kredit

AMB: Banklar xarici valyuta ilə kredit verib risk etmək istəmirlər

60
(Yenilənib 10:14 28.08.2015)
Azərbaycan banklarının xarici valyutada kredit verməyi dayandırmaq qərarı risklərdən sığortalanmaq istəyi ilə əlaqədardır.

BAKI, 28 avq-Sputnik. Azərbaycan banklarının xarici valyutada kredit verməyi dayandırmaq qərarı risklərdən sığortalanmaq istəyi ilə əlaqədardır.

Sputnik Trend-ə istinadən xəbər verir ki, ötən gündən etibarən bəzi bankların həm nağd, həm də kart vasitəsilə dollarla kredit verməyi dayandırması ilə bağlı xəbərə münasibət bildirən Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

AMB-dən bildirilib ki, Mərkəzi Bank banklara kreditləri yalnız manatla verməklə bağlı göstəriş verməyib: “Qanunvericiliyə əsasən, ölkə ərazisində fəaliyyət göstərən bankların hansı valyutada kredit verməklə bağlı müstəqil seçim etmək hüququ var. Hər bir bank özünün kredit siyasətini həyata keçirir. Belə bir qərarla onlar özlərini risklərdən sığortalamaq istəyirlər”.

Xarici valyutada kreditin verilməsi ilə yanaşı, banklar müştərilərə dollarla olan mövcud borclarını manata köçürmək imkanı təklif edir. Bu proses manatla yeni kreditin alınması və bu vəsaitlə xarici valyutada kreditin ödənilməsi vasitəsilə mümkündür.

Bununla yanaşı, bazarda həm manat, həm də dollarla kredit verməyə davam edən banklar qalıb. Bunların arasında “VTB Bank” (Azərbaycan) da var.

Ölkənin ən böyük bankı Azərbaycan Beynəlxalq Bankı bir müddət bundan əvvəl kreditlərin yalnız manatla verilməsi ilə bağlı qərar qəbul etmişdi.

Bankların bu cür davranması, xarici valyutada kredit verməkdən imtina etməsi qonşu ölkələrin devalvasiya proseslərinin gücləndiyi valyuta bazarının vəziyyəti və Azərbaycan manatının məzənnəsinin dəyişəcəyi təqdirdə bankların özlərini risklərdən sığortalamaq istəyi ilə izah edilir.

60
Teqlər:
yerli banklar, yerli bank, dollarla kredit, manatla kredit, valyuta, pul krediti, dollar krediti, manat krediti, kredit, AMB, Mərkəzi Bank, Azərbaycan Mərkəzi Bankı, Azərbaycan

Evlər "Suqovuşan"ın işığı ilə aydınlanacaq - VİDEO

14
(Yenilənib 14:24 05.12.2020)
"Hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən, işlər 3 ay müddətində həyata keçirilərək elektrik stansiyaları istismara veriləcək" - "Azərenerji" ASC

BAKI, 5 dekabr — Sputnik. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə yararlı və yararsız bir çox enerji obyektləri mövcuddur. Onlardan biri də Suqovuşanda yerləşən ümumi gücü 7,8 Meqavat olan "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik Stansiyalarıdır (KSES).

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan birinin gücü 4,8, digərinin gücü isə 3 Meqavatdır: "Erməni qəsbkarları bir çox sahələrdə olduğu kimi, bu KSES-lərə də zərər vurmağa, yararlı ehtiyat hissələrini söküb daşımağa, apara bilmədiklərini dağıtmağa macal tapsalar da, onların təmir və bərpa edilməsi mümkünsüz deyil. Belə ki, işğaldan azad edilən Suqovuşandakı su elektrik stansiyalarının maşın zalı, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları, açarlar, ayırıcılar zədələnib və ya sıradan çıxıb".

"Hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən, işlər 3 ay müddətində həyata keçirilərək elektrik stansiyaları istismara veriləcək", - deyə məlumatda bildirilib.

"Suqovuşan" KSES-lərin mövcud vəziyyətini göstərən videonu təqdim edirik.

14
Teqlər:
"Azərenerji" ASC, SES, Suqovuşan
Neft buruğu, arxiv şəkli

Dünyada neft bahalaşır

10
(Yenilənib 13:42 05.12.2020)
Azərbaycan neftinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

 

BAKI, 5 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,20 dollar artaraq 49,68 dollar təşkil edib.

“Brent” markalı neftin bir barelinin qiyməti 0,54 dollar artaraq 49,25 dollar, “Light” markalı neftin bir barelinin qiyməti isə 0,62 dollar bahalaşaraq 46,26 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

10
Teqlər:
"AzeriLight" markalı neft, "Brent" markalı neft, bahalaşma, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Təyyarə, arxiv şəkli

Ermənistan Azərbaycanın hava məkanından istifadə etməyəcək?

0
(Yenilənib 16:35 05.12.2020)
"Qeyd etmək lazımdır ki, yeni işlənmiş qalxma və enmə sxemləri Azərbaycanın hava məkanından istifadəni nəzərdə tutmur"

BAKI, 5 dekabr — Sputnik. "Sünik" Qafan hava limanında təmir işləri başa çatıb. Sputnik Ermənistan xəbər verir ki, artıq hava limanı müvafiq lisenziya alıb.

Mülki Aviasiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, uçuş zolağının səthi tamamilə təmir olunub, yeni sərnişin kompleksi tikilib və beynəlxalq standartlara cavab verən yeni hasar çəkilib.

Məlumata görə, sertifikatlaşdırma prosesi qanunvericiliyin tələbinə və beynəlxalq standartlara uyğun olaraq həyata keçirilib. Hava limanından L-410 kimi 19 nəfərlik tutumu olan təyyarələr istifadə edə bilər.

"Qeyd etmək lazımdır ki, yeni işlənmiş qalxma və enmə sxemləri Azərbaycanın hava məkanından istifadəni nəzərdə tutmur", - deyə bildirilib.

Bir müddət əvvəl mətbuatda və sosial şəbəkələrdə Qafan hava limanının ərazisinin sərhəd demarkasiyası razılaşmaları çərçivəsində Azərbaycana veriləcəyi barədə məlumatlar yer almışdı.  Daha sonra Ermənistan bu xəbərlərə təkzib verdi.

0
Teqlər:
təmir, Ermənistan, Azərbaycan, aeroport, Qafan rayonu