Türkiyə Yunanıstana kömək etməyə hazırdır

14
(Yenilənib 18:09 30.06.2015)
Baş nazir Əhməd Davudoğlu: Hökumət qurulduqdan sonra ilk işimiz, qonşu hökumətin üzləşdiyi problemin həllinə çalışmaq olacaq.

BAKI, 30 iyun – Sputnik. Türkiyə baş naziri Əhməd Davudoğlu partiyasının qrup toplantısında geniş məruzə ilə çıxış edib. 

O borc böhranı və iqtisadi tənəzzüllə üzləşən Yunanıstana yardım etməyə hazır olduqlarını deyib. 

“Türkiyə Yunanıstan üçün nə lazımdırsa, etməyə hazırdır. Hökumət qurulduqdan sonra ilk işimiz, qonşu hökumətin üzləşdiyi problemin həllinə çalışmaq olacaq”, deyə baş nazir Davudoğlu əlavə edib.

Dünən Türkiyənin HDP-li millət vəkili Ertuğrul Kürkçü, Yunanistanın BVF-yə olan 1,6 milyard avroluq borcunu Türkiyənin ödəməsini təklif etmişdi.

Kürkçü, Türkiyə hökumətini bu çətin günlərdə Yunanistanın yanında olmağa çağırıb: "Yunanıstanın 1,6 milyard avroluq borcunu Türkiyə öz üzərinə götürə bilər. Çətin vaxtlarda qonşuya ediləcək ən böyük kömək budur. Bu yardımın əvəzində yunan xalqının dostluğunu, Egey dənizinin sülh dənizinə dönməsi imkanını əldə edə bilərik”.  

14
Mövzu:
Yunanıstan böhranı (7)
Bankomatdan pul çıxaran şəxs, arxiv şəkli

Prezidentin köməkçisindən 190 AZN barədə açıqlama

7
(Yenilənib 18:32 10.07.2020)
"Pandemiya başlayandan Azərbaycanda xaricdən idxal olunan məhsullarda qıtlıq müşahidə edilməyib" - H.Hacıyev

BAKI, 10 iyul — Sputnik. "190 manatlıq ödənişlərin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Hikmət Hacıyev qeyd edib ki, yaxın zamanlarda ödənişlərin həyata keçirilməsi ilə bağlı açıqlama veriləcək.

Prezidentin köməkçisi xatırladıb ki, bəzi Azərbaycan vətəndaşları var ki, 2-3 aydır ki, ölkəyə gələ bilmirlər: "Həmin vətəndaşların ölkəyə gətirilməsinə ehtiyac var. Pandemiya başlayandan Azərbaycanda xaricdən idxal olunan məhsullarda qıtlıq müşahidə edilməyib. Yükdaşıma ilə bağlı ölkəmizə daxil olan əcnəbi sürücülər testdən keçirilir və ondan sonra hərəkətlərinə icazə verilir".

7
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Hökumət 190 manatla bağlı qərarına dəyişiklik etdi
Yardımla bağlı 16 bölgənin sakinlərinə şad xəbər
Hikmət Hacıyevdən avtobuslarda sıxlıq sualına təəccübləndirən cavab
Rayonlara gediş-gəlişin açılması təhlükəlidir - Yaqut Qarayeva
Manat, arxiv şəkli

Dövləti necə soymalı? Hesablama Palatası bir Komitədən bestsellerlik material topladı

8
(Yenilənib 16:58 10.07.2020)
Qobustan rayonunda məskunlaşmış məcburi köçkün ailələrinin içməli su təminatı "Azərsu" ASC tərəfindən həyata keçirildiyi halda, özəl təşkilata 8,5 min manat xidmət haqqı köçürülüb.

BAKI, 10 iyul — Sputnik. Hesablama Palatasının 2020-ci ilin İş Planına uyğun olaraq, dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (Komitə) ayrılan vəsaitlərin icrasına dair uyğunluq auditi aparılıb. Sputnik Azərbaycan-a Palatadan verilən məlumata görə, audit nəticəsində müəyyən edilib ki, malların (işlərin və xidmətlərin) satınalınması zamanı ümumi məbləği 118,5 min manat olan satın alınacaq malların ehtimal olunan qiymətləri Komitə tərəfindən müəyyənləşdirilməyib, aparat xərcləri üzrə satınalma keçirilmədən 20,2 min manat vəsait xərc edilib.

Həmçinin 9,3 min manat məbləğin xərc paraqrafları, 35,5 min manat məbləğin isə funksional təyinatı dəyişdirilərək xərc edilib, Qobustan rayonunda məskunlaşmış məcburi köçkün ailələrinin içməli su təminatı "Azərsu" ASC tərəfindən həyata keçirildiyi halda, özəl təşkilata 8,5 min manat xidmət haqqı köçürülüb. Komitədə elektron informasiya bazasının yaradılması və bazanın işinin təkmilləşdirilməsi ilə bağlı işlər aparılsa da, müəyyən edilib ki, 2019-cu ilin dekabr ayında 33,0 manat vahid aylıq müavinət alan 10741 nəfər məcburi köçkünün adı kommunal xərclər ödənilən məcburi köçkünlərin adlı siyahılarında, sıx məskunlaşma yerlərində yaşayan 9879 nəfər məcburi köçkünün adı isə vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarında göstərilməyib.

2910 nəfər məcburi köçkünün adı isə həm kommunal xidmət haqları dövlət hesabına mərkəzləşmiş qaydada ödənilən kontingent üzrə adlı siyahılara, həm də kommunal xidmət haqlarını özləri ödəyən məcburi köçkünlərin adlı siyahılarına salınıb, 60 manat məbləğində aylıq müavinət alanların siyahısında göstərilmiş 433 nəfər üzrə isə 201,7 min manat müxtəlif kommunal xidmətləri haqqı ödənilib. 2019-cu ilin dekabr ayı üzrə kommunal xidmət haqları dövlət hesabına mərkəzləşdirilmiş qaydada ödənilən 665 məcburi köçkünə 33 manat əvəzinə 60 manat aylıq müavinət ödənilməsi nəticəsində 287 min manat artıq vəsait xərclənib, bir sıra hallarda müavinət alan məcburi köçkünlərin adlı siyahılarında göstərilmiş müavinətin aylıq məbləği ilə onların bank filiallarında açılmış plastik kart hesablarına köçürülmüş aylıq məbləğlər arasında fərqlər müəyyən edilib.

Ümumilikdə 40 məcburi köçkünün bank hesablarına vəfat etdiyi tarixdən sonra da müavinət ödənişləri davam etdirilərək 9588,9 manat, qanunvericilikdə nəzərdə tutulmadığı halda dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası alan 261 məcburi köçkünə 248,8 min manat, aktiv sahibkarlıqla məşğul olduqları dövrlərdə 471 nəfər məcburi köçkünə 96,8 min manat vahid aylıq müavinət ödənilib. Mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən 1513 nəfər məcburi köçkünə vahid aylıq müavinət ödənişi dayandırılmayıb. Nazirlər Kabinetinin müvafiq qərarı olmadan Komitə tərəfindən əlavə 3 Mənzil Kommunal İstismar Sahəsi (MKİS) yaradılaraq onların saxlanılmasına 730 min manat, qanunvericilikdə dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulmadığı halda MKİS-lərdə 110 "çilingər-santexnik" və 94 "xarrat-rəngsaz" ştat vahidi təsdiq edilərək əmək haqqı ödənilib, Komitənin Mənzil İstismar Departamentində nəqliyyat vasitələrinə normadan artıq 17,4 min manat dəyərində ehtiyat hissələri silinib, MKİS-lər tərəfindən qanunvericiliklə müəyyən edilmiş norma ilə nəzərdə tutulmayan 16,2 min manat dəyərində malların alışı həyata keçirilib.

Müqavilə üzrə nəzərdə tutulmuş işlərin vaxtında yerinə yetirilməməsinə baxmayaraq podratçı təşkilata 14,5 min manat cərimə məbləği hesablanmayıb, qeyri-əhali qrupları üzrə məişət tullantısının yığılması və daşınmasına görə 1601,2 manat artıq vəsait ödənilib. O cümlədən çoxmənzilli yaşayış binalarında məcburi köçkünlərə lift xidməti üzrə hesablaşmalarda 3737,23 manat ƏDV məbləği nəzərə alınmayıb, mobil telefon ötürücü antena qurğularının quraşdırılması xidmətinə görə dövlət büdcəsinə 2256,6 manat az icarə haqqı ödənilib. Məcburi köçkünlər üçün salınmış şəhərciklərdə məcburi köçkünlərdən 577,4 min manat məbləğində mənzil haqqının və bərk məişət tullantılarının yığılması və daşınmasına görə 862,8 min manat xidmət haqqının yığılması və uçota alınması təmin edilməyib, sakinlərə göstərilən kommunal xidmətlərə görə 126 min manat xidmət haqqı düzgün olmayaraq büdcə vəsaiti hesabına ödənilib, məcburi köçkünlərin yeni salınmış qəsəbə və şəhərciklərə köçürmə işlərinə görə 40,2 min manat artıq vəsait ödənilib, MKİS-lərdə 18,0 min manat dəyərində inventar çatışmazlığı aşkar edilib, Mənzil İstismar Departamenti üzrə normadan artıq 2018-ci ildə 16 ədəd, 2019-cu ildə 14 ədəd xidməti nəqliyyat vasitəsi saxlanılaraq 37,7 min manat büdcə vəsaiti xərc edilib. Auditin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə Komitə tərəfindən ümumilikdə 109,2 min manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpası təmin edilib, digər artıq ödəmələrin bərpası və müavinət alan şəxslər siyahılarının dəqiqləşdirilməsi üzrə işlər davam etdirilir.

8
Rayonlararası polis postunda PPX avtomobili, arxiv şəkli

Rayonlara gediş-gəliş üçün icazə qaydası açıqlandı

0
(Yenilənib 19:07 10.07.2020)
Hikmət Hacıyev bildirib ki, ölkədən çıxanlar arasında müalicə üçün xaricə gedənlərə üstünlük verilir

 

BAKI, 10 iyul — Sputnik. "Rayonlardan Bakıya gələnlər arasında da xəstəliyi ilə bağlı göndərişi olanlar, həmçinin işlə bağlı gələnlərə icazə verilir". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə bildirib ki, ölkədən çıxanlar arasında müalicə üçün xaricə gedənlərə üstünlük verilir. Həmçinin biznes və iqtisadi məsələlər üçün xaricə üz tutan vətəndaşlarımız da var".

H.Hacıyev deyib ki, pandemiya başlayandan bu günədək bir çox vətəndaşlarımız xarici ölkələrdə qalıb.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Rayonlara gediş-gəlişin açılması təhlükəlidir - Yaqut Qarayeva
Hikmət Hacıyevdən avtobuslarda sıxlıq sualına təəccübləndirən cavab
Prezidentin köməkçisindən 190 AZN barədə açıqlama
Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır - Rəsmi
Azərbaycanın xaricdəki bəzi diplomatları koronavirusa yoluxub