Kitabxana

""Kitabi Dədə Qorqud"un Günbəd əlyazması" kitabı nəşr olunub

9
(Yenilənib 15:39 14.09.2021)
Əlyazmanın ilk dəfə hazırlanmış tənqidi mətni "Kitabi-Dədə Qorqud"un yeni mətninin müxtəlif adlarla təqdim olunan üç Türkiyə və bir Azərbaycan nəşri əsasında tərtib olunub.

BAKI, 14 sentyabr — Sputnik. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun dünya folklorunun nadir incisi, ana abidəmiz "Kitabi-Dədə Qorqud"un yeni aşkarlanmış Günbəd əlyazmasının tekstoloji-filoloji təhlilinə həsr olunmuş ""Kitabi Dədə Qorqud"un Günbəd əlyazması" monoqrafiyası işıq üzü görüb.

Sputnik Azərbaycan xəbər verir ki, əsər "Kitabi-Dədə Qorqud"un 2019-cu ilin əvvəllərində İranda aşkar edilmiş Günbəd əlyazmasından bəhs edən ilk monoqrafik araşdırmadır.

Akademik Möhsün Nağısoylunun ""Kitabi-Dədə Qorqud"un Günbəd əlyazması" kitabı şərti olaraq iki yerə - əlyazmanın tekstoloji-filoloji araşdırmasını əhatə edən tədqiqat hissəsi və əlyazmanın tənqidi mətni və sözlüyü - bölünür. İki fəsildən ibarət tədqiqatda müəllif öncə "Kitabi-Dədə Qorqud"un yeni aşkarlanmış əlyazmasını tekstoloji tədqiqata cəlb edir.

Kitabın şərti olaraq ikinci hissəsi kimi dəyərləndirilən bölməsində əlyazmanın tənqidi mətni və sözlüyü yer alıb. Əlyazmanın ilk dəfə hazırlanmış tənqidi mətni "Kitabi-Dədə Qorqud"un yeni mətninin müxtəlif adlarla təqdim olunan üç Türkiyə və bir Azərbaycan nəşri əsasında tərtib olunub.

Akademik Möhsün Nağısoylunun fikrincə, 31 vərəqdən ibarət olan əlyazma kitabı XVIII yüzlülüyün sonlarında Təbrizdə hazırlanıb. İstər əlyazmanın paleoqrafik göstəriciləri, istərsə də dil özəllikləri belə bir fikrə gəlməyə əsas verir. Əlyazma kitabı oğuz elinin bilicisi Dədə Qorqudun soylamalarından və eposun baş qəhrəmanı Qazan xan haqqındakı bir boydan ibarətdir. Kitabın sonunda əlyazmanın faksimilesi də verilib.

"Elm və təhsil" nəşriyyatında çap olunan monoqrafiyanın elmi redaktoru akademik Kamal Abdulla, məsul redaktoru dosent Qətibə Vaqifqızıdır.

"Kitabi-Dədə Qorqud" Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir (X-XII əsrlər).

"Kitabi-Dədə Qorqud" dastanları ideya-məzmunu, təkrarolunmaz gözəlliyi ilə yüz illərdir ki, dünya alimlərinin diqqət mərkəzindədir. Ənənəyə görə, "Kitabi Dədə Qorqud"da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd Peyğəmbər zamanında yaşadığı qeyd edilir.

9
Rejissor Şamil Əliyevin Çölçü filminin çəkiliş prosesi

Azərbaycanlı rejissor Hollivudda film seçəcək

6
2020-ci ildə Şamil Əliyev həmin festivalda “Çölçü” filminə görə ən yaxşı rejissor işi üçün mükafat almışdı.

BAKI, 18 sentyabr - Sputnik. Kinorejissor Şamil Əliyev 10th Global Nonviolent (Hollywood, California, USA) Beynəlxalq Film festivalında münsiflər heyətinin üzvü seçilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, keçən il Şamil Əliyev bu festivalda “Çölçü” filminə görə ən yaxşı rejissor işi üçün mükafat almışdı.

COVID–19 pandemiyası ilə əlaqədar olaraq festival ikinci ildir ki, onlayn formatda keçirilir.

27 ölkədən müxtəlif janrlarda 44 film müsabiqəyə keçib ki, bunun da 11-i premyera nümayişi olaraq festivalda iştirak edir.

Qaliblərin siyahısı okyabrın 4-də video nümayiş vastəsi ilə elan olunacaq.

Eləcə də oxuyun:

6
Teqlər:
film, rejissor, azərbaycanlı, Hollivud, münsif, münsiflər heyəti

Üzeyir ruhu bu gün Şuşada dolaşır

1858
İşğaldan azad olunan Şuşa şəhərində bu gün sayca ikinci festival keçirilir. Musiqisevərlər Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalına toplaşıblar.

BAKI, 18 sentyabr — Sputnik. Bu gün işğaldan azad ediləndən sonra Şuşa şəhərində ilk dəfə Milli Musiqi günü keçirilir.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hər il dahi Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan tədbir bu dəfə onun Şuşadakı heykəlinin ucaldığı parkda baş tutub. Tədbirdə iştirak edən nümayəndə heyəti Xalq artisti Bülbülün evini və Natəvan bulağını ziyarət edərək onların heykəlləri önünə gül dəstələri qoyublar.

Tədbiri Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov açaraq bildirib ki, bu gün Şuşada uzun illər sonra ilk dəfə Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalı keçirilir: "Əminəm ki, gələcək nəsillər də bu ənənəni davam etdirəcəklər. Bu gün keçirilən tədbirin xüsusi əhəmiyyəti var. Milli Musiqi Günümüz vaxtı ilə erməni vandallarının dağıtdığı və avqustun 29-da Prezidentin iştirakı ilə açılışı olan Üzeyir bəyin heykəli qarşısında keçirilib.

İkinci səciyyəvi məqam odur ki, bu gün çıxış edəcək Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblı düz 85 il əvvəl dahi bəstəkar tərəfindən yaradılıb”.

Qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Şuşada icra etdiyi genişmiqyaslı restavrasiya işləri çərçivəsində ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri bərpa olunur.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev deyib ki, bundan əvvəl də Şuşada beynəlxalq festivallar keçirilib: "Ancaq bu günün önəmi hər birimiz üçün tamam fərqlidir. Bu gün Üzeyir bəyin ruhu bizimlə Şuşadadır. Burada səslənən musiqilərin sədaları altında işğaldan azad olan digər torpaqların yenidən qurulması daha da sürətlənəcək".

Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu Şuşaya yeni həyatın qayıtdığını deyib. O, bu gözəl məkanda Vaqif Poeziya Günlərinin, Xarı Bülbül festivalının keçirildiyini, tarixi və mədəni abidələrin bərpa edildiyini vurğulayıb:

"Biz bu günü 30 ildir arzulayırdıq. Bu gün mənim ürəyim doludur, ona görə də danışmaqda çətinlik çəkirəm. Bu gün yaşadığımız sevinci şəhidlərə, qazilərə borcluyuq. Hər il bu bayramı Bakıda qurulan səhnələrdə keçirirdik. Bu il isə Üzeyir heykəlinin yerləşdiyi bağda, azad Şuşada bayramı qeyd edirik. Ona görə də hamınızı burada görməkdən şadam. Şuşa çox böyük sürətlə dəyişilir. Bu gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Arzu edirəm ki, bundan da böyük tədbirləri Şuşada keçirək".

Qeyd edək ki, mədəniyyət xadimləri səfər çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Qala divarlarını, eyni zamanda, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər.

İştirakçılara Qala divarlarının işğal dövründə erməni vandalları tərəfindən dağıdıldığı və yenidən bərpa olunması, həmçinin Yuxarı və Aşağı Gövhər Ağa məscidləri barədə məlumat verilib. Hazırda qala divarlarında təmir işləri davam edir.

Qeyd edək ki, bu beynəlxalq tədbir işğaldan azad olunan Şuşa şəhərində keçirilən sayca ikinci festivaldır.

Tədbir konsert proqramı ilə davam edir.

Eləcə də oxuyun:

1858
Teqlər:
Şuşa, Üzeyir Hacıbəyli, Musiqi günü, festival
Koronavirus testi, arxiv şəkli

Əzmli koronavirus: daha sürətli yayılmaq üçün mutasiya edir

0
Tədqiqat nəticələrinə görə, "alfa" ştammına yoluxmuş insanlar havaya digər ştammlara yoluxmuşlara nisbətən 43-100 dəfə çox virus hissəciyi yayırlar.

BAKI, 18 sentyabr - Sputnik. Merilend Universitetinin İctimai Səhiyyə məktəbinin alimləri belə nəticəyə gəliblər ki, koronavirus ona görə mutasiyaya uğrayır ki, hava ilə daha aktiv yayıla bilsin.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Britaniyanın Daily Mail nəşri yazır.

Ekspertlərin məlumatına görə, "alfa" ştammının hissəcikləri hava-damcı yolu ilə COVID-19-un Uhan ştammına nisbətdə 1000 dəfə sürətli yayılır. "Alfa" ştammı Böyük Britaniyada 2021-ci ilin yanvarında dominant olduğu üçün alimlər diqqətlərini onun tədqiqatına yönəldiblər. 

2020-ci ilin mayından 2021-ci ilin aprelinədək aparılan tədqiqatda "alfa" ştammına yoluxmuş 49 nəfər iştirak edib. Könüllülər xüsusi aparat vasitəsilə 30 dəqiqə maskasız, 30 dəqiqə isə maska ilə nəfəs alırdılar.

Nəticədə müəyyən edildi ki, "alfa" ştammına yoluxmuş insanlar havaya digər ştammlara yoluxmuşlara nisbətən 43-100 dəfə çox virus hissəciyi yayırlar.

Ötürülən hissəciklərin çoxalması hələ "delta" ştammından əvvəl qeydə alınıb. Araşdırmaçılar əmindirlər ki, COVID-19 mutasiyaya uğramasının sayəsində hava ilə daha tez və effektiv yayılmağa başlayıb. Bundan başqa, o da bəlli olub ki, adi tibbi maska virus hissəciklərinin 48%-ni tutub saxlamağa qadirdir.

Eləcə də oxuyun:

0
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, ştamm, mutasiya, hava