İslam Kərimov və İlham Əliyev

Azərbaycanla Özbəkistan arasında illik ticarət dövriyyəsi $50 mln olub

82
(Yenilənib 12:36 04.08.2015)
Sputnik xəbər verir ki, bu barədə Özbəkistanın milli günü münasibətilə keçirdiyi brifinqdə bu ölkənin Azərbaycandakı səfirliyinin müşaviri Cahangir Aminov bildirib.

BAKI, 4 avq — Sputnik. Azərbaycanla Özbəkistan arasında 2014-cü ildə ticarət dövriyyəsi 50 milyon dollar təşkil edib. 

Sputnik xəbər verir ki, bu barədə Özbəkistanın milli günü münasibətilə keçirdiyi brifinqdə bu ölkənin Azərbaycandakı səfirliyinin müşaviri Cahangir Aminov bildirib. 

Onun sözlərinə görə, ticarət dövriyyəsinin həcmi aeneedici deyil:

"Biz ticarət dövriyyəsinin həcminin artırılmasına dair razılığa gəlmişik. Bu istiqamətdə danışıqlar davam edir. Əminəm ki, növbəti illərdən ticarət dövriyyəsinin həcmi daha da artacaq və biz bunun şahidi olacağıq. Eyni zamanda bu məqsədlə Ticarət evinin açılması nəzərdə tutulur".

Diplomat bildirib ki, Azərbaycana Özbəkistanın istehsal etdiyi bir neçə növ model minik avtomobilləri, iri və orta tutumlu sərnişin avtobusları, kənd təsərrüfatı və səneye məhsulları, ehtiyat hissələri, tekstil ixrac olunur. Azərbaycandan isə neft- qaz sənaye avadanlıqları və  kimya məhsulları ixrac olunur. Bundan əlavə Özbəkistanda 40- a yaxın Azərbaycan şirkəi  fəaliyyət göstərir. Onun sözlərinə görə, hazırda  tərəflər arasında 200 növ məhsulun ixracı üçün danışıqlar gedir.

Ölkənin müstəqillik illərində keçdiyi inkişaf yolundan da danışan Aminovun sözlərinə görə, ötən 24 il ərzində Özbəkistan dinamik inkişaf yolu keçib, məhz bunun nəticəsində ölkə iqtisadiyyatına 190 milyard dollar sərmayə qoyulub, iqtisadiyyat 5,5 dəfə inkişaf edib. Özbəkistan iqtisadiyyatı artıq o səviyyəyə çatıb ki, özünü kənd təsərrüfatı və qida məhsulları ilə demək olar ki, tam təmin edir. Bunun nəticəsi olaraq başqa ölkələrindən kənd təsərrüfatı məhsullarının ixracı dayandırılıb. Ölkədə kiçik və orta biznesin inkişafına böyük diqqət yetirilir. İndi demək olar ki, hər ailə kiçik bizneslə məşğul olur.

Diplomat ölkə prezidentinin  aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət ayırdığını,  büdcənin 34 faizinin səhiyyə, 30 faizdən çoxunun isə təhsil sahəsinə yönəldildiyini söyləyib. 

Onun sözlərinə görə, Özbəkistanda həmçinin avtomobil sənayesi, maşınqayırma, neft —qaz,  və kimya sənayesi, aqrar sektor və digər sahələr inkişaf etdirilir. 

82
Teqlər:
Azərbaycan Özbəkistan, İslam Kərimov və İlham Əliyev, Cahangir Aminov, İlham Əliyev, İslam Kərimov, Özbəkistan, Azərbaycan
OPEC-in loqosu, arxiv şəkli

“OPEC+” nazirlərinin iclasının vaxtı dəyişib

0
(Yenilənib 16:32 01.12.2020)
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur

BAKI, 1 dekabr — Sputnik. Dekabrın 1-də keçirilməsi nəzərdə tutulan "OPEC plus" ölkələri nazirlərinin 12-ci görüşünün vaxtı 3 dekabr tarixinə dəyişdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirləri tərəfindən "Əməkdaşlıq Bəyannaməsi"ndən irəli gələn məsələlər üzrə müzakirələr keçiriləcək.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur.

0
Teqlər:
nazirlər, OPEC, Müzakirələr
ARDNF

ARDNF bu il valyuta satışını 16,6% artırıb

7
(Yenilənib 14:46 01.12.2020)
Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin noyabr ayı ərzində 495,5 mln. ABŞ dolları məbləğində vəsait satılıb

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən noyabr ayı ərzində valyuta hərraclarında 495,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə Sputnik Azərbaycan-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Noyabrda valyuta satışında oktyabr ayı ilə müqayisədə 11,6% azalma qeydə alınıb. Belə ki, 2020-ci ilin okyabrında ARDNF tərəfindən 560,3 mln. dollar məbləğində vəsait satılıb. Bu, ötən ilin noyabr ayına nisbətən 8,2% azdır.

Bundan başqa, bu ilin yanvar-noyabr aylarında ARDNF tərəfindən 6665,9 mln. dollar məbləğində vəsait satılıb ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 16,6% çoxdur.

7
Teqlər:
vəsait, ABŞ dolları, Azərbaycan Respublikası Dövlət Neft Fondu, valyuta