neft buruğu

Növbəti Beynəlxalq Xəzər Neft Qaz sərgisi keçiriləcək

34
Bakı Ekspo Mərkəzində 22-ci Azərbaycan Beynəlxalq “Xəzər Neft və Qaz 2015” (“Caspian Oil and Gas 2015”) sərgi və konfransı öz işinə başlayacaq.

BAKI, 26 may — Sputnik. Bakı Ekspo Mərkəzində iyunun 2-də Xəzəryanı regionunun energetika sektorunun ən böyük tədbiri sayılan 22-ci Azərbaycan Beynəlxalq “Xəzər Neft və Qaz 2015” (“Caspian Oil and Gas 2015”) sərgi və konfransı öz işinə başlayacaq. Bu barədə Azərbaycan Respublikası Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Sərgi iyunun 5-dək davam edəcək.

Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən dəstək göstərilən neft-qaz sərgisində 300-dən çox şirkət iştirak edəcək. Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və xarici meydançasını əhatə edən sərginin ekspozisiyası neft hasilatı və enerji resurslarının nəqli sahəsində innovativ texnologiyalar, neft və qazın saxlanması üçün sistemlərin təminatı, regionda mövcud və gələcək neft-qaz layihələri və s. bölmələrdən ibarətdir.

Ənənəvi sərgidə ilk dəfə olaraq Nobel qardaşlarına məxsus neft şirkətinin Azərbaycandakı fəaliyyətinin 135 illiyinə həsr edilmiş “Nobel qardaşları və Bakı nefti. Mükafat” mövzusunda bədii ekspozisiya nümayiş ediləcək.

Sərgi çərçivəsində təşkil olunan “Caspian Oil and Gas” işgüzar konfransında dünyanın 30-dan artıq ölkəsindən 500-dən çox nümayəndənin iştirakı, eləcə də tanınmış neft-qaz ekspertlərinin, iri neft-qaz şirkətlərinin rəhbərlərinin məruzələri gözlənilir. Sərgi və konfransın bu ilki sponsorları arasında SOCAR, AZFEN J.V., Azeri M-I Drilling, Baker Hughes, Bos Shelf MMC, BP, Caspian Drilling Company, Caspian Geophysical, Caspian Marine Services, Caspian Pipe Coatings, Chelpipe, Cross Caspian, Dentons, Global Energy, Inpex, RussNeft, TPAO, Tekfen Construction, Total, Schlumberger və s. şirkətlər var. Sərgi və konfransın baş media tərəfdaşı isə “Caspian Energy International Media Group” şirkətidir.

“Caspian Oil and Gas” sərgisi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsinin karbohidrogen yataqlarının genişmiqyaslı işlənilməsi üzrə yeni istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində təsis edilib. 

34
Əlaqədar
BTC kəmərinə ilk neftin vurulmasından 10 il keçir
Neftimiz ucuzlaşdı
Azərbaycan nefti bahalaşıb
Neftimiz bahalaşdı