Mərkəzi bank

Ekspert: Mərkəzi Bank limiti aradan qaldırmalıdır

92
(Yenilənib 12:15 03.08.2015)
İqtisadçı Samir Əliyev: Mərkəzi Bankın komisyon haqlarının 1%-ə salınması və kredit faizlərinə yuxarı tavanın tətbiqi ilə bağlı göstərişləri bank sektorunun baş ağrısına çevrilib.

BAKI, 3 avq — Sputnik. Mərkəzi Bankın komisyon haqlarının 1%-ə salınması və kredit faizlərinə yuxarı tavanın tətbiqi ilə bağlı göstərişləri bank sektorunun baş ağrısına çevrilib. İqtisadçı Samir Əliyev bu fikirdədir. 

"Mərkəzi Bankın qeyri-rəsmi tapşırığı daha çox sosial gərginliyin azaldılmasına hesablanıb. Tənzimləyici qurum bu addımı ilə bankların sağalmamış devalvasiya “yaralarının” üzərinə sanki duz səpdi. Həm kreditləşmənin zəifləməsi, həm də faiz dərəcələrinə limitin qoyulması faiz gəlirlərini kəskin azaldacaq", deyə ekspert bildirib.

Onun fikrincə, Mərkəzi Bank qeyri-rəsmi göstəriş verməklə ikinci dəfə öz səlahiyyətlərini aşmaq yolunu tutub.

"“Banklar haqqında” Qanunun 36-cı maddəsinə görə, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını müəyyən etməkdə sərbəstdir. Mərkəzi Bankın inzibati yolla komisyon haqlarını endirmək və faiz tavanı tətbiq etmək göstərişini verməsi qanuna ziddir. Bankları qanunun tələblərinə əməl etməyə dəvət edən Mərkəzi Bank bank qanunvericiliyini pozmaq yolunu tutur. Mərkəzi Bank uzaqbaşı banklara tövsiyə verə bilər. Bunu həyata keçirmək isə bankların öhdəliyi yox, hüququdur", deyə o əlavə edib.

Mərkəzi bank
© Sputnik / Murad Orujov

Samir Əliyevin fikrincə, Mərkəzi Bankın komisyon haqlarını və illik faiz dərəcələrini inzibati yolla tənzimləməsi təşəbbüsü daha çox bank olmayan kredit təşkilatlarını (BOKT) vuracaq: "Çünki BOKT-ların maliyyə mənbələri məhduddur və göstərdikləri xidmətlərin çeşidi isə azdır. Banklarla müqayisədə BOKT-larda kredit faizləri daha yüksəkdir. Bu kredit təşkilatlarında illik faiz dərəcəsi hətta 42%-ə çatır. Bu qurumların kredit portfeli də məhduddur. BOKT-ların kredit qoyuluşu ümumilikdə 591 milyon manata yaxındır və ölkə üzrə kredit qoyuluşunun 2,9% onların payına düşür.

Ölkədə 157 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir ki, onların 109-u kredit ittifaqlarıdır. Deməli, hazırda əhalini və kiçik sahibkarları aktiv olaraq kreditləşdirən 48 kredit təşkilatı var. Bu kredit təşkilatlarının ümumilikdə 224 filil şəbəkəsi mövcuddur, onların əksəriyyəti regionlarda yerləşir. BOKT-ların əsas üstünlüyü onun resurslarına əlçatanlığın asan olmasıdır. BOKT-lar həm də banklardan fərqli olaraq kənd yerlərində, o cümlədən cəbhə bölgəsinə yaxın ərazilərdə işləyirlər. O yerlərə ki banklar qəti maraq göstərmir. Bu qurumların işçiləri ən ucqar kəndlərə getməkdən belə çəkinmirlər. Halbuki banklar ən yaxşı halda rayon mərkəzlərində işləməklə kifayətlənirlər.

Mərkəzi Bankın son tapşırıqları BOKT-ların gəlirlərini kəskin azaldacaq. Nəticədə bəziləri filial şəbəkəsinin bağlanması, işçilərin ixtisarı kimi sərt addımlar atılacaq. Hətta bəzi BOKT-ların bazarı tərk etməsi mümkündür. Bununla da regionların kreditə əlçatanlığı pisləşəcək. BOKT-ların kredit vermək üçün cəlb etdikləri resurslar çox bahadır. Mövcud faiz həddi (istehlak kreditləri üçün 29%, mikrokreditlər üçün 25%) onlar üçün çox əlverişsizdir. Ona görə Mərkəzi Bank kreditlərin illik faiz dərəcələrinə tətbiq etdiyi tavanı BOKT-lara şamil etməməlidir. Onlara faizləri müəyyənləşdirməkdə sərbəstlik verilməlidir. Bu qurumların kredit bazarında faizlərin formalaşması siyasətinə təsir imkanları yox səviyyəsindədir. Kredit faizlərini banklar formalaşdırır, BOKT-lar isə onların arxasınca gedir. Mərkəzi Bank kredit faizlərini aşağı salmaq istəyirsə, banklarla işləməlidir. Banklarla BOKT-lara eyni yanaşma olmamalıdır. Ən azı yaxın dövr üçün BOKT-lar üçün bu limiti aradan qaldırmalıdır. Əks halda ixtisarlar və bağlanma halları qaçılmazdır".

92
Teqlər:
mikro kreditlər, mikrokreditlər, bank faizləri, bank kreditləri, bank, kredit, bank olmayan kredit təşkilatı, bank komissiyası, komisyon haqqları, BOKT, Milli Bank, Mərkəzi Bank, iqtisadçı Samir Əliyev, Samir Əliyev, Azərbaycan
DGK-nın binası, arxiv şəkli

Dövlət büdcəsinə edilən gömrük ödənişlərinin həcmi açıqlanıb

11
(Yenilənib 22:13 03.03.2021)
Nəzərdə tutulan proqnozdan əlavə 77,74 mln. manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub

BAKI, 3 mart — Sputnik. İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-fevral ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 115,09 % əməl edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev özünün "Twitter" hesabında yazıb.

O qeyd edib ki, nəzərdə tutulan proqnozdan əlavə 77,74 mln. manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.

11
Teqlər:
büdcə, gömrük
Məhəmməd Sanusi Barkindo, arxiv şəkli

OPEC-in Baş katibi: "Mənfi göstəricilərin yaşandığı günlər geridə qalıb"

8
(Yenilənib 19:43 03.03.2021)
"2021-ci ildə qlobal neft tələbatı 5,8 milyon barel artaraq sutkada 96 milyon barel civarında olacaq. Asiyada ümidverici qlobal iqtisadi inkişaflar və davamlı tələbat buna təsir edən amillərdir".

BAKI, 3 mart — Sputnik. "Cari ildə qlobal neft tələbatı gündəlik 96 milyon barel olacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo deyib.

Baş katib qlobal neft bazarı və ümumiyyətlə dünya iqtisadiyyatının yaxşılaşdırılması perspektivini vurğulayıb, davamlı neft bazarı sabitliyini bərpa etmək kursunda qalmağın vacibliyini qeyd edib.

"Həm qlobal iqtisadi vəziyyət, həm də neft bazarının perspektivləri davamlı inkişaf əlamətləri göstərir. Pandemiyanın səbəb olduğu şoklar səbəbindən ÜDM və neft tələbatındakı mənfi göstəricilərin yaşandığı günlər geridə qalıb. 2021-ci ildə qlobal neft tələbatı 5,8 milyon barel artaraq sutkada 96 milyon barel civarında olacaq. Asiyada ümidverici qlobal iqtisadi inkişaflar və davamlı tələbat buna təsir edən amillərdir", - deyə M.Barkindo bildirib.

Qeyd edək ki, bu gün "OPEC+" Nazirlərinin Birgə Monitorinq Komitəsinin  27-ci iclası, martın 4-də isə "OPEC+" ölkələri nazirlərinin 14-cü toplantısı keçiriləcək.

Xatırladaq ki, yanvarda "OPEC+" ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 milyon 125 min barel, martda isə 7 milyon 50 min barel təşkil edəcək.

 

8
Teqlər:
tələbat, hasilat, artım, gəlir, neft, OPEC
Türkiyənin Cobra zirehli maşını, arxiv şəkli

Türkiyə minaya davamlı yeni zirehli maşınını göstərdi - VİDEO

0
Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

BAKI, 3 mart - Sputnik. Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib. 

Sputnk Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur. 

​Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir. 

Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.

Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

0