Leyli və Məcnun operasından səhnə, arxiv şəkli

Opera Balet Teatrında "Leyli Məcnun" nümayiş olunacaq

18
(Yenilənib 19:10 14.09.2021)
Hazırda tamaşanın məşqləri davam edir. Məşqlər pandemiya qaydalarına uyğun olaraq aparılır. Tamaşaların sayı məhdud olacaq.

BAKI, 14 sentyabr - Sputnik. Milli Musiqi Gününə və dahi Üzeyir Hacıbəylinin doğum gününə həsr olunmuş ənənəvi festival çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Leyli və Məcnun" operasının tamaşası keçiriləcək.

Opera və Balet Teatrının mətbuat katibi Şükufə Ağamirzəyevanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hazırda tamaşanın məşqləri davam edir. Məşqlər pandemiya qaydalarına uyğun olaraq aparılır.

Tamaşada iştirak edəcək seyrçilərin sayı məhdud olacaq. Dəvətnamə ilə teatra gələn tamaşaçılar Nazirlər Kabineti yanında Operativ Qərargahın koronovirusla mübarizəyə qarşı müəyyən etdiyi qaydalara uyğun olaraq zala buraxılacaq və əyləşdiriləcəklər.

Qeyd edək ki, sayca XIII olan bu festival çərçivəsində Bakı, Gəncə, Ağdamda bir neçə tədbirin təşkili planlaşdırılıb. Eyni zamanda cari festival çərçivəsində ilk dəfə olaraq “Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqrama start verilib və gənclərə böyük səhnədə özlərini nümayiş etdirməyə şans yaradılıb.

Festival çərçivəsində Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş məşhur musiqiçilərin də çıxışı nəzərdə tutulub.  

Onu da vurğulamaq lazımdır ki, mövcud pandemiya şəraiti ilə əlaqədar tədbirlərə yalnız xüsusi dəvətnamələr və COVİD pasportu ilə giriş mümkün olacaq.

Həmçinin oxuyun:

Şuşa yeni festivala hazırlaşır

18
Teqlər:
teatr, opera

Cəbiş müəllim Süleyman Ələsgərov haqqında - "Qarabağ inciləri" silsiləsindən

736
Cəbiş müəllim Şuşanın Azərbaycan mədəniyyətinə bəxş etdiyi təkrarolunmaz bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri olmuş Süleyman Ələsgərov haqqında danışır.

Görkəmli bəstəkar və ictimai xadim Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada anadan olub.

Azərbaycan musiqi tarixində və inkişafında istedadlı dirijor, tanınmış pedaqoq və ictimai xadim, professor Süleyman Ələsgərov özünəməxsus fəxri yer tutan bəstəkarlardan biridir. Onun yaradıcılığı Azərbaycan peşəkar musiqi tarixinin parlaq səhifəsini təşkil edir.

Musiqişünasların fikrincə, Süleyman Ələsgərov musiqisi üçün şən, sevindirici əhval-ruhiyyə, emosionallıq, fikrin səmimiyyəti xasdır. Xalq yaradıcılığına xas olan intonasiyalardan, ritmlərdən geniş istifadə edən bəstəkar folklor sənətinin təkraredilməzliyini, orijinallığını öz əsərlərində səmimi şəkildə ifadə edə bilmişdi.

Bəstəkar 2 operanın, 12 musiqili komediyanın, 2 simfoniyanın müəllifi olmaqla yanaşı, tar ilə Azərbaycan xalq çalğı alətləri orkestri üçün 3 konsertin, 200-ə qədər mahnı və romansların müəllifidir.

Azərbaycan Dövlət Konservatoriyasında məşhur pedaqoq, professor Boris Zeydmanın bəstəkarlıq sinfində təhsil alarkən o, Sovet Ittifaqı Qəhrəmanı, general Həzi Aslanova həsr olunmuş simfonik poema, “Məhəbbət gülü” musiqili komediyasını, simli kvartet, skripka, violonçel və fortepiano üçün trio, “Xatirə” əsərlərini yazır.

Süleyman Ələsgərovun violonçel, fortepiano və simfonik orkestr üçün yazdığı ikili konsert onun yaradıcılığında müstəsna yer tutur. Bu əsər milli konsert janrının təşəkkülündə və inkişafında müəyyən mərhələ rolunu oynayıb.

Bəstəkarın yaradıcılığında mahnılarla yanaşı, romanslar da xüsusi yer tutur. Onun romanslarının çoxu Azərbaycan klassiklərinin şeir və qəzəllərinə yazılmışdır.

Süleyman Ələsgərovun 12 musiqili komediyası Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulmuş və bəstəkara şöhrət gətirmişdir. Bu səhnə əsərlərində o, dahi Üzeyir Hacıbəyovun musiqili komediya ənənələrini öz yaradıcılığında davam etdirmişdir.

Sonralar bir-birinin ardınca gələn “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Hərənin öz ulduzu” və sairə musiqili komediyaları bəstəkarın bu sahədə böyük yaradıcılıq imkanlarının göstəricisidir.

Onun musiqili komediyaları arasında “Ulduz” daha çox məşhurdur. “Ulduz” ilk dəfə 1948-ci ildə tamaşaya qoyulub. 1965-ci ildə “Ulduz” Moskvanın Kreml Teatrında göstərilib. Bu musiqili komediya 11 dilə tərcümə edilib. 1964-cü ildə isə bu əsər Azərbaycan Kinostudiyasında ekranlaşdırılıb.

Bəstəkarın yaradıcılığının mühüm hissəsini Azərbaycan xalq çalğı alətləri orkestri üçün əsərlər təşkil edir. Ümumiyyətlə, Azərbaycan xalq çalğı alətləri orkestri üçün yazılmış əsərlər arasında xüsusi yeri məhz Süleyman Ələsgərovun əsərləri tutur.

Bir müddət Azərbaycan xalq çalğı alətləri orkestrinin dirijoru vəzifəsində işləməsi bəstəkara xalq çalğ alətlərinin spesifik xüsusiyyətlərini əsaslı surətdə öyrənməyə kömək etmiş, onun müxtəlif janr və formalarda olan orkestr əsərləri, tar, kamança, balaban, qanun, saz üçün əsərlər yaratmasına təkan vermişdir.

Süleyman Ələsgərov 1957-ci ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 20 ildən artıq bir dövrdə “Xalq musiqisi”, sonra isə “Xalq çalğı alətləri” kafedrasının müdiri olmuşdur. Ömrünün son illərində Süleyman Ələsgərov Bakı Musiqi Akademiyasının “Dirijorluq” kafedrasının professoru, Akademiyanın Şuşa filialının direktoru vəzifəsində çalışmışdır.

Süleyman Ələsgərov 21 yanvar 2000-ci ildə dünyasını dəyişib.

736
Teqlər:
Cəbiş müəllim, infoqrafika, videoinfoqrafika, mədəniyyət, bəstəkar, Şuşa
İnsanlar kinoteatrda, arxiv şəkli

Anar Kərimov: kinoteatrlar müəyyən şərtlərlə açılacaq

10
(Yenilənib 16:14 25.09.2021)
Pandemiya qaydalarına riayət edilməli, zalların 50 faizdən çox doldurulmaması, COVİD pasportu ilə giriş və zalların dezinfeksiyası tələbi yerinə yetirilməlidir.

 

BAKI, 25 sentyabr — Sputnik. Operativ qərargahla apardığımız konstruktiv danışıqlar nəticəsində oktyabrın 1-dən teatr, kinoteatr və konsert zalları açıq elan ediləcək. Amma burada müəyyən şərtlər var. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, pandemiya qaydalarına riayət edilməli, zalların 50 faizdən çox doldurulmaması, COVİD pasportu ilə giriş və zalların dezinfeksiyası tələbi yerinə yetirilməlidir.

“Mədəniyyət Nazirliyi fəaliyyət başladıqdan sonra ciddi nəzarət edəcək ki, bu qaydalara riayət olunsun, nəticə etibarilə insanların virusa yoluxmasına səbəb yaranmasın”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin dünən açıqladığı qərarına əsasən bir sıra xidmət sahələrinin fəaliyyətinə icazə verilib. Onların arasında teatr, kinoteatr və konsert zalları da var.

Həmçinin oxuyun:

Teatr və kinoteatrların fəaliyyəti bərpa edilir - Operativ Qərargah qərar verdi

Azərbaycanda COVID-19 pasportu olmadan bu sahələrdə hərəkət edə bilməyəcəksiz

10
Teqlər:
kinoteatr
Toyuq əti, arxiv şəkli

Yenidən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub