Riçard Hoqland

ABŞ sərmayələrinin azalmasında siyasi məqam axtarmaq düzgün deyil

4
(Yenilənib 14:41 23.07.2015)
Riçard Hoqland: ABŞ şirkətləri vaxtilə Azərbaycan iqtisadiyyatına da kifayət qədər investisiya yatırıblar. İnanıram ki, ölkələrimiz arasında əlaqələr inkişaf etdikcə, investisiya mühiti yaxşılaşdıqca, Amerika şirkətləri bu ölkəyə investisiya yatıracaqlar.

BAKI, 23 iyul — Sputnik. Azərbaycan iqtisadiyyatında Amerika investisiyalarının azalmasında hər hansı siyasi məqam axtarmaq düzgün deyil.

Sputnik xəbər verir ki, bunu ABŞ dövlət katibinin köməkçisi Riçard Hoqland mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, ABŞ-da şirkətlər özəldir və onlar dövlət tərəfindən idarə olunmur.

ABŞ şirkətləri iqtisadi cəhətdən faydalı, daha gəlirli olan yerlərə investisiya qoyur:

"ABŞ şirkətləri vaxtilə Azərbaycan iqtisadiyyatına da kifayət qədər investisiya yatırıblar. İnanıram ki,  ölkələrimiz arasında əlaqələr inkişaf etdikcə, investisiya mühiti yaxşılaşdıqca, Amerika şirkətləri bu ölkəyə investisiya yatıracaqlar".

Riçard Hoqland ABŞ-la Azərbaycan arasında bir müddət əvvəl münasibətlərin soyumasına münasibət bildirərkən  deyib.


4
Teqlər:
ABŞ və Azərbaycan, ABŞ dövlət katibinin köməkçisi, Riçard Hoqland, Azərbaycan, ABŞ
Mobil evlər, arxiv şəkli

Evini götür, get - Azərbaycanda indi bu da mümkündür

159
(Yenilənib 19:41 12.08.2020)
Bu evlər zəlzələyə, eyni zamanda da nəmə davamlıdır. Səsə qarşı izolyasiya edilən konteyner evlərin qiyməti o qədər də yüksək deyil

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 avqust — Sputnik. Bu gün bir çox ölkələrdə daşınmaz əmlakla yanaşı, daşına bilən əmlaka da maraq və yatırım var. Daşına bilən əmlak - konteyner evlər artıq bütün dünyada da geniş yayılıb.

Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da daşınabilən evlər var. Bu evlərin qiyməti digərləri ilə müqayisədə daha sərfəlidir.

Sputnik Azərbaycan əmlak bazarına yenicə daxil olan bu evlərin qiyməti ilə maraqlanıb. Çöl səthi beton panelli olan, daşına bilən, iqlim şəraitinə uyğunlaşan bu evlər əsasən bağ evləri hesab edilir və daha çox dəniz qırağında, istirahət yerlərində qurulur.

Əlaqə saxladığımız şirkətdən bildirilib ki, bu evlər zəlzələyə, eyni zamanda da nəmə davamlıdır. Səsə qarşı izolyasiya edilən konteyner evlərin qiyməti o qədər də yüksək deyil - 1 kvadrat metrə görə 350 AZN-dir: "Bu qiymətə təmir daxildir. Bundan başqa, əlavə olaraq hamam-tualetin quraşdırılması üçün 600 AZN tələb olunur".

Evlər dəmir karkas və panellərdən ibarətdir:

"Konteynerlər dəmir karkas üzərində yığılır. Bir konteyner 6 metr uzunluqda, 2,5 və ya 3 metr endə olur. Onların üzərinə beton panellərlə divar səthi çəkilir, alt hissələr daşla izolyasiya olunur. Altı alçipanla ötürülür və divar kağızı vurulur. Adətən ölçülər 15-18 kvadrat metr olur, amma bu standartlardan kənara çıxmaq mümkündür. Yəni 30-77 kvadrat metrlik sifarişlər də qəbul olunur".

"Bizdə yerində satış həyata keçirilir. Sonradan müştəri tərəfindən kran gətirilir və bu evlər lazım olan ünvana daşınır. Onları istənilən ünvana aparmaq mümkündür".

Materialların isə Bakıda istehsal edildiyi deyilir.

Qeyd edək ki, bu gün əmlak bazarında hazır təmirli mənzillərin 1 kvadrat metrinin qiyməti 1500 manatdan başlayır. Daşına bilən təmirli evlər isə bundan təxminən 5-6 dəfə ucuzdur. 

159
Əlaqədar
Dünyanın ən bahalı premium mənzilləri haradadır: Əl yandıran qiymətlər
Güzəştli ev almaq istəyənlərin nəzərinə - Növbəti satışa hazırlaşın
Təklif çox, müştəri az, qiymətlər enib - turizm cənnətində kirayə bazarı dad deyir
Postpandemiya dövründə daşınmaz əmlakın qiyməti kəskin dəyişəcək - SƏBƏB
On milyonlarla dolları Azərbaycandan Türkiyəyə yönəldən - SƏBƏB
Manat, arxiv şəkli

Azərbaycanın 2020-ci il üzrə dövlət büdcəsinə dəyişikliklər təsdiqləndi

15
(Yenilənib 18:21 12.08.2020)
Ölkəmizin 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 124 000,0 min manat, xərcləri 27 492 200,0 min manat məbləğində təsdiq edilib

BAKI, 12 avqust — Sputnik. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 124 000,0 min manat, xərcləri 27 492 200,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 23 359 465,0 min manat, yerli gəlirləri 764 535,0 min manat, mərkəzləşdirilmiş xərcləri 26 677 330,0 min manat, yerli xərcləri 814 870,0 min manat) məbləğində təsdiq edilib.

Büdcədəki dəyişikliklərlə bu linkdən tanış olmaq mümkündür.

15
Əlaqədar
Milli Məclis 2020-ci il dövlət büdcəsinə dəyişiklikləri qəbul edib
Neftimiz 35 dollar olacaq – Büdcədə bu qiymətlə götürülüb
Həyəcan təbili - Gələn il iqtisadi göstəricilərimiz ürəkaçan olmayacaq, əgər...
Təhsil Nazirliyinə 7 milyon manat vəsait ayrıldı - CƏDVƏL
20th Century Fox şirkətinin loqosu, arxiv şəkli

Rəqəm, projektor işıqları şeypur səsi: "20th Century Fox" brendi daha olmayacaq

0
(Yenilənib 21:05 12.08.2020)
Filmlərin əvvəlində loqosunu görməyə öyrəşdiyimiz "20th Century Fox" brendinə son qoyulub. "Disney" belə istəyib

BAKI, 12 avqust — Sputnik. "Walt Disney" şirkəti əyləncə sənayesinin ən məşhur adlarından biri olan "20th Century Fox" brendinə son qoyub.

Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, "Disney" yanvarda 85 yaşı olan "20th Century Fox" şirkətinin adını "20th Century Studios" kimi dəyişib.

Ötən il "Disney" imzaladığı 71,3 milyard dollarlıq müqavilə ilə mediamaqnat Rupert Merdokun "Fox" media aktivlərinin əsas hissəsini alıb.

"Disney" eyni zamanda digər televiziya studiyalarının adını dəyişdirib. Məsələn, "ABC Studios" və "ABC Signature Studios" rebrendinqdən sonra "ABC Signature", "Fox 21 Television Studios" isə "Touchstone Television" adlanıb.

Bu ilin əvvəlində "20th Century Fox" kinostudiyasını rebrendinq etdikdən sonra "Disney" şirkətinin Merdoka məxsus "sağçı" "Fox News" şəbəkəsindən uzaqlaşmaq istədiyi ehtimalı səslənib.

"20th Century Fox" kinostudiyası "Avatar" və "Titanik" kimi bütün zamanların ən böyük filmləri ilə məşhurdur. Kinostudiya 1935-ci ildə "Twentieth Century Pictures" və "Fox Films" şirkətlərinin birləşməsi nəticəsində yaranıb.

"Disney"in hazırda sahib olduğu şirkətlər sırasında "Star Wars" franşizasının yaradıcısı "Lucasfilm" və "Marvel Studios" var.

0
Əlaqədar
Əfsanəvi kinostudiya film istehsalını dayandırdı
Cizgi filminin sonu - "Disney" koronavirusa görə işçilərini məzuniyyətə göndərir
“Karib dənizinin quldurları”nda qəribə dəyişiklik olacaq
Şahzadə Harri arvadı üçün iş istəyib - VİDEO
"Taxt-tac oyunları"ndan "Marvel"ə - Con Snou superqəhrəmana çevriləcək