Банк

“Evrobank” müflis oldu

23
(Yenilənib 13:16 11.08.2015)
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli 2-1(81)-3855/2015 saylı qərarı ilə “Evrobank” müflis elan edilib.

BAKI, 11 avq — Sputnik. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi lisenziyası ləğv olunan “Evrobank” ASC-nin müflis elan olunması ilə bağlı qərar qəbul edib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankı “Evrobank”ın müflis elan edilməsi ilə bağlı avqustun 3-də məhkəməyə müraciət edib.

Məlumata əsasən, hakim Elçin Məmmədovun sədrliyi ilə avqustun 10-da iclas keçirilib.

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli 2-1(81)-3855/2015 saylı qərarı ilə “Evrobank” müflis elan edilib.

23
Teqlər:
Evrobank Bakı, Evrobank Azərbaycan, Evrobank müflis oldu, Evrobank bağlandı, Azərbaycan Mərkəzi Bankı, Evrobank ASC, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Evrobank, Azərbaycan