qaz boru kəməri

Türk axını layihəsi reallaşmaq üzrədir

135
(Yenilənib 17:00 28.07.2015)
Kreml tərəfindən hazırlanan razılıq mətni Ankaraya göndərilib.

BAKI, 28 iyul – Sputnik. Rusiya təbii qazını Türkiyə üzərindən Avropaya nəql edəcək boru xətti layihəsinin ilkin mərhələsi üçün öz təklifini Ankaraya təqdim edib. 

Sputnik-in xəbərinə görə Kreml tərəfindən hazırlanan razılıq mətni Ankaraya göndərilib. Rusiya enerji nazirliyinin yaydığı bəyanatda deyilir: “Sözügedən təklif, layihənin yalnız ilk mərhələsini əhatə edir. Layihənin digər qisimləri üçün ayrıca sazişlər imzalanacaq.”

Türk axını layihəsinin 63 milyard kubmetr həcmli olacağı bildirilir. Bunun 47 milyard kub metri Avropaya, geri qalan 16 milyar kubmetri isə Türkiyəyə nəql olunacaq.


135