Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

9 ayda azərbaycanlılar 148 ölkə ilə alver ediblər

© banco.azmanat
manat - Sputnik Azərbaycan
Abunə olmaq
2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 148 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 97 ölkəyə məhsul ixrac, 135 ölkədən idxal olunub.

BAKI, 13 noy — Sputnik. 2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 148 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 97 ölkəyə məhsul ixrac, 135 ölkədən idxal olunub.

Bu barədə Sputnik-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki, ticarət dövriyyəsinin 9,2 faizi MDB üzvü dövlətləri, 48,6 faizi Avropa İttifaqı ölkələri, 42,2 faizi isə dünyanın digər ölkələrinin payına düşüb. 

Doqquz ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 19467,6 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 12889,1 milyon dollar, idxalın həcmi 6578,5 milyon dollar təşkil etmiş, nəticədə 6310,6 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranıb. 

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə ərzaq məhsulları, tütün və tütün məmulatları, əczaçılıq məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib. 

Yanvar-sentyabr aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6,0 faiz artaraq 1179,0 milyon dollar təşkil edib.

Xəbər lenti
0