TANAP Projesi

İran TANAP-a qoşula bilər

379
(Yenilənib 00:26 11.08.2015)
Elxan Şahinoğlu: İranda yaşayan azərbaycanlılar Tehranın Azərbaycanla sıx əməkdaşlığına lobbiçilik edəcəklər.

Elxan Şahinoğlu, “Atlas” Araşdırmalar Mərkəzi

BAKI, 10 avq — Sputnik. Bakı Tehranla iqtisadi əlaqələri inkişaf etdirmək istəyir. Qərb ölkələrinin İrana qarşı sanksiyaları ləğv etməsi qərarı rəsmi Bakının da İran siyasətinə təsir edib. İrana səfər edən avropalı diplomatların sayı artıb. Fransa, Almaniya və Böyük Britaniya İranla iqtisadi və enerji əlaqələri yaratmaq istəyirlər. Bu prosesdə rəsmi Bakı da iştirak etmək istəyir.

Azərbaycanın İranla iqtisadi əlaqələri genişləndirmək şansları daha çoxdur.

Birincisi, Azərbaycan İrana qonşu ölkədir, iqtisadi və enerji əməkdaşlığı üçün ciddi zəmin var.

İkincisi, İranda yaşayan azərbaycanlılar Tehranın Azərbaycanla sıx əməkdaşlığına lobbiçilik edəcəklər.

Üçüncüsü, Qərb ölkələrinin böyük enerji şirkətləri Azərbaycan üzərindən İranla əməkdaşlıq etmək şansı qazanacaqlar.

Bu məqsədlə Azərbaycan iqtisadiyyat və sənaye naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev avqustun 4-də İrana səfər edib. Səfərin məqsədi Azərbaycanla İran arasındakı iqtisadi münasibətlərin real mexanizmini hazırlamaq, ortaq layihələri hərəkətə gətirməkdir.

Şahin Mustafayevi Tehranda İran prezidenti Həsən Ruhani qəbul edib. Nüvə anlaşmasından sonra dünyanın bir çox şirkətlərinin İranda sərmayə yatırmaq niyyətinin olduğunu deyən Həsən Ruhani bildirib ki, İran ilk növbədə Azərbaycan daxil olmaqla, qonşu ölkələrin sərmayə yatırmasına mühüm əhəmiyyət verilir. Şimal-Cənub Dəhlizinin iki ölkə arasında əlaqələr baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edən İran prezidenti vurğulayıb ki, Azərbaycan İranın Qafqaz regionu ilə əlaqələrində qapı rolunu oynaya bilər: “Azərbaycan da İran vasitəsilə Fars körfəzi və Omman dənizinə və oradan dünyanın hər yerinə çata bilər. Bu səbəbdən bu potensialdan istifadə etmək üçün işbirliyini inkişaf etdirmək lazımdır”.

İran prezidenti əlavə edib ki, neft və təbii qaz sektorları iki ölkə arasında münasibətləri genişləndirəcək sahələrdəndir. O, Xəzər dənizində birgə sərmayə yatırmağın digər ortaqlıqlara yol açacağını vurğulayıb.

Buna cavab olaraq Şahin Mustafayev Azərbaycanın İranla enerji, ticarət, nəqliyyat, sənaye, istehsal, neft, neft-kimya və bankçılıq kimi sektorlarda münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu deyib.

Beləliklə, Həsən Ruhani Azərbaycanla iqtisadi əməkdaşlığı inkişaf etdirməyə hazırdır. İran Azərbaycan üçün böyük bazardır. Bu ölkəyə həm investisiya qoymaq olar, həm də enerji layihələrinin işlənməsində iştirak etmək olar. Azərbaycan öz mallarını İran üzərindən Fars körfəzinə daşıya bilər. Bunun reallaşması üçün isə şimal-cənub dəhlizi tikilməlidir. Təsadüfi deyil ki, Şahin Mustafayevlə birgə Tehranda Azərbaycanın Dəmir Yollarının rəhbəri Cavid Qurbanov da olub.

Talks on Iran's nuclear program begin in Almaty
© Sputnik / Stanislav Filippov/POOL

Dəmir yolunun tikintisinin sürətləndirilməsi aktualdır. Bu eyni zamanda Rusiyanın da maraqlarına uyğundur. Bu dəhlizlə Rusiya, Çin, Mərkəzi Asiya və Avropa ölkələri öz mallarını İrana və Fars körfəzinə daşıyacaqlar. Şimal-Cənub dəmir yolu Azərbaycanın regional əhəmiyyətini və gəlirlərini artıracaq. Buna qədər Azərbaycanın Xəzərdəki Ələt dəniz limanı da tam tikiləcək. Yeni liman Çin və Mərkəzi Asiya ölkələrindən yük daşıyan gəmilərin gəlişinə hazır olacaq. Gələcəkdə İranın TANAP boru xətti ilə Avropaya qaz daşımaq mövzusu da Tehranla Bakı arasında müzakirə mövzusuna çevrilə bilər.

Azərbaycanla İran arasındakı iqtisadi əməkdaşlığa İranın Azərbaycan banklarında dondurulmuş 500 milyon dollar həcmindəki aktivlərinin bərpası da təsir edəcək. Bu maliyyə iki ölkə arasındakı ticarət həcminin artımına yönələcək.

Rəsmi Bakıdan daha bir addım tələb olunur. İran sanksiyaların ləğvindən sonra Azərbaycan vətəndaşlarına tətbiq etdiyi vizanı ləğv edib. İran bunu ona görə edib ki, Azərbaycanla əməkdaşlğı genişləndirmək istəyir. Eyni addımı rəsmi Bakı da atarsa, bu, iki ölkə arasındakı gediş-gəlişi artıracaq. Bu, Azərbaycana İrandan turist axınını artıracaq. Rəsmi Bakı İranla bərabər Türkiyə vətəndaşlarına tətbiq etdiyi vizanı da ortadan qaldırmalıdır. Bu məsələni uzatmaq Azərbaycan hakimiyyəti üçün getdikcə çətinləşir.

379
Teqlər:
TANAP boru xətti, neft-kimya, Azərbaycan İran, İran Azərbaycan, neft, TANAP layihəsi, İran TANAP, TANAP, Atlas Araşdırmalar Mərkəzi, politoloq Elxan Şahinoğlu, Şahin Mustafayev, Həsən Ruhani, Elxan Şahinoğlu, İran, Türkiyə, Azərbaycan
UNEC-in professoru Elnur Sadıqov

Professor: “Banklar bu əməliyyatlardan uzaq olsalar yaxşıdır”

31
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, bankların yeganə problemi müştəri hesablarında təhlükəsizliyin təmin edilməsidir
Elnur Sadıqov: “Müştərilərin banklardan uzaqlaşacağı ilə bağlı nəzəriyyələr özünü doğrultmayıb”

Ənənəvi banklarla onlayn ödəmə platformları və elektron portmanatlarının rəqabəti getdikcə artaraq bankların müştəri cəlb etməsini çətinləşdirəcək. Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyi tərəfindən “Qlobal rəqəmsallaşma pərakəndə ödəmələrdə ənənəvi bankların üstün mövqeyini sual altına qoyur” adlı hesabatda bildirilir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, banklar bu gün kifayət qədər geniş elektron xidmətlər yerinə yetirir:

“Pandemiya səbəbindən bankların müştərilərlə apardığı əməliyyatlar azalıb. Ancaq bu, müştərilərin bir dəfəlik banklardan kənarlaşması demək deyil. Müasir texnologiyaların inkişafı müştərilərin daha geniş şəkildə bank xidmətlərindən istifadəsini zəruri edir. Bu gün bankların yeganə problemi müştəri hesablarında təhlükəsizliyin təmin edilməsidir. Müasir dövrdə elə əməliyyatlar var ki, banklar onlardan uzaq olsalar yaxşıdır. Müştərilərin banklardan uzaqlaşacağı ilə bağlı nəzəriyyələr özünü doğrultmayıb”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

31
Neft, arxiv şəkli

Neft pandemiyanın ikinci dalğasına dair narahatlıqlar fonunda həftəni itkilərlə tamamlayır

36
(Yenilənib 20:47 24.10.2020)
ABŞ və Avropada artan koronavirusa yoluxma hallarının enerji tələbatına təsirsiz ötüşməyəcəyi ilə bağlı narahatlıqlar neftin qiymətində itkilərə səbəb olub. Nəticədə neft qiymətləri həftəni az da olsa itkilərlə tamamlamağa doğru irəliləyir.

BAKI, 24 oktyabr — Sputnik. Birjalarda neft qiymətləri koronavirusun ikinci dalğasına dair artan narahatlıqlar fonunda həftəni itkilərlə tamamlayır.

Sputnik Azərbaycan xəbər verir ki, ABŞ və Avropada artan koronavirusa yoluxma hallarının enerji tələbatına təsirsiz ötüşməyəcəyi ilə bağlı narahatlıqlar neftin qiymətində itkilərə səbəb olub. Nəticədə neft qiymətləri həftəni az da olsa itkilərlə tamamlamağa doğru irəliləyir.

Rusiya Prezidenti Vladimir Putinin ehtiyac duyulacağı təqdirdə hasilat məhdudiyyətlərini artıra biləcəklərini söyləməsi həftə ərzində neft qiymətlərinin yuxarı istiqamətli dəyişməsinə dəstək olub. V.Putinin şərhi "OPEC+" koalisiyasının yanvar ayında istehsal məhdudiyyətlərini azaltmaqla bağlı planını təxirə sala biləcəyinə işarə kimi qiymətləndirilir.

Lakin koronavirus epidemiyasındakı ikinci dalğanın Avropa və ABŞ-da enerji tələbatını alt-üst edəcəyinə dair narahatlıqlar durmadan artır. ABŞ-ın bəzi ştatlarında artan koronavirus hadisələri ölkədəki benzin ehtiyatlarında may ayından bəri ən böyük artıma səbəb olub.

Ekspertlərə görə, hazırda 40 dollar/barel civarında dəyişən neft qiymətləri Liviya kimi ölkələrdə artan hasilat fonunda bazarı daha təmkinli olmağa vadar edir. Bazar gözləntiləri isə "OPEC+"un planlaşdırdığı istehsal artımına getməyəcəyi istiqamətində dəyişir.

"Brent" neftinin bir bareli Londonun ICE birjasında 41,77 dollara, "Light" markalı neftin bir bareli isə Nyu-Yorkun NYMEX birjasında 39,85 dollara alıcı axtarır.

36
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndləri

Cəbrayıl Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsü yayıldı

36
(Yenilənib 19:21 25.10.2020)
Müdafiə Nazirliyi Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsünü yayıb.

BAKI, 25 oktyabr — Sputnik. Müdafiə Nazirliyi Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsünü yayıb. Sputnik Azərbaycan həmin görüntünü təqdim edir.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.
Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.
Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.
Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.
Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.
Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.
Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.
Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.
Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.
Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.
Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.
Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.
Oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib.
Oktyabrın 22-də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri, Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi işğaldan azad olunub.
Oktyabrın 23-də Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq, Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri işğaldan azad edilib.
36