manat

Avro Azərbaycan manatına qarşı bahalaşıb

53
(Yenilənib 10:49 21.08.2015)
Bu gün avqustun 20-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

BAKI, 21 avq — Sputnik. Bu gün avqustun 20-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

Sputnik-in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 21-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0007 manat və ya 0,07% azalaraq 1,0479 manata enib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0138 manat və ya 1,18% artaraq 1,1814 manat olub.

Manata nəzərən Rusiya rublu 0,003 manat və ya 1,91% ucuzlaşaraq 0,0154 manat olub.

53
Teqlər:
Bu günə olan valyuta məzənnəsi, Azərbaycanın milli valyutası, valyuta məzənnəsi, valyuta, evro, dollar, manat dollar, Azərbaycan manatı, manat, milli valyuta, Azərbaycan Mərkəzi Bankı, Mərkəzi Bank, Azərbaycan