Pul

Mərkəzi Bank manatı saxlamaq üçün 7,5 milyard dollar sərf edib

45
Bir ay ərzində Azərbaycanın valyuta ehtiyatları 589 milyon dollar azalıb.

BAKI, 2 dek-Sputnik. 2015-ci ilin noyabrında Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları oktyabrla müqayisədə 589 milyon dollar (8,62 faiz) — 6 245,6 milyon dollaradək azalıb.

Sputnik-in məlumatına görə, bu barədə AMB-nin statistik məlumatında deyilir.

2015-ci ilin əvvəlindən AMB-nin valyuta ehtiyatları 7 512,7 milyon dollar (54,6 faiz) azalıb.

Valyuta ehiyatlarının azalması ötən ilin iyul ayından müşahidə edilir.

45
Teqlər:
manatın devalvasiyası, dollar, valyuta, Azərbaycan Mərkəzi Bankı, Azərbaycan