Ziraat Bank Azərbaycan

“Ziraat Bank Azərbaycan” fəaliyyətə başlayıb

150
(Yenilənib 10:54 28.07.2015)
50 mln. manat nizamnamə kapitalı ilə fəaliyyətə başlayan bank ilkin mərhələdə “İçərişəhər” filialı vasitəsilə xidmət göstərəcək.

BAKI, 28 iyul — Sputnik. “Ziraat Bank Azərbaycan” ASC fəaliyyətə başlayıb.

Sputnik-in "Ziraat Bankası"na istinadən verdiyi məlumata görə, 50 mln. manat nizamnamə kapitalı ilə fəaliyyətə başlayan bank ilkin mərhələdə “İçərişəhər” filialı vasitəsilə xidmət göstərəcək. Bankın fəaliyyəti ölkə iqtisadiyyatının və ölkələr arasındakı xarici ticarətin inkişafı ilə iqtisadi əlaqələrin güclənməsində mühüm rol oynamağa yönələcək.

Qeyd edək ki, Azərbaycandan başqa, Almaniya, Bosniya və Hersoqovina, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistanda da fəaliyyət göstərən “Ziraat Bankası" xarici şöbə və filialları ilə birlikdə 18 ölkədə, 90-dan çox nöqtədə müştərilərə xidmət edir.

150
Teqlər:
Ziraat Bankası, Ziraat Bank Bakı, Ziraat Bank Azərbaycan, Bakıda Türk bankı, Türk bankı, Ziraat Bank Azərbaycan ASC, Bakı, Azərbaycan