcrid etməlidirlər. Xəstəliyi yüngül keçirənlərə 10-14 gün müddətində yalnız tərkibi vitaminlər və minerallarla zəngin olan polivitaminlər təyin edilə bilər. Xəstəliyi yüngül və orta ağır keçirən şəxslər gün ərzində bol maye qəbul etməli, kifayət qədər vitamin və zülalla zəngin qidalarla qidalanmalıdırlar.

Xəstəliyi ağır keçirən şəxslərinin daimi olaraq həkim nəzarəti, laborator müayinələr və oksigenə ehtiyacı olduğu üçün stasionar müalicə olunması zəruridir.

Evdə müalicə prinsiplərinə elə riayət olunmalıdır ki, sonradan xəstə ağırlaşıb xəstəxanaya düşməsin.

- Əgər evdə COVID-19-a yoluxmamış şəxslər varsa, onları qorumaq üçün nələrə diqqət etmək lazımdır?

- Evdə COVID-19-a yoluxmuş şəxs varsa, digər ailə üzvlərini qorumaq məqsədilə yoluxan şəxs digər otaqda yerləşdirilməlidir. Ailə üzvləri hamısı maska taxmalı, yoluxmuş şəxslə kontaktda olmamalı, otaqların havası tez-tez dəyişilməli, ümumi istifadədə olan mətbəx və sanitar qovşağı gündəlik dezinfeksiya edici vasitələrlə təmizlənməlidir. Evdə COVID-19-a yoluxmamış şəxslər varsa, onlar qeyd etdiyimiz tədbirlərlə yanaşı, immun sistemin zəifləməsinin qarşısını almaq məqsədilə özlərini soyuqdan qorumalı, kifayət qədər vitaminli və zülalla zəngin olan qidalar qəbul etməlidir.

-  Antibiotik istifadəsi nə zaman təyin edilir?

- Çox təəssüflə onu qeyd etmək istəyirəm ki, test nəticəsi pozitiv çıxan kimi vətəndaşlarımız müxtəlif qruplardan olan antibiotiklər qəbul edirlər. Bəzi hallarda isə zərurət olmadan ilkin olaraq ehtiyat antibiotiklərdən istifadə edilir. Onu da qeyd edim ki, hər xəstəyə antibiotik təyin edilmir. Ümumiyyətlə antibiotiklər həkim müayinəsindən sonra təyin edilməlidir.

Xəstəliyi simptomsuz və yüngül keçirən şəxslərə antibiotik təyin edilmir. Xəstəliyi orta-ağır keçirənlərə isə antibiotiklər laborator müayinələrin nəticələrinə əsasən təyin edilməlidir. Antibiotiklərin düzgün seçimi üçün antibiotikoqramma aparılmalıdır. Antibiotiklərin gündəlik dozası, təyin olunma müddəti mütləq həkim tərəfindən müəyyən edilməlidir. Bəzən antibiotiklərin təyininə zərurət olmadığı halda xəstələr uzun müddət antibiotiklər qəbul edirlər ki, bu da sonradan ağırlaşmalara səbəb olur.

- Evdə müalicədə ən çox edilən səhvlər nələrdir?

- Test nəticəsi pozitiv çıxan şəxslər evdə özlərini özbaşına müalicə etməkdənsə, öncə yaşadığı ərazidə yerləşən poliklinika həkimlərinə müraciət etməlidir.

Xəstələrin böyük əksəriyyəti bu gün şablon reseptlərdən istifadə edir, xəstəlikdən sağalan digər şəxslərin istifadə etdikləri dərmanları qəbul edirlər. Həkimə müraciət etmədən ev şəraitində özbaşına ehtiyac olmadan müxtəlif antibiotiklər, antiviral preparatlar, qan durulducu, hormonal və s. kimi preparatlar qəbul edirlər. Bir çox hallarda insanlar ehtiyac olmadığı halda günlərlə vena daxili infuziyalardan istifadə edirlər. Nəticədə xəstəliyin gedişi ev şəraitində ağırlaşır, xəstəni xəstəxanaya köçürməli olurlar.

Əhalinin böyük hissəsi düşünür ki, virusa yoluxmuş şəxslərin hamısına eyni müalicə aparılır, bütün xəstələrə eyni dərmanlar təyin edilir. Qeyd edim ki, dərmanlar həkim tərəfindən təyin ediləndə, dərmanların göstəriş və əks-göstərişləri, əlavə təsirləri mütləq nəzərə alınır.

Bəzi hallarda xəstələr həkimlərə yox, tibb bacılarına müraciət edirlər. Tibb bacıları xəstəliyin ağırlıq dərəcəsini qiymətləndirə bilmədən, yanaşı xəstəliklərini nəzərə almadan əsassız yerə göstəriş olmadan müxtəlif preparatları xəstələrə vururlar ki, bu da ağırlaşmalara səbəb olur.

- Antiviral preparatlar nə dərəcədə effektlidir?

- Bu gün apteklərdə müxtəlif antiviral preparatlar satılır. İnsanlar bəzən 3-4 antiviral preparatlar alıb qəbul edirlər. Hətta COVID-19 infeksiyasına yoluxmayan insanlar belə bu preparatları alıb qəbul edirlər ki, bu da sonradan müxtəlif fəsadlara yol açır. Ümumiyyətlə, COVID-19 infeksiyasının müalicəsində effektiv təsir göstərən hər hansı bir antiviral preparat mövcud deyil. Qısaca desək, COVID-19 infeksiyasının müalicəsində antiviral preparatların effektivliyi elmi-tədqiqatlarla sübuta yetirilməyib.

COVID-19 infeksiyası dünyada yayılmağa başlayan gündən bir sıra antiviral preparatlar tətbiq edilməyə başladı. Amma zaman keçdikdə klinik laborator nəticələr təhlil edildikdən sonra həmin preparatlar müalicədən çıxarıldı.

0
Teqlər:
tibb bacısı, Koronavirus, epidemiya, COVID-19