Фуад Ализаде

Biz taxılı dollarla alırıq, tenge ilə deyil

153
(Yenilənib 17:39 20.08.2015)
Ekspertlər Qazaxıstanda baş verən devalvasiyanın Azərbaycana satılan taxılın qiymətlərinə təsir etməyəcəyini bildirirlər.

BAKI, 20 avq — Sputnik. Qazaxıstan milli valyutası tengenin devalvasiyaya məruz qalması Azərbaycanın bu ölkədən idxal etdiyi taxılın qiymətinə heç bir təsir göstərməyəcək. Bunu Sputnik-ə açıqlamasında iqtisadçı-ekspert Fuad Əlizadə deyib. Onun sözlərinə görə, Azərbaycan Qazaxıstandan taxılı dünya birja qiymətlərinə uyğun olaraq alır. Birjada isə qiymətlər beynəlxalq valyuta, xüsusilə də ABŞ dolları ilə müəyyən edilir. Yəni biz Qazaxıstandan taxılı tenge ilə deyil, dollarla alırıq. Odur ki, orada milli valyutanın devalvasiyası bizə dollarla satılan taxılın qiymətinə heç bir təsir göstərməyəcək. "Ümumiyyətlə, Azərbaycan xarici ticarətdə milli valyutadan istifadə etmir" — deyə Əlizadə əlavə edib. 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevsə Trend-ə bildirib ki, bu il Azərbaycanda taxıl istehsalının artması onu deməyə əsas verir ki, ölkədə taxılın qiyməti qalxmayacaq. Hər il Azərbaycanda taxıl istehsalının artdığını deyən qurum rəsmisi qeyd edib ki, hökümət bununla da bu sahədə xaricdən asılılığı minimuma endirmək istəyir: “Ötən illə müqayisədə 2015-ci ildə Azərbaycanda 2,8 milyon ton taxıl bitkiləri istehsal olunub. Buğda istehsalı isə 1 milyon 687 min ton olub. Məhsuldarlıq 31 sentner təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 sentner artıq məhsul deməkdir. Azərbaycanda hazırda istənilən qədər taxıl var. Yəni biz taxıla görə, əvvəlki qədər xaricdən asılı deyilik. Ona görə də düşünmürəm ki, Qazaxıstan milli valyutasındakı dəyişiklik oradan idxal etdiyimiz qiymətlərinə təsir etsin”.

Nazirlər Kabinetinin Qiymət, iqtisadi və maliyyə-kredit siyasəti şöbəsinin sabiq müdiri Oqtay Haqverdiyev də Trend-ə açıqlamasında Qazaxıstanın milli valyutası tengenin məzənnəsinin aşağı düşməsinin Azərbaycan iqtisadi bazarında qiymətlərin artmasına güclü təsir göstərməyəcəyini deyib.

O bildirib ki, Azərbaycanın öz pul-kredit siyasəti var və ölkənin Mərkəzi Bankı manatın məzənnəsini tənzimləyir: “Bu səbəbdən tengenin məzənnəsinin aşağı düşməsi Azərbaycana təsir etməyəcək”.

Ekspert qeyd edib ki, hər hansı milli valyutanın məzənnəsinin aşağı düşməsi digər ölkəyə yalnız ölkələr arasında geniş ticarət əlaqələrinin olduğu halda təsir edir: “MDB ölkələri ilə ticarət Azərbaycanın xarici ticarət dövriyyəsinin təqribən 22 faizini təşkil edir. Ümumi xarici ticarət dövriyyəsində Qazaxıstanın payı isə cəmi 1,6 faizdir. Ona görə tengenin məzənnəsinin aşağı düşməsinin Azərbaycana ciddi təsir edəcəyini gözləmək lazım deyil”.

O.Haqverdiyev bildirib ki, tengenin məzənnəsinin aşağı düşməsi Azərbaycanın Qazaxıstandan idxal etdiyi taxılın qiymət artımına səbəb olmayacaq: “Taxılın qiyməti Qazaxıstan tərəfindən deyil, dünya taxıl bazarı tərəfindən tənzimlənir. Beləliklə, dünya taxıl bazarında taxılın qiyməti artdığı zaman ayrı-ayrı ölkələrdə də taxılın qiyməti bahalaşır. Eyni zamanda, taxılın qiyməti artdıqda Nazirlər Kabineti idxal olunan taxılın ƏDV-dən azad olunması barədə qərar qəbul edir ki, bu da qiymətləri nizamlamağa və taxılın qiymətinin bahalaşmasının qarşısını almağa imkan yaradır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın idxal etdiyi taxılın ümumi həcmi ildə təxminən 1 milyon tondur ki, bunun da təqribən 300 min tonu Qazaxıstanın payına düşür”.

Ötən gün Qazaxıstan milli pulu “Tenge”nin dollar qarşısında dəyəri aşağı düşməyə başlayıb. Belə ki, əvvəllər 178 “Tenqe” olan 1 ABŞ dolları, dəyişiklikdən sonra 198 “Tenge”yə alınır.


153
Teqlər:
iqtisadçı-ekspert Fuad Əlizadə, tengen devalvasiyası, Fuad Əlizadə
Məmur tibbi əlçəklə, arxiv şəkli

Qaydalara əməl etməyən sahibkarlar sahibkarlıq subyektlərinin adları açıqlandı

7
Reyd keçirilən obyektlərdən 43-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

 

BAKI, 4 dekabr — Sputnik. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə obyektlərində reydlər davam etdirilir. Agentlikdən aparılan reydlərlə bağlı Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəmkir, Sabirabad, Ağstafa, Mingəçevir) üzrə 488 ictimai iaşə obyektində 901 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 43-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə obyektləri aşağıdakılardır.

Bakı şəhəri üzrə:

Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun ev.68 ünvanında yerləşən, hüquqi şəxs "Kobra" kiçik müəssisəsinə məxsus yeməkxana, Həsən Əliyev ev 90D ünvanında yerləşən, fiziki şəxs Məmmədov Şəadət Arif oğluna məxsus obyekt, A. M. Şərifzadə ev 33 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Sənan Rasim oğluna məxsus "Kaktus" restoranı, Nizami Rayonu, Qara Qarayev pr. ev.69 ünvanında yerləşən, fiziki şəxs Heydərov Sahib Sabir oğluna məxsus "Ləzzət dönər" evi, Nəsimi rayonu, Alı Mustafayev 37B ünvanında yerləşən, fiziki şəxs İsmayılov Pənah Ələddin oğluna məxsus kafe, Nəsimi rayonu, Alı Mustafayev 3 mkr ev.10 K ünvanında yerləşən, fiziki şəxs Arzu Ekici Bayraməli qızına məxsus kafe, Binəqədi rayonu, Süleyman Sani Axundov ev.1 A ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Səfa Rəşadət oğluna məxsus "Cıdır Düzü" restoranı, Yasamal rayonu, Şərifzadə ev.2 M. ünvanında yerləşən, fiziki şəxs Bayramov Qalib Taryel oğluna məxsus "Quzu Təndir" restoranı, G.Mehmandarov küçəsində yerləşən, fiziki şəxs Həsənov Nail Telman oğluna məxsus kafe, Səbail rayonu, Yusif Məmmədəliyev ev.19 m.1 A ünvanında yerləşən, fiziki şəxs Muradov Kamran Namiq oğluna məxsus "Nutelland" kafesi, hüquqi şəxs "Nabikoğlu" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Chef Baku" kafesi, Yeni Günəşli qesəbəsində yerləşən, fiziki şəxs Rüstəmov Samin Ələddin oğluna məxsus kafe, Lökbatan qəs., keçid 1596 ünvanında yerləşən, fiziki şəxs Əliyev Elməddin Nazim oğluna məxsus "Lion Garden" kafesi, Həsən Əliyev, ev 115A ünvanında yerləşən, fiziki şəxs Hüseynov Elvin Fuqan oğluna məxsus kafe, Sulutəpə qəs., R. Allahverdiyev 11 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Bəhmən Məhəmməd oğluna məxsus kafe, H.Cavid pr. ev 8 ünvanında yerləşən, fiziki şəxs Mahmudov Alsavad Xalid oğluna məxsus "Şaurma №1" restoranı, Səbail rayonu, Neftçi Qurban Abbasov küç., ev.24a ünvanında yerləşən, fiziki şəxs Məhərrəmov Elgün Zakir oğluna məxsus kafe, Səbail rayonu, Neftçi Qurban Abbasov küç., ev.7 M. ünvanında yerləşən, fiziki şəxs Hüseynov Xəyyam Hüseyn oğluna məxsus yeməkxana, Biləcəri, R.İsmayılov 8 ünvanında yerləşən, fiziki şəxs Namazov Telman Fərəc oğluna məxsus "Rəmiş" kafesi;

Sumqayıt şəhəri, 3-cü mkr ünvanında yerləşən, fiziki şəxs Rəhimov Zaur Tofiq oğluna məxsus "Köz Dönər" kafesi, 9-cu mkr ünvanında yerləşən, fiziki şəxs Şamıyev Elvin Rəhim oğluna məxsus "Hicaz Dönər" kafesi, 13-cü mkr ünvanında yerləşən, fiziki şəxs Əliyev İlham İsmayıl oğluna məxsus "Tea" kafesi, Səməd Vurğun ev.25 ünvanında yerləşən, fiziki şəxs Zamanov Rasim Nadir oğluna məxsus "Rəvan" çay evi, 17-ci mkr ünvanında yerləşən, fiziki şəxs Ağayev Seymur Engels oğluna məxsus "Ordubad" kafesi, 3 mkr. Bakı küçəsində yerləşən, fiziki şəxs Cəfərov Nurəddin Allahverdi oğluna məxsus "Lider Dönər" kafesi, 34-cü məh. ünvanında yerləşən, fiziki şəxs Bayramov Müşviq Etibar oğluna məxsus "Dönər Kabab" kafesi, 3-cü mkr ünvanında yerləşən, fiziki şəxs Şıxvəliyev İlham Gülməmməd oğluna məxsus "Bahar" kafesi, 40-cı məh. ünvanında yerləşən, fiziki şəxs Allahverdiyev Bəhram Sədirxan oğluna məxsus "Nərgiz" kafesi, Bədəlbəyli küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Həsən Qaimşad oğluna məxsus "Nübar" kafesi;

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Mirzəyev Elçin Yaşar oğluna məxsus "Qədim Bakı" kafesi, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Bağırov Həşim Məmməd oğluna məxsus kafe, Mehdiabad qəsəbəsində yerləşən, fiziki şəxs Əlizadə Şahin Qərib oğluna məxsus "Zirvə" kafesi, Xırdalan şəh., H.Əliyev prospektində yerləşən, fiziki şəxs Soltanov Ramin Rəfayət oğluna məxsus "Aziz Baba" dönər evi, Saray ŞTQ-də yerləşən, fiziki şəxs Səmədov Rasim Rafiq oğluna məxsus "Ziya" kafesi, Buzovna ştq ev.342 M. ünvanında yerləşən, fiziki şəxs Əskərov Azər Firudin oğluna məxsus "Sherlocks" kafesi;

Digər şəhər və rayonlar üzrə:

Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Kosayev Qara Mirzə oğluna məxsus kafe;

Şəmkir, Dəllər qəsəbəsində yerləşən, fiziki şəxs Aslanov Rövşən Akif oğluna məxsus kafe; Gəncə şəhəri Ş.İ.Xətai 157 ünvanında yerləşən, fiziki şəxs Süleymanov Məmmədəli İslam oğluna məxsus kafe, Ş.İ.Xətai ev.0 M.0 ünvanında yerləşən, fiziki şəxs Tağızadə Heydər Fazil oğluna məxsus dönər evi, Təbriz küçəsi ev.315 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Kamran Sədrəddin oğluna məxsus yeməkxana;

Mingəçevir şəhərində yerləşən, fiziki şəxs Hacıyev Nurlan Arzuman oğluna məxsus obyekt, H.Hüseynov küç., ev.30 M. ünvanında yerləşən, fiziki şəxs Abbasov Rubail Yaşar oğluna məxsus restoran, Maqomayev 14 ünvanında yerləşən, fiziki şəxs Rövşən Bilalov Rasim oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində yoxlama-nəzarət tədbirlərini davam etdirir və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

7
Teqlər:
Nəsimi rayonu, Bakı şəhəri, sahibkarlıq subyektləri
Neft buruğu, arxiv şəkli

Azərbaycan neftinin qiyməti son aylar ərzində rekord həddə çatıb

25
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 4 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır. Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,60 dollar artaraq 49,48 dollar təşkil edib.

“Brent” markalı neftin bir barelinin qiyməti 1,02 dollar artaraq 49,73 dollar, “Light” markalı neftin bir barelinin qiyməti isə 0,83 dollar bahalaşaraq 46,47 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

25
Teqlər:
dollar, 50 dollar, barel, neft
Biznes  ledi

İllərin sənətçisi yeni biznesə başlayıb

0
(Yenilənib 23:45 04.12.2020)
Sayan istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb

BAKI, 4 dekabr — Sputnik. Türkiyəli müğənni Seda Sayan yeni biznesə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi öz adı ilə istehsal olunan ətirli kolonyanı satışa çıxarmağa hazırlaşır.

View this post on Instagram

A post shared by Seda Sayan (@sedasayan)

Artıq Seda məhsullarla çəkdirdiyi fotosunu özünün "Instagram" səhifəsində paylaşıb. O, istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb. Qeyd edək ki, kolonya qutusunun üzərində Seda Sayanın şəkli yer alıb.

0