Gülnarə Xəlilova, arxiv şəkli

Gülnarə Xəlilovanın "Qarabağ Azərbaycandır!" kolleksiyası beynəlxalq moda sərgisində

13
(Yenilənib 19:35 08.09.2021)
Bundan əvvəl dozaynerin kolleksiyaları moda həftələrində və beynəlxalq tədbirlərdə Türkiyə, Rusiya, Çin, Avstriya, Rumıniya, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, ABŞ, Bolqarıstan və digər ölkələrdə uğurla təqdim olunub.

BAKI, 8 sentyabr — Sputnik. Dördüncü Stokholm Beynəlxalq Moda Sərgisində (Stockholm International Fashion Fair) Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın "Qarabağ Azərbaycandır!" kolleksiyası videoformatda təqdim edilib.

Sputnik Azərbaycan xəbər verir ki, təqdimatdan əvvəl Gülnarə Xəlilova qonaqları salamlayaraq kolleksiyanın Azərbaycanın Vətən müharibəsindəki qələbəsi şərəfinə yaradıldığını söyləyib. Onun sözlərinə görə, kolleksiyadakı hər bir obraz Azərbaycanın işğaldan azad edilmiş şəhərlərinə həsr olunub.

Xatırladırıq ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları moda həftələrində və beynəlxalq tədbirlərdə Türkiyə, Rusiya, Çin, Avstriya, Rumıniya, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, ABŞ, Bolqarıstan və digər ölkələrdə uğurla təqdim olunub.

Qeyd edək ki, moda sərgisi çərçivəsində İsveç Milli Muzeyində və "Volvo Studio Stockholm"da ABŞ, İsveç, Serbiya, İspaniya, İtaliya, Tunis, BƏƏ, Mərakeş, Qazaxıstan, Küveyt, Argentina, Bruney, Kamboca, İndoneziya, Malayziya, Myanma, Laos, Filippin, Sinqapur, Tayland, Çin, Vyetnam və digər ölkələr dizaynerlərinin kolleksiyaları təqdim olunub.

Həmçinin oxuyun:

Tanınmış dizayner "Qarabağ Azərbaycandır!" kolleksiya-layihəsini təqdim edib

13
Teqlər:
dizayner
İnsanlar kinoteatrda, arxiv şəkli

Anar Kərimov: kinoteatrlar müəyyən şərtlərlə açılacaq

6
(Yenilənib 16:14 25.09.2021)
Pandemiya qaydalarına riayət edilməli, zalların 50 faizdən çox doldurulmaması, COVİD pasportu ilə giriş və zalların dezinfeksiyası tələbi yerinə yetirilməlidir.

 

BAKI, 25 sentyabr — Sputnik. Operativ qərargahla apardığımız konstruktiv danışıqlar nəticəsində oktyabrın 1-dən teatr, kinoteatr və konsert zalları açıq elan ediləcək. Amma burada müəyyən şərtlər var. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, pandemiya qaydalarına riayət edilməli, zalların 50 faizdən çox doldurulmaması, COVİD pasportu ilə giriş və zalların dezinfeksiyası tələbi yerinə yetirilməlidir.

“Mədəniyyət Nazirliyi fəaliyyət başladıqdan sonra ciddi nəzarət edəcək ki, bu qaydalara riayət olunsun, nəticə etibarilə insanların virusa yoluxmasına səbəb yaranmasın”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin dünən açıqladığı qərarına əsasən bir sıra xidmət sahələrinin fəaliyyətinə icazə verilib. Onların arasında teatr, kinoteatr və konsert zalları da var.

Həmçinin oxuyun:

Teatr və kinoteatrların fəaliyyəti bərpa edilir - Operativ Qərargah qərar verdi

Azərbaycanda COVID-19 pasportu olmadan bu sahələrdə hərəkət edə bilməyəcəksiz

6
Teqlər:
kinoteatr
Mədəniyyət naziri Anar Kərimov

Nazir: biz istərdik ki, Qarabağdakı abidələrimizin dağıdılması faktları araşdırılsın

508
(Yenilənib 16:14 25.09.2021)
UNESCO missiyasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri ilə bağlı danışıqlar davam etdirilir.

BAKI, 25 sentyabr — Sputnik. UNESCO missiyasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri ilə bağlı danışıqlar davam etdirilir. Sputnik Azərbaycan-ın məlumatına görə bu barədə Mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanın şərtləri və bu missiyanın təşkili ilə bağlı texniki detallar UNESCO-ya onlara çatdırılıb:

“Məsələ hazırda UNESCO tərəfindədir. Biz onlardan bu məsələyə ədalətli və qərəzsiz mövqe gözləyirik. Gözləyirik ki, təşkilat məsələni siyasiləşdirməyəcək, missiyanı sırf öz mandatına uyğun olaraq həyata keçirəcək. Bu missiyanın həyata keçirilməsində çox maraqlıyıq. Çünki biz istərdik ki, Qarabağda olan tarix-mədəniyyət abidələrimizin dağıdılması faktları araşdırılsın və bütün dünya buna qiymət versin. Ona görə də belə bir missiyanın keçirilməsinin Azərbaycan hər zaman tərəfdarı olub. Biz gözləyirik ki, UNESCO da bu məsələyə eyni həssaslıqla yanaşsın".

508
Teqlər:
Anar Kərimov
Elektrik xətləri, arxiv şəkli

İES-lərin enerji hasilatında artım, SES-lərin hasilatında isə azalma var