Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Oqtay Əsədov: Azərbaycan iqtisadiyyatında real artım olacaq

Abunə olmaq
Dünya iqtisadiyyatında baş verən qeyri-sabitliyə baxmayaraq növbəti ildə də Azərbaycan iqtisadiyyatı öz dayanaqlılığını qoruyub saxlayacaq və real artım olacaq. Bunu Milli Məclisin sədri Oqtay Əsədov bu gün 2016-cı il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deyib.

BAKI, 13 okt — Sputnik. Dünya iqtisadiyyatında baş verən qeyri-sabitliyə baxmayaraq növbəti ildə də Azərbaycan iqtisadiyyatı öz dayanaqlılığını qoruyub saxlayacaq və real artım olacaq.

Sputnik xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov bu gün 2016-cı il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, son dövrlərdə  dünya iqtisadiyyatında baş verən neqativ proseslərə baxayaraq Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət ölkə iqtisadiyyatına olan təsirləri azaltmağa imkan verib. Nəticədə Azərbaycan iqtisadiyatı öz dayanıqlılığını qoruyub saxlayıb və növbəti ildə Azərbayacan iqtisadiyyatında real artım gözlənilir. 

Parlamentin sədri bildirib ki, 2016-cı il büdcəsində azalma olduğuna baxmayaraq, bu sosial sahəyə aid deyil. Əksinə, bu sahəyə ayrılan vəsaitdə 2015-ci illə müqayisədə 6,8% artım olacaq. Neft sektorunda azalma olsa da, qeyri-neft sektorunda artım olacaq və bu, 3,4 % təşkil edəcək.

Spiker onu da əlavə etdi ki, ölkənin müdafiə qabliyyətini qoruyub saxlamaq üçün lazımi vəsait ayrılıb.

Xəbər lenti
0