Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: Növbəti devalvasiya Mərkəzi Bankın siyasətindən asılıdır

Abunə olmaq
Azərbaycan manatının inflyasiyası qaçılmaz prosesdir, ancaq ölkədə növbəti devalvasiyanın olması haqqında qəti fikir söyləmək çətindir. Bunu Sputnik-ə açıqlamasında iqtisadçı ekspert Azər Mehtiyev deyib.

BAKI, 27 noy — Sputnik. Azərbaycan manatının inflyasiyası qaçılmaz prosesdir, ancaq ölkədə növbəti devalvasiyanın olması haqqında qəti fikir söyləmək çətindir.

Bunu Sputnik-ə açıqlamasında iqtisadçı ekspert Azər Mehtiyev deyib.

Onun sözlərinə görə, devalvasiyanı şərtləndirən bir sıra məsələlər var, əgər o hadisələr baş verərsə, o zaman devalvasiya ola bilər: “Birincisi, bu ölkədəki iqtisadi durumdan asılıdır. Əgər neftin qiymətinin aşağı düşməsi davam edərsə və ölkənin gəlirləri azalarsa, o zaman bu hal baş verə bilər. Digər tərəfdən ABŞ hökumətinin dolların uçot dərəcəsinin möhkəmləndirilməsi barədə qərar verməsi bu amilləri şərtləndirir. Əgər ölkənin maliyyə bazarında ciddi problem yaranarsa o zaman bu mümkündür.”

Amma bununla belə ekspert hesab edir ki, indiki şəraitdə bunun üçün elə də ciddi əsas yoxdur. “Baxmayaraq ki, növbəti ildə Azərbaycanda iqtisadi böhran davam edəcək və bu da öz növbəsində inflyasiya prosesini dərinləşdirəcək və növbəti ildə inflyasiyanın həcminin ikirəqəmli olması ehtimalı var. Bu  proses də manatın məzənnəsinə təsir edəcək”, — deyə Mehtiyev qeyd edib.

Ekspert bildirdi ki, devalvasiya Mərkəzi Bankın yürüdəcəyi siyasətdən asılı olacaq: “Əgər Mərkəzi Bank məqsədəyönlü şəkildə “üzən məzənnə” siyasətinə üstünlük verib, tədricən manatın məzənnəsini aşağı salacaqsa, o zaman kəskin devalvasiyanın şahidi olmayacağıq. Yox, yenə də Mərkəzi Bank keçən dəfəki kimi müəyyən müddət manatın kursunu sabit saxlamağa üstünlük verəcəksə, onda kəskin devalvasiya istisna deyil.”

Xəbər lenti
0