Təhsil nazirliyi

Təhsil sahəsində lisenziyalar üçün dövlət rüsumu iki dəfə azaldıldı

106
(Yenilənib 13:22 22.12.2015)
Bu məsələ Azərbaycan prezidenti İlham Əliyevin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən "Lisenziyalaşdırma Qaydası"nda əksini tapıb.

BAKI, 22 dek-Sputnik. Azərbaycanda təhsil sahəsində lisenziyaların verilməsinə görə ödəniləcək dövlət rüsumunun məbləğləri iki dəfə azaldılıb.

Sputnik-in məlumatına görə, bu məsələ Azərbaycan prezidenti İlham Əliyevin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən "Lisenziyalaşdırma Qaydası"nda əksini tapıb.

Artıq məktəbəqədər təhsil müəssisələri üçün lisenziya verilməsinə görə ödənilən dövlət rüsumu 1250 manat, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) üçün 2000 manat, ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) üçün 2000 manat, orta ixtisas təhsili müəssisələri üçün 2000 manat, ali təhsil müəssisələri üçün 2750 manat, əlavə təhsil müəssisələri üçün 1500 manat, dini orta ixtisas təhsili müəssisələri üçün 2000 manat, ali dini təhsil müəssisələri üçün 2750 manat olacaq.

Bu vaxta qədər məktəbəqədər təhsil müəssisələri üçün lisenziya verilməsinə görə ödənilən dövlət rüsumu 2500 manat, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) üçün 4000 manat, ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) üçün 4000 manat, orta ixtisas təhsili müəssisələri üçün 4000 manat, ali təhsil müəssisələri üçün 5500 manat, əlavə təhsil müəssisələri üçün 3000 manat, dini orta ixtisas təhsili müəssisələri üçün 4000 manat, ali dini təhsil müəssisələri üçün 5500 manat idi.

106
Teqlər:
təhsil, fərman, Lisenziyalaşdırma Qaydası, prezident, Azərbaycan prezidenti İlham Əliyev
Əlaqədar
Banklara lisenziyaların verilməsi üçün rüsum 2 dəfə azaldıldı
Lisenziyalar ləğv olundu
Azərbaycan manatı, arxiv şəkli

İşçi sayını azaltmayan vergi ödəyicilərinə nazirlik pul köçürdü

2
(Yenilənib 18:30 26.01.2021)
Vəsaitlər Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq vergi ödəyicilərinin bank hesablarına köçürülüb.

BAKI, 26 yanvar — Sputnik. Nazirlər Kabinetinın 23 dekabr 2020-ci il tarixli sərəncamına uyğun olaraq, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstərilib.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib ki, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi sahibkarlıq subyektlərinin zərərlərinin azaldılması, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması, iş yerlərinin qorunub saxlanılması məqsədini daşıyır. Sahibkarlara maliyyə dəstəyi iki istiqamət üzrə aparılıb.

Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı 4-cü mərhələ çərçivəsində 174.316 muzdlu işçini əhatə edən 18.845 vergi ödəyicisinə 39,06 mln. manat həcmində maliyyə dəstəyi göstərilib. Maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait almış və işçi sayında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə, dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə, aylıq əməkhaqqı fondunun yarısı həcmində verilib. Eyni zamanda, yeni qeydiyyatdan keçmiş vergi ödəyiciləri də muzdlu işçiləri üçün dövlət dəstəyindən yararlanıblar.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin 4-cü mərhələsi çərçivəsində 83.162 fərdi (mikro) sahibkara 29,5 mln. manat maliyyə dəstəyi göstərilib. Maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilib.

Müvafiq vəsaitlər Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq vergi ödəyicilərinin bank hesablarına köçürülüb.

Qeyd edək ki, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində vergi ödəyicilərinə 4 mərhələdə ümumilikdə 246 mln. manatdan çox, fərdi (mikro) sahibkarlara isə 112,17 mln. manatdan çox olmaqla, ümumilikdə 358,2 mln. manata yaxın maliyyə vəsaiti ödənilib.

2
Tərtərdə yerli sakin çörək alır

Un çörəyin istehsalı satışı ilə bağlı yeni təklif var

5
(Yenilənib 17:18 26.01.2021)
Un, çörək, eləcə də kəpəyin istehsalı və satışı ilə bağlı vergilərdə dəyişikliklər edilməsi təklif olunur

BAKI, 26 yanvar — Sputnik. Azərbaycana buğda idxalı daha 1 il əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Mövcud Vergi Məcəlləsinə görə, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad olub.

Hazırda təklif edilən dəyişikliyə əsasən isə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 5 il müddətinə ƏDV-dən azad olacaq.

Eyni zamanda kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddəti 1 il artırılır. Kəpəyin istehsalı və satışı 2019-cu il martın 1-dən 2 il müddətinə ƏDV-dən azad olub. Dəyişikliyə əsasən, bu, 2017-ci il yanvarın 1-dən 3 il müddətinə olan dövrü əhatə edəcək.

5
Teqlər:
ƏDV, satış, istehsal, çörək, un