Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xəzərsahili ölkələrin musiqiçiləri simfonik orkestrin tərkibində çıxış edəcəklər

© AZƏRTACАзербайджанский государственный симфонический оркестр имени Узеира Гаджибейли
Азербайджанский государственный симфонический оркестр имени Узеира Гаджибейли - Sputnik Azərbaycan, 1920, 03.09.2021
Abunə olmaq
Tədbir çərçivəsində həmçinin 5 ölkə dizaynerlərinin xüsusi olaraq bu tədbir üçün hazırladıqları kolleksiyaların nümayiş olunacağı "Caspian Fashion Week" təşkil ediləcək.
BAKI, 3 sentyabr — Sputnik. Türkmənistan, Azərbaycan, Rusiya, İran və Qazaxıstanı təmsil edən musiqiçilər Xəzərsahili ölkələrin musiqiçilərinin birləşmiş simfonik orkestrinin tərkibində çıxış edəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, orkestrin debütü sentyabrın 11-də Astraxanda keçiriləcək "OperaFirst" Xəzər klassik musiqi festivalının qala konsertində baş tutacaq.
Birləşmiş orkestrin tərkibinə dost ölkələri təmsil edən 65 musiqiçi daxildir. Bu unikal musiqi kollektivi xüsusi olaraq "OperaFirst" festivalı üçün "Music Entertainment" Mədəniyyət fondu tərəfindən təşkil edilib.
Dirijor pultu arxasında Sankt-Peterburq Dövlət Filarmoniyasının direktoru və baş dirijoru Mixail Qolikov çıxış edəcək.
"OperaFirst" festivalı dünya opera ulduzları Sumi Ço (Koreya Respublikası), Elizabet Vidal (Fransa) və Sergey Leyferkusun (Rusiya/Portuqaliya) iştirakı ilə qala-konsertlə yekunlaşacaq.
Tədbir çərçivəsində həmçinin 5 ölkə dizaynerlərinin xüsusi olaraq bu tədbir üçün hazırladıqları kolleksiyaların nümayiş olunacağı "Caspian Fashion Week" təşkil ediləcək.
Xəbər lenti
0