Mazut

Mazutun qiyməti 3 dəfə endirilib

657
(Yenilənib 20:25 23.11.2015)
Mazutun 1 tonunun topdansatış qiyməti 300 manatdan 100 manata endirilib.

BAKI, 23 noy —Sputnik. Tarif (qiymət) Şurasının bu gün keçirilən iclasında soba mazutunun topdansatış qiymətinə baxılıb.

Sputnik Tarif (qiymət) Şurasının Katibliyinin məlumatına istinadən xəbər verir ki, mazutun 1 tonunun topdansatış qiyməti 300 manatdan 100 manata endirilib.

Yeni tarif 2015-ci il 1 dekabr tarixindən qüvvəyə minəcək.

657