Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bidzina İvanişvili: İran qazı böyük ehtimalla Gürcüstana nəql ediləcək

© Aleksandr Imedashvili / Mediabanka keçidБидзина Иванишвили
Бидзина Иванишвили - Sputnik Azərbaycan
Abunə olmaq
İvanişvillinin sözlərinə görə, o özü danışıqlarda sahibkar qismində iştirak edir.

BAKI, 10 noy — Sputnik. Böyük ehtimalla İran qazı Gürcüstana nəql ediləcək.

Sputnik-in Georgia Online-a istinadən verdiyi xəbərə görə, bu barədə  Gürcüstan sabiq baş naziri, sahibkar-milyarder Bidzina İvanişvili bildirib. İvanişvili İranla maksimum möhkəm və geniş ticarət əlaqələrinin yaradılmasının zəruriliyini qeyd edib.   

Qabil Huseynli - Sputnik Azərbaycan
Ekspert: Gürcüstan son dövrlərdə Azərbaycana qarşı nankorluq etdi

“İki həftə əvvəl mənim ABŞ səfiri ilə görüşüm olub. Biz iqtisadiyyatın bütün istiqamətləri üzrə hökumət üzvləri ilə çox fəal çalışırıq. Mən heç nəyi idarə etmirəm, lakin iqtisadiyyatla əlaqəli olan hər məsələdə fəal iştirak edirəm. Biz İranla maksimum möhkəm və geniş ticarət əlaqələrinin yaradılmasına nail olmalıyıq. Siz bilməlisiniz ki, İran, Çin və Rusiya bizə çox gərəkdirlər.  İran qazı da Gürcüstana nəql edilsə bu çox maraqlı olardı və mən düşünürəm ki, bu, böyük ehtimalla, belə də olacaq”, deyə İvanişvilli bildirərək, hökumət özü təfərrüatları ictimaiyyətə təqdim etməyincə  məsələnin detallarını açıqlaya bilməyəcəyini qeyd edib.    

İvanişvillinin sözlərinə görə, o özü danışıqlarda sahibkar qismində iştirak edir.  


Xəbər lenti
0