Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycandan Rusiyaya aqrar məhsulların aparılmasında əngəllər var

© chastnosti.comSoğan-sarımsaq
Soğan-sarımsaq - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının aparılmasında əngəllər meydana gəlib. Bu barədə Sputnik-ə məlumat Dövlət Gömrük Komitəsindən verilib.

BAKI, 20 noy — Sputnik. Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının aparılmasında əngəllər meydana gəlib.

Bu barədə Sputnik-ə məlumat  Dövlət Gömrük Komitəsindən verilib.

Gömrük Komitəsindən verilən məlumatda deyilir ki, Rusiya Federasiyasının yol vergisi ilə bağlı ölkə qanunveiciliyində həyata keçirdiyi yeni düzəlişlər bu ölkədə fəaliyyət  göstərən bir sıra nəqliyyat  şirkətlərinin etirazına səbəb olub. Nəticədə ölkənin nəqliyyat sektorunda fəaliyyət göstərən şikətlərin bəziləri tətil elan edərək işi dayandırıb. Yükdaşımalara təsir edən bu hadisə Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının da daşınmasında problem yaradıb. Belə ki, sərhəddi  maneəsiz  şəkildə qarşı tərəfə keçən yüklərin  təyinat  məntəqələrinə, xüsusilə Moskva və Moskva ətrafı regionlara çatdırılmasında əngəllər meydana gəlib.

Dövlət  Gömrük Komitəsi bildirir ki, ölkənin Rusiya ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələrinin fəaliyyətində hər hansı problem yoxdur və gömrük-keçid məntəqələri müəyyən olunan qrafik əsasında gömrük nəzarəti  işini həyata keçirir. 

Xatırladaq ki, yaranmış problemin həlli ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi rəsmi olaraq Rusiya Federasiyası Federal Gömrük Xidmətinə müraciət edib.

Xəbər lenti
0