Rusiya prezidenti Vladimir Putin

Vladimir Putin 2040-cı ilədək qaza olan təlabatın 32% artacağını deyib

1390
Rusiya prezidenti: Yeni qaz yataqlarının kardinal şəkildə işlənilməsi, qaz nəqli infrastrukturunun genişləndirilməsi, əlavə kəmərlərin tikintisi, qaz təchizatı marşrutlarının şaxələndirilməsi lazım gələcək.

BAKI, 23 noy-Sputnik. 2040-cı ilədək dünyada qaza olan tələbatın 32 faiz artacağı proqnozlaşdırılır.

Sputnik xəbər verir ki, bunu Tehranda Qaz İxrac edən ölkələrin III Sammitində çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib.

"Qaz iqtisadi cəhətdən daha sərfəli və ekoloji yanacaq növüdür. Dünyada qaza olan tələbat artır. Proqnozlara görə, 2040-cı ilədək qlobal tələbat təxminən 5 trilyon kubmetr artacaq", — deyə o bildirib.

Rusiya prezidenti qeyd edib ki, 2014-cü ildə müvafiq göstərici 3,7 trilyon kubmetr olub: "Bu, qaz istehsalını və ixracını möhkəmləndirmək üçün böyük imkanlar açır, eyni zamanda ciddi çağırışlara yol açır. Ona görə də, yeni qaz yataqlarının kardinal şəkildə işlənilməsi, qaz nəqli infrastrukturunun genişləndirilməsi, əlavə kəmərlərin tikintisi, qaz təchizatı marşrutlarının şaxələndirilməsi lazım gələcək".

1390