Yazar, arxiv şəkli

Yazarların nəzərinə: "Qarabağ zəfəri" 44 sözlə ifadə olunacaq

27
Müsabiqədə ilk 10 yeri tutmuş müəlliflər kitab dəstləri və başqa qiymətli hədiyyələrlə mükafatlandırılacaq, ilk 5 yerin qalibi diplomla təltif olunacaq. Müsabiqəyə göndərilmiş əsərlərin hamısı kitab halında nəşr ediləcək.

BAKI, 10 sentyabr — Sputnik. "Mücrü" Nəşriyyatı 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun qələbəsi münasibətilə "Qarabağ zəfəri" qısa hekayə müsabiqəsinə start verir.

Sputnik Azərbaycan xəbər verir ki, hekayə müsabiqəsinin əsas məqsədi çağdaş Azərbaycan ədəbiyyatına dəstək olmaq, qələbəmizə oxucuların yaradıcı müstəvidə münasibətini üzə çıxarmaqdır.

"Qarabağ zəfəri" qısa hekayə müsabiqəsinə göndərilmiş əsərlərin həcmi 44 sözdən çox olmamalıdır. Yalnız Azərbaycan dilində olan əsərlərin qəbul olunacağı müsabiqədə iştirak etmək üçün heç bir yaş məhdudiyyəti yoxdur.

Müsabiqədə iştirak ödənişlidir. Ödəniş hər bir əsər üçün 10 AZN (on manat) təşkil edir. Bir müəllif müsabiqəyə maksimum 3 əsər göndərə bilər.

Müəlliflər əsərləri qisahekaye@gmail.com elektron ünvanına göndərməlidir. Mövzu hissəsində ad və təxəllüsünü, əlaqə nömrəsini, həmçinin əsərin adını qeyd etməlidir. Şərtlərə uyğun olmayan əsərlər müsabiqəyə qəbul edilməyəcək.

Əsər qəbulu 10 sentyabr tarixində başlayacaq, 8 noyabr 2021-ci ilə (saat 12:00-a) qədər davam edəcək.

Müsabiqədə ilk 10 yeri tutmuş müəlliflər kitab dəstləri və başqa qiymətli hədiyyələrlə mükafatlandırılacaq, ilk 5 yerin qalibi diplomla təltif olunacaq. Müsabiqəyə göndərilmiş əsərlərin hamısı kitab halında nəşr ediləcək.

Qeyd edək ki, müsabiqənin bütün şərtlərinə uyğun əsərlər gündəlik olaraq "Mücrü ART" (www.mucru.art) portalında yayımlanacaq.

27
Teqlər:
Qarabağ
İnsanlar kinoteatrda, arxiv şəkli

Anar Kərimov: kinoteatrlar müəyyən şərtlərlə açılacaq

6
(Yenilənib 16:14 25.09.2021)
Pandemiya qaydalarına riayət edilməli, zalların 50 faizdən çox doldurulmaması, COVİD pasportu ilə giriş və zalların dezinfeksiyası tələbi yerinə yetirilməlidir.

 

BAKI, 25 sentyabr — Sputnik. Operativ qərargahla apardığımız konstruktiv danışıqlar nəticəsində oktyabrın 1-dən teatr, kinoteatr və konsert zalları açıq elan ediləcək. Amma burada müəyyən şərtlər var. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, pandemiya qaydalarına riayət edilməli, zalların 50 faizdən çox doldurulmaması, COVİD pasportu ilə giriş və zalların dezinfeksiyası tələbi yerinə yetirilməlidir.

“Mədəniyyət Nazirliyi fəaliyyət başladıqdan sonra ciddi nəzarət edəcək ki, bu qaydalara riayət olunsun, nəticə etibarilə insanların virusa yoluxmasına səbəb yaranmasın”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin dünən açıqladığı qərarına əsasən bir sıra xidmət sahələrinin fəaliyyətinə icazə verilib. Onların arasında teatr, kinoteatr və konsert zalları da var.

Həmçinin oxuyun:

Teatr və kinoteatrların fəaliyyəti bərpa edilir - Operativ Qərargah qərar verdi

Azərbaycanda COVID-19 pasportu olmadan bu sahələrdə hərəkət edə bilməyəcəksiz

6
Teqlər:
kinoteatr
Mədəniyyət naziri Anar Kərimov

Nazir: biz istərdik ki, Qarabağdakı abidələrimizin dağıdılması faktları araşdırılsın

508
(Yenilənib 16:14 25.09.2021)
UNESCO missiyasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri ilə bağlı danışıqlar davam etdirilir.

BAKI, 25 sentyabr — Sputnik. UNESCO missiyasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri ilə bağlı danışıqlar davam etdirilir. Sputnik Azərbaycan-ın məlumatına görə bu barədə Mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanın şərtləri və bu missiyanın təşkili ilə bağlı texniki detallar UNESCO-ya onlara çatdırılıb:

“Məsələ hazırda UNESCO tərəfindədir. Biz onlardan bu məsələyə ədalətli və qərəzsiz mövqe gözləyirik. Gözləyirik ki, təşkilat məsələni siyasiləşdirməyəcək, missiyanı sırf öz mandatına uyğun olaraq həyata keçirəcək. Bu missiyanın həyata keçirilməsində çox maraqlıyıq. Çünki biz istərdik ki, Qarabağda olan tarix-mədəniyyət abidələrimizin dağıdılması faktları araşdırılsın və bütün dünya buna qiymət versin. Ona görə də belə bir missiyanın keçirilməsinin Azərbaycan hər zaman tərəfdarı olub. Biz gözləyirik ki, UNESCO da bu məsələyə eyni həssaslıqla yanaşsın".

508
Teqlər:
Anar Kərimov
Elektrik xətləri, arxiv şəkli

İES-lərin enerji hasilatında artım, SES-lərin hasilatında isə azalma var