neft

Azərbaycan 17 milyard dollarlıq neft emalı kompleksi tikmək istəyir

471
Gülməmməd Cavadov: Bakıdan 60 km məsafədə 4 müəssisədən ibarət yeni kompleksin tikilişi nəzərdə tutulur.

BAKI, 2 dek —Sputnik. Azərbaycanda yeni neft emalı kompleksinin tikilməsi planlaşdırılır.

Sputnik-in məlumatına görə, bunu Neft Sənayesi Ümumdünya Assosiasiyası tərəfindən Bakıda təşkil olunan "MDB ölkələrində neft emalı və neft kimyası həftəsi" 19-cu illik konfransında İqtisadiyyat və sənaye nazirinin müavini Gülməmməd Cavadov deyib.

Gülməmməd Cavadovun sözlərinə görə, Bakıdan 60 km məsafədə 4 müəssisədən ibarət yeni kompleksin tikilişi nəzərdə tutulur. Bu kompleksə neft emalı zavodu, neft kimya zavodu, qaz emalı zavodu və enerji bloku daxil olacaq. Layihənin reallaşdırılmasına 17 milyard dollar investisiya tələb olunur. Yəni layihənin dəyəri 17 milyarddır. Artıq layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanıb. Bu yeni kompleksin tikilişi ölkədə daha keyfiyyətli neft məhsullarının istehsalına imkan yaradacaq və beləliklə, Azərbaycanın dünya bazarına çıxışını təmin edəcək.

471
Teqlər:
MDB ölkələri, neft, İqtisadiyyat və sənaye nazirinin müavini Gülməmməd Cavadov, Neft Sənayesi Ümumdünya Assosiasiyası, Gülməmməd Cavadov, Azərbaycan