Google logo

Avropa Komissiyası “Google” haqqında materiallar toplayır

13
(Yenilənib 13:23 26.08.2015)
Avropa Komissiyası “Google” şirkəti ilə bağlı antiinhisar araşdırmaları davam etdirir.

BAKI, 26 avq — Sputnik. Avropa Komissiyası “Google” şirkəti ilə bağlı antiinhisar araşdırmaları davam etdirir.

Avropa tənzimləyici orqanı internet nəhənginin iş üsulu haqqında daha çox məlumat əldə etmək məqsədilə İT bazarının iştirakçılarına sorğu göndərib. Bu barədə “The Wall Street Journal” (WSJ) nəşri materiallara istinadən məlumat verib.

Şirkətlərdən son dörd ildə “Google” ilə imzalanan reklam sazişlərinin surətlərini təqdim etmək, eləcə də ABŞ şirkəti tərəfindən rəqib şirkətlərə məxsus təsvirlərin və digər kontentin mümkün surətinin çıxarılması haqqında məlumat vermək xahiş olunur. 

Qeyd edək ki, antiinhisar qanunvericiliyinin pozulmasına görə “Google” şirkətini 5 milyard dollar məbləğində cərimə gözləyir ki, bu da mədaxilin 10 faizinə bərabərdir. Faktla bağlı son qərarın 2015-ci ilin sonunadək veriləcəyi gözlənilir. 

 

13
Teqlər:
antiinhisar, İT bazarı, reklam sazişləri, reklam sazişi, antiinhisar qanunvericiliyinin pozulması, Avropa Komissiyası, Google şirkəti