Yadigar Cəfərli

Yadigar Cəfərli Beynəlxaq Bankın mətbuat xidmətinin rəhbəri oldu

29
(Yenilənib 12:45 28.07.2015)
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı mətbuat xidmətinin rəhbəri, jurnalist Rauf Ağayev bu gün tutduğu vəzifədən istefa verib.

BAKI, 28 iyul — Sputnik. Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətinə yeni rəhbər təyin olunub. Bu barədə "Report"a ABB mətbuat xidmətinin yeni rəhbəri Yadigar Cəfərli özü məlumat verib.

Y.Cəfərli artıq bu vəzifədə öz işinə başlayıb. 

Tanınmış jurnalist Yadigar Cəfərli bundan əvvəl "Azər Türk Bank" və "Kapitalbank"da mətbuat xidmətində çalışıb.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı mətbuat xidmətinin rəhbəri, jurnalist Rauf Ağayev bu gün tutduğu vəzifədən istefa verib. R.Ağayev fəaliyyətini jurnalist kimi davam etdirəcəyini, yaşıd həmkarları ilə birgə yaratdıqları elektron qəzetdə çalışacağını bildirib.

29
Teqlər:
Azərbaycan Beynəlxalq Bankının mətbuat xidməti, Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri, Kapitalbank, Azər Türk Bank, ABB, Azərbaycan Beynəlxalq Bankı, Yadigar Cəfərli, Azərbaycan