Boru kəməri

"Statoil" TAP-dakı payını malayziyalılara satır

23
(Yenilənib 22:24 02.09.2015)
Ötən il "Statoil" "Şahdəniz" və "Cənubi Qafqaz qaz kəməri" layihələrindəki 15,5%-lik payını "Petronas"a satıb.

BAKI, 2 sen — Sputnik. Malayziyanın “Petronas” dövlət enerji şirkəti Norveçin “Statoil” şirkətinin Xəzər dənizdən Avropaya nəql edəcək Trans-Adriatik Təbii Qaz Boru Xətti layihəsindəki (TAP) səhmlərinin alınması məsələsini nəzərdən keçirir.

Sputnik-in Themalaysianinsider.com saytına istinadən verdiyi məlumata görə, Malayziya şirkəti TAP-da 20% səhm almaq niyyətindədir.

Məlumata görə, bununla bağlı son qərar hələ qəbul olunmayıb.

Xatırladaq ki, ötən il  “Statoil” şirkəti “Şahdəniz” layihəsi və “Cənubi Qafqaz qaz kəməri”ndəki 15,5%-lik payını Malayziyanın “Petronas” şirkətinə satıb. Razılaşmanın ümumi dəyəri 2,25 mlrd. ABŞ dolları təşkil edir.

Qeyd edək ki, cari ilin iyun ayının 9-da Azərbaycan Vergilər Nazirliyi "Petronas Azerbaijan (Shah Deniz) S.A.R.L." şirkətini qeydiyyata alıb.

Xatırladaq ki, “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator — 28,8%), SOCAR (16,7%), “Statoil” (15,5%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

TAP "Mərhələ-2" çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.

Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP — 20%, SOCAR — 20%, “Statoil” — 20%, “Fluxys” — 19%, “Enagas” — 16% və “EGL-Axpo” — 5%.

23
Siqaret satışı, arxiv şəkli

Tütün məmulatlarında kəskin bahalaşma baş verib

45
(Yenilənib 12:52 15.01.2021)
2020-ci ildə istehlak qiymətləri indeksi 2019-cu ilə nisbətən 102,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,0 faiz təşkil edib.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. 2020-ci ildə Azərbaycanda 2019-cu ilə nisbətən tütün məmulatlarının qiyməti 16.5% bahalaşıb. Sputnik Azərbaycan bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2020-ci ilin dekabr ayında ölkədə 2019-cu ilin müvafiq ayına nisbətən tütün məmulatlarının qiyməti 18,5% bahalaşıb.

Ötən ilin dekabr ayında noyabr ayına nisbətən isə qiymətlərdə dəyişiklik olmayıb.

Qeyd edək ki, 2020-ci ildə istehlak qiymətləri indeksi 2019-cu ilə nisbətən 102,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,0 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,0 faiz təşkil edib.

45
Neft buruğu, arxiv şəkli

Azərbaycan neftindən kədərli xəbər

16
(Yenilənib 12:49 15.01.2021)
Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,61 dollar ucuzlaşaraq 55,96 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,82 dollar ucuzlaşaraq 55,60 dollar, "Light" markalı neftin qiyməti isə 0,59 dollar geriləyərək 52,98 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

16
Ceyhun Bayramov və Sergey Lavrov, arxiv şəkli

Azərbaycan Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə ediblər

0
(Yenilənib 19:19 15.01.2021)
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən daxil olan məlumatda bildirilir.

"Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər", - deyə məlumatda bildirilir.

0