Leyla Əliyeva

Leyla Əliyevanın "Açıq pəncərə" kitabı fin dilində nəşr olunub

9
(Yenilənib 22:22 09.09.2021)
Azərbaycan diasporunun fəal təmsilçisi Tahirə Cəfərova bu günədək Finlandiyada Azərbaycan ədəbiyyatını tanıtmaq üçün xeyli işlər görüb, bir sıra ədəbi nümunələri fin dilinə tərcümə edib.

BAKI, 9 sentyabr — Sputnik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Açıq pəncərə" şeirlər toplusu oxuculara ruhun, fikrin, duyğunun təzahürü olan, peşəkarlıqla qələmə alınan yaradıcılıq nümunələrini çatdırır, onları poeziyanın səmimiyyətinə bir daha inandırır.

Sputnik Azərbaycan xəbər verir ki, kitab Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Finlandiyanın "Palladium kirjat" nəşriyyatında fin dilində nəşr olunub. Kitabın ön sözündə Leyla Əliyevanın bioqrafiyası və lirikası barədə oxuculara məlumat verilib, onun sosial və ictimai fəaliyyətindən geniş bəhs olunub. Kitab fin dilində 800 nüsxə çap olunub.

Qeyd edək ki, "Açıq pəncərə" kitabını fin dilinə Helsinkidə yaşayan məşhur tərcüməçi və yazıçı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Tahirə Cəfərova tərcümə edib. Tahirə Cəfərova Finlandiya Yazıçılar İttifaqının, CEATL Avropa Tərcüməçilər Birliyinin və Fin-Pen klubunun üzvüdür. O, uzun illər Tampere Universitetində Ədəbiyyat və İncəsənət kafedrasında çalışıb. 20 ildən çoxdur ki, fin ədəbiyyatının tərcüməsi ilə məşğul olur. Bir neçə fin şairinin uşaq şeirlərini və həmçinin bir sıra pyesləri Azərbaycan dilinə tərcümə edib.

Azərbaycan diasporunun fəal təmsilçisi Tahirə Cəfərova bu günədək Finlandiyada Azərbaycan ədəbiyyatını tanıtmaq üçün xeyli işlər görüb, bir sıra ədəbi nümunələri fin dilinə tərcümə edib.

9
Emmi mükafatı, arxiv şəkli

Daha üç serial "Emmy" mükafatlarının qalibi seçilib

5
(Yenilənib 22:47 20.09.2021)
Ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri də mübarizə aparıb.

BAKI, 20 sentyabr — Sputnik. "Tac", "Ted Lasso" və "Kraliçanın addımı" serialları "Emmy" mükafatlarının qalibi seçilib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, 73-cü mükafatlandırma mərasimi ötən gün Los-Ancelesdə keçirilib.

"Tac" 24 kateqoriya üzrə namizədliyini irəli sürərək ümumi nominasiyalar arasında liderliyini saxlayıb. Bu filmlə bərabər ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri mübarizə aparıb.

Məlumat üçün bildirək ki, mükafatların təqdimetmə mərasimləri 1949-cu ildən başlayaraq hər il keçirilir. Lakin 1974-cü ilə qədər yalnız sadəcə "Emmy" mükafatı mövcud idi. Sonralar bu mükafatı gündüz verilişlərinə görə təqdim edilən "Emmy" mükafatından fərqləndirmək məqsədilə adı dəyişdirilərək praym-taym "Emmy" mükafatı adlandırılıb.

Mükafatı üç təşkilat təqdim edir: Amerika televiziya akademiyası (ingiliscə Academy of Television Arts & Sciences) idman verilişləri istisna edilməklə, mükafatı bütün axşam verilişləri üzrə təqdim edir; Amerika Milli Televiziya Akademiyası (ingiliscə National Academy of Television Arts & Sciences) gündüz, idman, xəbərlər və sənədli proqramlar üzrə mükafatı təqdim edir; və Beynəlxalq Televiziya Akademiyası (ingiliscə International Academy of Television Arts & Sciences) ABŞ sərhədlərindən kənarda hazırlanan və yayımlanan televiziya proqramları üzrə təqdim edir.

Həmçinin oxuyun:

Gələcəyimizin varisi olan uşaqlar nəyə baxırlar?

5
Государственный Эрмитаж — один из крупнейших и самых значительных художественных и культурно-исторических музеев России и мира

Azərbaycanın mədəniyyət inciləri Sankt-Peterburqda təqdim olunacaq

125
Əlamətdar tədbirlər arasında Ermitajın zalında Azərbaycanın daimi ekspozisiyasının açılışı, Üzeyir Hacıbəylinin adını daşıyan parkda bəstəkarın gələcək heykəlinin yerində təməl atılması da yer alır.

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycanın mədəniyyət naziri Anar Kərimov noyabrın 11-dən 13-dək Rusiyanın Sankt-Peterburq şəhərində 9-cu Beynəlxalq Mədəniyyət Forumunda iştirak edəcək. Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Azərbaycan qonaq ölkə qismində forumda möhtəşəm proqram təqdim edəcək.

Tədbirdə Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri iştirak edəcək, ölkəmizin müasir mədəniyyəti və ənənələri nümayiş etdiriləcək.

Əlamətdar tədbirlər arasında Ermitajın zallarından birində Azərbaycanın daimi ekspozisiyasının açılışı, Üzeyir Hacıbəylinin adını daşıyan parkda bəstəkarın gələcək heykəlinin yerində təməl atılması yer alır.

Bununla yanaşı, Mariinski teatrında Fikrət Əmirovun "Min bir gecə" baleti təqdim olunacaq, eləcə də Azərbaycandan caz ifaçılarının konserti keçiriləcək. Vizual incəsənət isə gənc azərbaycanlı kinematoqrafçıların filmləri ilə təqdim olunacaq.

Sank-Peterburq Beynəlxalq Mədəniyyət Forumu Rusiya hökuməti, Mədəniyyət Nazirliyi və Sankt-Peterburq rəhbərliyi tərəfindən təşkil olunur. 2021-ci ildə "Qonaq ölkə" statusu Azərbaycan, Fransa və Cənubi Koreyaya verilib.

Həmçinin oxuyun:

Azərbaycan Tallində keçirilən "milli azlıqlar yarmarkası"nda təmsil olunub

125
Teqlər:
mədəniyyət, Azərbaycan, Sankt-Peterburq, nazir
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu

0
(Yenilənib 22:54 20.09.2021)
Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi olub və 1995-1996-cı illərdə Beşiktaş komandasının tərkibində çıxış edib.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub. Sputnik Azərbaycan-ın NTV kanalına istinadla verdiyi xəbərə görə, Türkiyə Futbol Fedarasiyası bu məqsədlə alman mənşəli keçmiş futbolçu Stefan Kuntzla razılıq əldə edib.

Federasiyadan verilən açıqlamada "Türkiyə Futbol Fedarasiyası İdarəetmə Heyəti milli komandanın baş məşqçisi vəzifəsi üçün Stefan Kuntzla razılıq əldə edib", – deyə bildirilir.

Yeni baş məqşçi ilə imza mərasimi sabah baş tutacaq.

Qeyd edək ki, Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi idi. 1995-1996-cı illərdə isə Beşiktaş komandasının tərkibində çıxış etmişdi.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası bu günlərdə milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. Buna səbəb Türkiyə millisinin 2022-ci il Dünya Çempionatının Avropa seçmə oyunları çərçivəsində  G qrupunda Hollandiyaya 6:1 hesabı ilə uduzması olub.

Həmçinin oxuyun:

Şenol Günəş istefaya göndərildi

0
Teqlər:
futbol, Türkiyə, milli