SOCAR

SOCAR: "Azəriqaz"da 1 000 nəfərə yaxın işçi qüvvəsinə ehtiyac yaranıb

87
Bunu bu gün keçirilən mətbuat konfransında SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib.

BAKI, 23 sen — Sputnik. SOCAR-ın "Azəriqaz" İB-də 1 000 nəfərə yaxın işçi qüvvəsinə ehtiyac yaranıb.

Sputnik-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib.

X. Məmmədovun sözlərinə görə, müsabiqə neft sektorunun inkişafı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsindəki dövlət siyasətinə əsaslanaraq Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və SOCAR arasında əməkdaşlıq haqqında memorandum çərçivəsində gənclərin məşğulluğun təmin olunmasına yönəlib.

Vitse-prezident bildirib ki, sənədlər “Azəriqaz” tərəfindən nazirlik yanında Dövlət Məşğulluq Xidmətinə artıq təqdim edilib. Müsabiqəyə 30 yaşı olmayan minimum tam orta təhsili, fiziki cəhətdən sağlam olan və regionlarda daimi yaşayan (Bakı, Sumqayıt və Abşeron rayonunda qeydiyyatdan olanlardan başqa) iştirak edə bilərlər.

O qeyd edib ki, vakansiya üzrə 410 vakant yer üzrə dərhal işə götürüləcək. 560 əlavə vakansiya üzrə qəbul olunanlar isə bir il ərzində proqnozlaşdırılan vakant yerləri üçün SOCAR-ın kadr ehtiyatları bazasına daxil ediləcək və işə qəbul olunacaq.

Müsabiqə prosesinin bütün mərhələləri barədə məlumatlar iddiaçıların müraciət zamanı göstərdikləri elektron poçt ünvanlarına və mobil telefon nömrələrinə SMS vasitəsilə göstəriləcək. Müraciəti təsdiq edilən iddiaçıların hər birinə Fərdi İdentifikasiya nömrəsi və şifrə veriləcək. Bunun vasitəsilə onlar müvafiq linkə daxil olmaqda müsabiqənin nəticələri haqqında məlumat ala biləcəklər.

87
Neft Fondunun binası, arxiv şəkli

Neft Fondundan dövlət büdcəsinə köçürülən pulların məbləği açıqlandı

18
(Yenilənib 17:49 25.01.2021)
Azərbaycan Respublikası Dövlət Neft Fondu indiyədək Mərkəzi Banka transfertləri barədə məlumat yayıb.

BAKI, 25 yanvar — Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) indiyədək dövlət büdcəsinə 112 milyard 140,3 milyon manat köçürüb.

Sputnik Azərbaycan ARDNF-ə istinadla xəbər verir ki, ötən il isə fond 12 milyard 200 milyon manat vəsaiti dövlət büdcəsinə transfert edib.

Neft Fondunun indiyədək Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertləri 3 milyard 949,5 milyon manat olub.

18
Teqlər:
dövlət büdcəsi, Mərkəzi Bankın, Azərbaycan Respublikası Dövlət Neft Fondu, Azərbaycan Dövlət Neft Fondu, Dövlət Neft Fondu
Neft buruğu, arxiv şəkli

Sərf etməyən perspektiv: Qiymət yenə düşəcək

145
(Yenilənib 15:53 25.01.2021)
Xəzər Universitetinin professoru neftin qiyməti ilə bağlı proqnoz verib, neft bazarında baş verən prosesləri şərh edib

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. Son günlərdə dünya bazarlarında neftin qiymətlərində artım müşahidə edilir. Hazırda “Brent” markalı neftin qiyməti 56 dollar ətrafındadır. 

Beynəlxalq Enerji Agentliyinə görə, COVID-19-a yoluxmanın artması iqtisadi fəaliyyəti ləngitsə də, peyvədləmə prosesinin yayılması və iqtisadi canlanmanın ilin ikinci yarısında neft tələbatında artımı stimullaşdıracağı gözlənilir. Bəs, dünya bazarlarında neftin qiyməti 60-70 dollara qalxa bilərmi?

Xəzər Universitetinin professoru Fuat Rəsulov məsələni Sputnik Azərbaycan-a şərh edib.

Professor neftin qiymətinin yüksəlməsinə pessimist baxır:

"Neftin bahalaşması mümkün deyil və qiymətin qalxması müvəqqəti xarakter daşıyır. Dünyada baş verən siyasi proseslər ilə bağlı müvəqqəti, qısamüddətli qiymət artımları ola bilər. Sonra yenə qiymət aşağı düşəcək. Səudiyyə Ərəbistanında yeni neft yataqları aşkar edilib. ABŞ və İran arasında danışıqlar davam edəcək və çox güman ki, İrana qarşı sanksiyalar yumşalacaq. İran da öz neftini bazara çıxarmağa başlayacaq. Müvəqqəti hadisələr fonunda il ərzində neftin qiyməti 45-55 dollar arasında qalacaq. Neftin qiyməti 70 dollara qalxa bilməz".

Onun sözlərinə görə, vaksinasiyadan sonra bir sıra ölkələrdə iqtisadiyyatın bir az dirçələcəyi və yanacağa, enerjiyə tələbatın artacağı ilə bağlı gözləntilər var: "Ancaq burada paralel proseslər gedir. Kifayət qədər çox ölkə elektriklə işləyən avtomobillər almağa, hibrid avtomobillər istehsal etməyə başlayıb.

 Digər tərəfdən, məsələn, Avropa kömürdən imtina etmək istəyir. Bu, o deməkdir ki, qaza, neftə tələbat artacaq. Ancaq neft və neft məhsularının 70 faizi yanacaq kimi istifadə olunur. Bundan başqa, bütün ölkələrdə kifayət qədər neft ehtiyatları da var. Ona görə də pandemiyanın azalmasının bu sahəyə böyük təsiri olmayacaq".

Qazın qiymətinə gəlincə, professor deyib ki, qazın qiyməti qısa müddətdə xeyli bahalaşıb: "Çünki bizim əsas bazar Avropadır və sərt şaxtalar və s. ilə bağlı tələbat artıb. Ona görə də qazın qiyməti qalxıb. Biz Çinə, Asiya ölkələrinə qaz satmırıq. Lakin bu yaxınlarda Türkiyə və Yunanıstan Qara dənizdə öz ərazi sularında yataqlar aşkar ediblər. İndi bu ölkələr həmin yataqları işlətmək istəyirlər".

"Neftin mövcud qiymətləri Azərbaycan üçün çox sərfəlidir. Təklif və tələbdən çox şey asılıdır", - deyə o əlavə edib.

145
Teqlər:
dünya, Azərbaycan, qiymət, qaz, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Kadir Doğulu və Neslihan Atagül

"Səfirin qızı" rolunun ifaçısı serialdan ayrılıb

0
(Yenilənib 06:58 26.01.2021)
Neslihan Atagülun son durumu "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər.

BAKI, 26 yanvar — Sputnik. Səhhətində ciddi problemlər yarandığı üçün "Sefirin Kızı" serialından ayrılan Neslihan Atagül ilə bağlı yeni xəbər var.

Sputnik Azərbaycan xəbər verir ki, aktrisanın xəstəxanadan görüntüsü yayılıb. Onun bu halı "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər. Aktrisa xəstəxanadan video çəkərək hazırda vəziyyətinin yaxşı olduğunu, müalicənin davam edəcəyini bildirib.

Məlumat üçün bildirək ki, gənc aktrisa bağırsaq sızması sindromundan əziyyət çəkir. Bu səbəbdən sürətlə arıqlayan Neslihan hətta çəkilişlərə son verib və "Sefirin kızı" serialından ayrılıb.

0