Beş ayda Zəncanla Azərbaycan arasında ticarət dövriyyəsi $4 mln olub

50
(Yenilənib 10:58 20.09.2015)
Son beş ayda Zəncandan Azərbaycana 3300 ton süd və süd məhsulları, elektroenergetika avadanlıqları ixrac edilib.

BAKI, 17 sen — Sputnik. Cari ilin son beş ayında Zəncan vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyon dollar səviyyəsində olub. 

Bu fikri İranın Zəncan vilayətinin Sərmayə Xidməti Mərkəzinin rəhbəri Əbülfəz Abbasçiyan Zəncanda Azərbaycan jurnalistləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, son beş ayda Zəncandan Azərbaycana 3300 ton süd və süd məhsulları, elektroenergetika avadanlıqları ixrac edilib: “Bu həcm ötən il qat-qat aşağı olub – 1 milyon 800 min dollar. Ümid edirik ki, ilin sonuna kimi ixracatımız bir qədər də artacaq və Azərbaycanla ticari əlaqələrimiz genişlənəcək”. 

Zəncanın iqtisadi potensialı barədə məlumat verən Ə. Abbasçiyan bildirdi ki, kənd təsərrüfatı, mədən sənayesi, turizm, səhiyyə, elektroenergetika, sənaye, otelçilik sahəsində əməkdaşlıq üçün geniş imkanlar var: “Biz azərbaycanlı iş adamalrının Zəncanın iqtisadiyyatına sərmayə qoymasında maraqlıyıq və bunun üçün onlara geniş imkanlar yaratmağa hazırıq. Bu hər iki tərəfin iqtisadiyyatının güclənməsinə böyük təkan verə bilər”.

50