CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Balet, ömrüm mənim" filmi nümayiş olunub

© AFP 2023 / LIONEL BONAVENTUREБалерины, фото из архива
Балерины, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.09.2021
Abunə olmaq
Film Azərbaycan balet sənətinin müasir ənənələrinin təməl daşlarını qoymuş iki görkəmli sənətkar və ustad – Rəfiqə Axundova ilə Məqsud Məmmədovun həyat və yaradıcılıq yolunu işıqlandırır.
BAKI, 20 sentyabr — Sputnik. Dünən, sentyabrın 19-da, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının ikinci günü, Ü.Hacıbəyli adına BMA nəzdində Opera Studiyasının səhnəsində görkəmli baletmeyster, Azərbaycan Respublikasının Xalq artisti Rəfiqə Axundovanın 90 illiyinə həsr olunmuş "Balet, ömrüm mənim" sənədli filminin nümayişi baş tutub.
Mədənəiyyət Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Dublyaj" kinostudiyasında çəkilən bu sənədli filmin rejissoru Gülər Tokgöz, ssenari müəllifi musiqişünas Rəhilə Abbasova, operatoru Emin Hüseynov, montaj rejissoru Etibar Həsənov, prodüserləri Qafar Məcidov və Aysel Rəcəblidir.
"Balet, ömrüm mənim" filmi Azərbaycan balet sənətinin müasir ənənələrinin təməl daşlarını qoymuş iki görkəmli sənətkar və ustad – Rəfiqə Axundova ilə Məqsud Məmmədovun həyat və yaradıcılıq yolunu işıqlandırır. Hər iki artistin uşaqlıq çağları, musiqi və balet təhsili, ilk müəllimlər və tamaşalar, müxtəlif illərdə çalışıb birlikdə işlədikləri baletlər – "Yeddi gözəl", "İldırımlı yollarla", "Məhəbbət əfsanəsi", "Babək", "Muğam", "Xəzər balladası" balet tamaşalarından söz açılıb fraqmentlər göstərilib. Azərbaycan balet sənətinin görkəmli və parlaq ulduz alyansını təşkil edən bu artistlərin sənət dostları, həmkarları – Qara Qarayev, Vladimir Vasilyev, Yuriy Qriqoroviç, Mixail Lavrovskiy, Vyaçeslav Qordeyev, Yaroslav Sex, yazıçı Anar, Xalq rəssamı Tahir Salahov, xalq artistləri - dirijor Rauf Abdullayev, Fidan Qasımova və digər həmkarların ürək sözləri ilə rəyləri səslənib.
Böyük maraqla və səmimi alqışlarla qarşılanan bu film festivalın balet sənətimizə dərin ehtiramla səslənən bir ithafı oldu.
Həmçinin oxuyun:
Bakı Dövlət Sirki Milli Musiqi Gününü qeyd edib
Xəbər lenti
0