Milli bank

Milli Bank manatın taleyinə aydınlıq gətirdi

547
(Yenilənib 12:25 17.12.2015)
AMB: FES-in qərarı bütün dünyaya, o cümlədən Azərbaycana, bizim milli valyutamıza öz təsirini göstərəcək.

BAKI, 17 dek-Sputnik. Azərbaycan Milli Bankı bəyan edib ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System) ötən gün qəbul etdiyi qərar gözlənilən idi.

Sputnik APA-ya istinadən xəbər verir ki, AMB FES-in uçut dərəcəsini artırmasına belə şərh verib:

"Şübhəsiz ki, FES-in qərarı bütün dünyaya, o cümlədən Azərbaycana, bizim milli valyutamıza öz təsirini göstərəcək. Təsirlər barədə detallı danışmaq hələ çox tezdir, bununla bağlı biz müvafiq təhlillərimizi aparırıq. Bilirsiniz ki, manatın məzənnəsi bivalyuta səbətinə uyğun şəkildə tənzimlənir. Buna görə, dollar və avro münasibətlərini ciddi şəkildə təhlil edirik".

Son zamanlar ictimaiyyət arasında manatın növbəti dəfə devalvasiyaya uğraması, habelə üzən məzənnəyə keçidlə bağlı müxtəlif fikirlər səslənir. FES-in qərarı isə bu söz-söhbətlərin daha da böyüməsinə səbəb ola bilər.

доллар
© Sputnik / Mikhail Kutuzov

Buna münasibət bildirən Mərkəzi Bank rəsmisi deyib: "Hələlik bununla bağlı nə isə demək çox çətindir, proses hazırkı axarı ilə davam edəcək. Bununla bağlı daxili müzakirələr aparılır. Hadisələr çox sürətlə dəyişir və onlardan asılı olaraq, hökumətlə razılaşdırılmış, planlaşdırılmış şəkildə Mərkəzi Bank öz məzənnə siyasətini həyata keçirəcək".

AMB rəsmisi ona da əlavə edib ki, hələlik bivalyuta səbətində dollar və avronun payında dəyişiklik gözlənilmir.

Ötən gün FES-in qəbul etdiyi qərara əsasən uçot dərəcəsi 0,25% artırılıb.

547
Teqlər:
devalvasiya, dolların qalxması, manatın düşməsi, manatın taleyi, manatın devalvasiyası, Federal Ehtiyatlar Sistemi, FES, ABŞ-ın Federal Ehtiyatlar Sistemi, Azərbaycan Milli Bankı, Milli Bank, AMB, Azərbaycan