Vüqar Bayramov

Dolların zəifləməsi Mərkəzi Bankın mesaji kimi təqdim edilməməlidir

75
(Yenilənib 15:59 25.08.2015)
İqtisadçı Vüqar Bayramov: Manatın dollara nisbətən məzənnəsinin yüksəlməsi bilavastə dünya bazarında avronun kursunun güclənməsi ilə bağlıdır.

BAKI, 25 avq — Sputnik. Manatın dollara nisbətən məzənnəsinin yüksəlməsi bilavastə dünya bazarında avronun kursunun güclənməsi ilə bağlıdır. İqtisadçı Vüqar Bayramov bu fikirdədir.

"Ölkəmizdə məzənnə müəyyənləşdirilən zaman ikili valyuta səbətindən istifadə edildiyi üçün qədim qitənin pulunun vəziyyəti manata birbaşa təsir göstərir. Son günlər avroya nisbətən ciddi dəyər itirən Birləşmiş Ştatlar valyutası milli valyutamıza nisbətən də ucuzlaşıb. O baxımdan, dolların zəifləməsi heç də Mərkəzi Bankın hansısa mesaji kimi təqdim edilməməlidir", deyə Bayramov bildirib.

Onun sözlərinə görə, növbəti günlərdə avronun gündəlik məzənnəsində azalma olduğu halda mövcud məzənnə siyasətinə uyğun olaraq manat yenidən dollara nisbətən müqayisəli zəifləyəcək və Avropa valyutasına nəzərən möhkəmlənəcək.

"Mərkəzi Bank öz xarici valyuta rezervlərinin həcmi barədə açıqlamalar ilə ictimaiyyətə mesaj verir. İkili valyuta səbətinə keçiddən sonra manatın kursu birbaşa dünya valyuta bazarındakı dəyişikliklərə uyğunlaşdırılıb", deyə iqtisadçı vurğulayıb.  


75
Teqlər:
valyuta rezervləri, Avropa valyuta, avronun kursu, dolların kursu, manatın kursu, ikinci devalvasiya, manatın devalvasiyası, devalvasiya, dollar manata qarşı, manat dollara qarşı, Azərbaycan manatı, manat dollar, dollar, Azərbaycan Mərkəzi Bankı, Mərkəzi Bank, iqtisadçı Vüqar Bayramov, iqtisadçı alim Vüqar Bayramov, Vüqar Bayramov, Azərbaycan