доллар

Dollar manata nəzərən cüzi bahalaşdı

61
(Yenilənib 10:55 28.12.2015)
Azərbaycan Mərkəzi Bankının dekabrın 28-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ valyutasının manata nəzərən məzənnəsi 1,5561 həddindədir.

BAKI, 28 dek — Sputnik. Azərbaycanda dollar və avronun məzənnəsində cüzi bahalaşma qeydə alınıb.

Bu barədə Sputnik Azərbaycan Mərkəzi Bankının dekabrın 28-nə olan rəsmi məzənnələr bülleteninə əsasən xəbər verir.

Belə ki, bu gün ABŞ dollarının rəsmi məzənnəsi 1,5561 (25 dekabr — 1,5550 manat) manat təşkil edib.

Manata nəzərən avronun məzənnəsi isə 1,7079 manat (25 dekabr — 1,7043 manat) olub.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub. 

Məlumata əsasən, həmin gün dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub.

61
Mövzu:
Azərbaycan valyutasının ucuzlaşması (22)
Elektrik xətləri, arxiv şəkli

Suqovuşanda "ağıllı şəbəkə" tətbiq olunur

4
(Yenilənib 12:53 22.04.2021)
Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq iki dövrəli xətt izoliyasiyalı kabellə çəkilir.

BAKI, 22 aprel — Sputnik. İşğaldan azad olunan Suqovuşan qəsəbəsinə 110/35/6 kv-luq Tərtər yarımstansiyasından 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri davam etdirilir. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, işğaldan azad olunan əraziləri elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirlər davam etdirilir, “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Suqovuşan ərazisində işləri sürətləndirilib.

Suqovuşanda son vəziyyət
© Sputnik / Aleksey Kudenko

Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq iki dövrəli xətt izoliyasiyalı kabellə çəkilir. Belə xətlərdə itkilər minimuma enir, əlverişsiz hava şəraitinə daha dözümlüdür, buzlaşmaya qarşı daha dayanıqlıdır, həmçinin belə xətlərin keçdiyi ərazilərdə mühafizə zolağı daha az olur, xətlərə texniki xidmət xərci minimuma enir.

Suqovuşan qəsəbəsinin daxili şəbəkəsində isə 0.4 kv hava xətləri bərpa edilib, yeni SİP kabellər çəkilib. Qısa müddət ərzində qəsəbəyə elektrik enerjisinin verilişi bərpa ediləcək. Bunun üçün lazım olan bütün mal-material əraziyə göndərilib.

4
Teqlər:
elektrik, işıq, Suqovuşan
Suraxanı neft yatağı, arxiv şəkli

Azərbaycan nefti bahalaşıb

2
(Yenilənib 12:47 22.04.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 22 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,16 dollar artaraq 65,37 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,26 dollar ucuzlaşaraq 65,06 dollar, "Light" markalı neftin qiyməti isə 0,27 dollar geriləyərək 61,08 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

2
Teqlər:
Azərbaycan, qiymət, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
 Hakan Altun, arxiv şəkli

Türkiyəli müğənni reanimasiyaya yerləşdirildi

0
(Yenilənib 13:54 22.04.2021)
Televiziya proqramının çəkilişindən əvvəl onun vəziyyəti pisləşib. Daha çox Türkiyənin məşhur müğənnisi Sibel Canla duet ortağı olan Hakan Altunun beş gün reanimasiyada qalacağı bildirilib.

BAKI, 22 aprel — Sputnik. Türkiyəli məşhur müğənni Hakan Altun xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, televiziya proqramının çəkilişindən əvvəl onun vəziyyəti pisləşib. Daha çox Türkiyənin məşhur müğənnisi Sibel Canla duet ortağı olan Hakan Altunun beş gün reanimasiyada qalacağı bildirilib.

Müğənni 2007-ci ildən onun beyin əməliyyatını aparan həkimin nəzarəti altındadır.

0
Teqlər:
Türkiyә, reanimasiya, müğənni