Vüqar Bayramov

Prezidentin bəyanatı ölkəmizin rəqabət qabiliyyətini yüksəldəcək

40
(Yenilənib 15:42 14.08.2015)
İqtisadçı alim Vüqar Bayramov bildirib ki, Azərbaycanda neftdən kənar iqtisadiyyatın həcminin kiçik olması ilə bağlı səsləndirilən fikirlər reallığı əks etdirmir.

BAKI, 14 avq – Sputnik. İqtisadçı alim Vüqar Bayramov bildirib ki, Azərbaycanda neftdən kənar iqtisadiyyatın həcminin kiçik olması ilə bağlı səsləndirilən fikirlər reallığı əks etdirmir.  

“Neftsiz iqtisadiyyatımızın kifayət qədər potensiala malik olmasını rəqəmlər də təsdiq edir. Azərbaycanın qeyri-neft iqtisadiyyatının həcmi 51.2 milyard dollardır. Belə ki, Dünya Bankının məlumatına görə, 2014-cü ildə Ümumi Daxili Məhsul (ÜDM) Azərbaycanda 75.2, Gürcüstanda 16.5, Ermənistanda isə 10.8 milyard dollar olub. Ölkəmizdə qeyri-neft sektorunun ÜDM-də payının 68 faiz olduğunu nəzərə alsaq o zaman Azərbaycanın neftdən kənar iqtisadiyyatı Gürcüstan iqtisadiyyatından 3.1 dəfə, Ermənistan iqtisadiyyatından 5 dəfə çoxdur. Deməli, Ermənistan iqtisadiyyatından 5 dəfə çox olan neftsiz iqtisadiyyatımız eyni zamanda qonşu ölkələrdən fərqli olaraq daha çox inkişaf etmiş infrastrukturun formalaşdırılmasına da imkan yaradıb. Azərbaycan neftdən kənar iqtisadiyyatın həcminə görə də Cənubi Qafqazda birmənalı liderdir”, deyə iqtisadçı bildirib. 

Bayramov deyib ki, infrastrukturun inkişaf etməsi isə Davos Dünya İqtisadi Forumunun son hesabatında Azərbaycanın MDB-də ən rəqabət qabliyyətli iqtisadiyyata malik olan ölkəyə çevrilməsinə gətirib çıxarıb. 

“Ölkə prezidentinin neftdən kənar iqtisadiyyatın formalaşması ilə bağlı bəyanatı isə sadəcə neftdən asıllığı aradan qaldırmayacaq, eyi zamanda ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinə səbəb olacaq. İqtisadiyyatın mövcud vəziyyəti sterilizasiya islahatalarının mərhələli və səmərəli şəkildə aparılmasına şərait yaradacaq. Deməli, neft gəlirləri hesabına formalaşdırılmış potensial iqtisadi diversifikasiya ilə bağlı hədəflərin tam reallaşdırılmasına imkan verəcək”, deyə o vurğulayıb. 

40
Teqlər:
Azərbaycan MDB, ölkə prezidenti, neftdən kənar iqtisadiyyat, iqtisadçı alim Vüqar Bayramov, MDB, iqtisadçı Vüqar Bayramov, iqtisadçı alim Vüqar Bayramov, Vüqar Bayramov, Azərbaycan