Нашествие саранчи

Asiya çəyirtkələri Azərbaycana hücum ediblər

32
(Yenilənib 16:16 15.07.2015)
Çəyirtkələrə rast gələn vətəndaşlardan Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli qaynar xəttinə və 562 87 44 nömrəli telefonla Dövlət Fitosanitar Nəzarəti Xidmətinin çağrı mərkəzinə məlumat vermələri xahiş olunur.

BAKI, 15 iyul — Sputnik. İyulun 12-dən etibarən Abşeron yarımadasının Novxanı, Pirşağı, Nardaran, Bilgəh kəndlərinin və Sumqayıt şəhərinin Xəzər dənizinə yaxın ərazilərinə Asiya çəyirtkəsinin miqrasiyası müşahidə olunub.

Sputnik APA-Economics-ə istinadən xəbər verir ki, yaranmış vəziyyəti nəzərə alan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən monitorinqlərin və mübarizə tədbirlərinin həyata keçirilməsi üçün Dövlət Fitosanitar Nəzarəti Xidmətinə xüsusi tapşırıqlar verilib.

Dövlət Xidmətinin rəisi Camal Quliyev bildirib ki, dünəndən etibarən qeyd olunan ərazilərdə Asiya çəyirtkəsinə qarşı mübarizə tədbirlərinə başlanılıb və artıq 100 ha-dan çox ərazidə bu tədbirlər həyata keçirilib. Mübarizə tədbirlərinin həyata keçirilməsi üçün Dövlət Xidmətində qərargah yaradılıb, Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri, mobil dəstələrinin texnikası bu işlərə cəlb olunub.

Asiya çəyirtkələrinin Şimali Qafqazdan, Terek çayı vadisindən miqrasiya etməsi müəyyən edilib. Çəyirtkə sürüsü güclü külək nəticəsində sahili zolağında dənizə düşüb. Bu səbəbdən də əsasən sahil zolağı ərazilərdə müşahidə olunurlar. Uzaq yol və dənizə düşmələri ilə zədələnmə səbəbindən adi hala nisbətən çox zəifdirlər və bir çox sahələrdə təbii ölümləri müşahidə olunur. Asiya çəyirtkəsinin müşahidə olunduğu ərazilərimizdə kənd təsərrüfatı əkinləri olmadığı üçün onların ciddi zərər vurması gözlənilmir. Bu növün əsasən qamışlı bataqlıq ərazilərdə yumurta qoyması nəzərə alınaraq belə sahələrdə mübarizə tədbirləri ilk növbədə aparılır.

Məsələnin aktuallığı nəzərə alınaraq yerli icra nümayəndələrinin və bələdiyyələrin mübarizə tədbirlərinə dəstəyi çox faydalı olar. Vətəndaşlardan bağ sahələrində Asiya çəyirtkəsi müşahidə olunarsa bu barədə Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli qaynar xəttinə və yaxud 562 87 44 nömrəli telefonla Dövlət Fitosanitar Nəzarəti Xidmətinin çağrı mərkəzinə məlumat vermələri xahiş olunur.


32
Teqlər:
çəyirtkələrin hücumu, çəyirtkə, Kənd Təsərrüfatı Nazirliyi, Sumqayıt, Bilgəh, Nardaran, Pirşağı, Novxanı, Abşeron yarımadası, Azərbaycan
OPEC-in loqosu, arxiv şəkli

“OPEC+” nazirlərinin iclasının vaxtı dəyişib

4
(Yenilənib 16:32 01.12.2020)
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur

BAKI, 1 dekabr — Sputnik. Dekabrın 1-də keçirilməsi nəzərdə tutulan "OPEC plus" ölkələri nazirlərinin 12-ci görüşünün vaxtı 3 dekabr tarixinə dəyişdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirləri tərəfindən "Əməkdaşlıq Bəyannaməsi"ndən irəli gələn məsələlər üzrə müzakirələr keçiriləcək.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur.

4
Teqlər:
nazirlər, OPEC, Müzakirələr
ARDNF

ARDNF bu il valyuta satışını 16,6% artırıb

7
(Yenilənib 14:46 01.12.2020)
Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin noyabr ayı ərzində 495,5 mln. ABŞ dolları məbləğində vəsait satılıb

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən noyabr ayı ərzində valyuta hərraclarında 495,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə Sputnik Azərbaycan-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Noyabrda valyuta satışında oktyabr ayı ilə müqayisədə 11,6% azalma qeydə alınıb. Belə ki, 2020-ci ilin okyabrında ARDNF tərəfindən 560,3 mln. dollar məbləğində vəsait satılıb. Bu, ötən ilin noyabr ayına nisbətən 8,2% azdır.

Bundan başqa, bu ilin yanvar-noyabr aylarında ARDNF tərəfindən 6665,9 mln. dollar məbləğində vəsait satılıb ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 16,6% çoxdur.

7
Teqlər:
vəsait, ABŞ dolları, Azərbaycan Respublikası Dövlət Neft Fondu, valyuta
DokuBaku beynəlxalq film festivalı, arxiv şəkli

"DokuBaku" artıq 4-cü dəfə start götürüb

0
(Yenilənib 18:57 01.12.2020)
"DokuBaku" Beynəlxalq Sənədli Film Festivalı 30 noyabr – 6 dekabr tarixlərində onlayn formada baş tutacaq. 1 həftə davam edəcək festivalda dafilms.com beynəlxalq onlayn festival platforması vasitəsilə 4 kateqoriyada 36 film nümayiş olunacaq.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycanın ilk müstəqil beynəlxalq sənədli film festivalı olan "DokuBaku" artıq 4-cü dəfə start götürür.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının rəsmi tərəfdaşı olduğu festivalın 2020-ci ildə keçirilmə tarixi 26 oktyabr – 1 noyabr üçün nəzərdə tutulsa da, dünyanı bürüyən pandemiya (COVİD 19) səbəbindən dəyişikliklər oldu. Beləki, "DokuBaku" Beynəlxalq Sənədli Film Festivalı 30 noyabr – 6 dekabr tarixlərində onlayn formada baş tutacaq. 1 həftə davam edəcək festivalda dafilms.com beynəlxalq onlayn festival platforması vasitəsilə 4 kateqoriyada 36 film nümayiş olunacaq.

Xatırladaq ki, festival filmləri izləmək istəyənlər platformada qeydiyyatdan keçərək günün istənilən saatı ödənişsiz izləmə imkanı qazanacaqlar.

Festivalın icraçı direktoru, sənədli film rejissoru Oktay Namazov bildirib ki, azərbaycanca və ingiliscə altyazı ilə onlayn nümayiş sənədli filmləri izləyici üçün daha əlçatan edir.

Yeri gəlmişkən, bu il festivala 53 ölkədən 250-dən çox film qəbul edilib. Seçim prosesində tammetrajlı, qısametrajlı, eyni zamanda yerli filmlər arasından ən layiqliləri seçilərək auditoriya üçün hazırlanıb. Bundan başqa, beynəlxalq və yerli mütəxəssislərdən ibarət jüri heyəti 4 kateqoriyada qalibləri seçəcək. Jüri heyətində "Ən yaxşı tammetrajlı sənədli film" kateqoriyası üçün Əli İsa Cabbarov, Laura Koppens, Səidə Baxşıyeva, "Ən yaxşı beynəlxalq qısa və yerli sənədli film" kateqoriyasında Durna Səfərova, Uolter Naqi, Yüksel Doğan, "X kateqoriyası"nda isə Elvin Cəbizadə, Aysu Akcan, Hüseyn Cəlilvənd qalib filmləri seçəcək. Festivalın açılışı Hilal Baydarovun "Xurmalar yetişəndə" filmi başlayacaq.

"DokuBaku" Beynəlxalq Sənədli Film Festivalının rəsmi proqramı ilə dokubaku.az saytında tanış ola bilərsiniz.

0
Teqlər:
film, festival