Сельскохозяйственные ярмарки в Баку

Ət, meyvə-tərəvəz, taxıl ucuzlaşıb, yumurta bal bahalaşıb

117
(Yenilənib 17:00 04.08.2015)
Dövlət Statistika Komitəsi kənd təsərrüfatı məhsullarının qiymətlərini açıqlayıb.

BAKI, 4 avqust — Sputnik. İyul ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 5,9 faiz, o cümlədən birillik və çoxillik bitkilərin uyğun olaraq 12,6 və 2,0 faiz, həmçinin diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,5 faiz ucuzlaşıb.

Sputnik Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, birillik bitkilərdən buğdanın, noxud dəninin, yaşıl lobyanın, baş kələmin, qarpızın, qovun və yemişin, bibərin, xiyarın, badımcanın, süfrə çuğundurunun, kartofun, baş soğanın istehsalçı qiyməti ucuzlaşıb. Fermentasiya edilməmiş tütünün və yem bitkilərinin istehsalçı qiyməti isə bahalaşıb.

Çoxillik bitkilərdən albalının, gilasın, çiyələyin, armudun, böyürtkənin istehsalçı qiyməti bahalaşıb, almanın, əriyin, alçanın, gavalının, findığın, qozun, dəfnə yarpağının istehsalçı qiyməti ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından südün, qoyun və keçilərin, qoyun və keçilərin yuyulmamış yununun, mal, qoyun və quş ətinin (diri çəkidə) istehsalçı qiyməti ucuzlaşıb, diri ev quşlarının, yumurtanın və təbii balın istehsalçı qiyməti isə bahalaşıb.

117
Teqlər:
bazar qiymətləri, meyvə-tərəvəz, bazardakı qiymətlər, bazar, taxıl, ət, bal, yumurta, dəfnə yarpağı, qoz, fındıq, gavalı, alça, ərik, alma, böyürtkən, armud, çiyələk, gilas, albalı, yem bitkiləri, tütün, baş soğan, kartof, süfrə çuğunduru, badımcan, xiyar, bibər, yemiş, qovun, qarpız, baş kələm, yaşıl lobya, noxud dəni, buğda, Azərbaycanda Kənd təsərrüfatı, Dövlət Statistika Komitəsi, Azərbaycan
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti yenə bahalaşıb

0
Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 27 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,53 dollar artaraq 56,36 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,42 dollar artaraq 56,33 dollar, "Light" markalı neftin qiyməti isə 0,38 dollar bahalaşaraq 52,99 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0
Bankada dollarlar, arxiv şəkli

"Dollar çökəcək" - amerikalı iqtisadçı

26
(Yenilənib 22:51 26.01.2021)
Amerikalı iqtisadçı Stiven Rouç əmin edir ki, Amerika valyutasının enişi yaxın vaxtlarda dayanmayacaq və ilin sonunadək 35% düşəcək

BAKI, 26 yanvar - Sputnik. Amerikalı iqtisadçı Stiven Rouç 2021-ci ilin sonunadək dolların 35% düşəcəyi barədə proqnozunu yenidən xatırladıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Bloomberg üçün yazdığı məqalədə məlumat verib. 

"Ötən ilin martında ABŞ-da COVID-19 pandemiyası "partlayış edəndən" bəri dollar çökməkdədir. O, ABŞ-ın əsas ticarət partnyorları ilə müqayisədə təxminən 10-12% düşüb", - iqtisadçı vurğulayıb. 

Rouç əmin edir ki, Amerika valyutasının enişi yaxın vaxtlarda dayanmayacaq. Onun fikrincə, ABŞ-ın cari büdcə ödəmələrindəki defisitin kəskin artımı, avro kotirovkalarının riskləri və Amerikanın Federal Ehtiyatlar Sistemi bu çöküşə səbəb olacaq. 

Bundan başqa, pandemiyanın davam etməsi, resessiyaya çox yaxın olan iqtisadiyyatın durumu da, iqtisadçının sözlərinə görə, dollara neqativ təsir göstərir. Hazırkı vəziyyətdə daha bir iqtisadi yardım paketinin ağır nəticələri ola bilər, çünki "ABŞ-ın ehtiyatları buna bəs etməyəcək".

Bloomberg bundan öncəki məqalələrinin birində ABŞ-ın Federal Ehtiyatlar Sisteminin keçmiş başçısı Canet Yellenin ölkənin maliyyə naziri olduqdan sonra dolların axırına çıxacağı barədə proqnoz vermişdi.

26
Teqlər:
proqnoz, iqtisadçı, ABŞ, çökmə, dollar
Koronavirus testi, arxiv şəkli

Ermənistanda koronavirusla bağlı statistika açıqlanıb

0
(Yenilənib 11:57 27.01.2021)
Ermənistanda ümumilikdə bu virusdan ölənlərin sayı 3056-ya çatıb. Xəstəlikdən sağalanların sayı 156053 nəfər olub.

BAKI, 27 yanvar — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 166427-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 195 nəfər artıb.

Ermənistanda son gündə daha 4 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3056-ya çatıb. Xəstəlikdən sağalanların sayı 156053 nəfər olub. Hazırda bu ölkədə 6557 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 100 milyonu keçib, 2,15 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Teqlər:
Koronavirus, epidemiya, COVID-19