SOCAR

SOCAR ötən ay Bakı-Novorossiysk kəməri ilə neft ixrac etməyib

6
(Yenilənib 16:48 01.07.2015)
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

BAKI, 1 iyul — Sputnik. SOCAR iyun ayında Bakı-Novorossiysk kəməri ilə neft ixrac etməyib. 

SOCAR-dan Sputnik-ə daxil olan məlumata görə, bu kəmər vasitəsilə 2015-ci ilin yanvarından iyun ayınadək 678 min 46 ton neft ixrac olunub. Ümümilikdə yanvar-iyun ayları ərzində Supsa limanından 1 milyon 524 min 900 ton, Ceyhan limanından isə 9 milyon 203 min 947 ton xam neft ixrac edilib.

SOCAR 2015-ci ilin iyun ayında Novorossiysk kəməri ilə neft ixrac etməsə də, Supsa limanından 339 min 20 ton, Ceyhan limanından 1 milyon 925 min 699 ton xam neft ixrac edib.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

6