OPEC

OPEC sutkalıq neft hasilatını 1,5 milyon barel artırıb

325
(Yenilənib 19:30 04.12.2015)
OPEC-in bu qərarından sonra Londonun LSE birjasında neftin bir barelinin qiyməti 1,5 dollar aşağı düşüb.

BAKI, 4 dek-Sputnik. OPEC-in iclasında sutkalıq neft hasilatının 1,5 milyon barel artırılması haqqında qərar qəbul edilib.

Sputnik-in məlumatına görə, bununla da sutkalıq kvota 31,5 milyon barelə çatdırılıb.

Artırılan limitə İndoneziyanın neft hasilatı daxil edilməyib.

OPEC-in bu qərarından sonra Londonun LSE birjasında neftin bir barelinin qiyməti 1,5 dollar aşağı düşüb. Belə ki, "Brent" markalı neftin bareli 43 dollara satılıb.

325